XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2016 - 10:55

2030-a doğru:Dünyanın ən güclü aviasiyası hansı ölkələrdə olacaq? - Araşdırma

teyyare-90

Kayl Midzokami

The National Interest (ABŞ), 25.07.2016

 

2030-cu ilə doğru ən güclü aviasiya ölkələri elə yaxşı tanıdığımız ölkələr olacaq. Bunların içində ABŞ, Rusiya və Böyük Britaniya öncül mövqe tutur. Bu ölkələr əvvəlki kimi dövlət olmayan düşmənə qarşı məhdud kampaniyadan tutmuş geniş coğrafi məkanda tammiqyaslı hərbi əməliyyatlara qədər cürbəcür ssenarilərə hazırlıq görür. Ən nəhayətdə, bu dövlətlər cəbhə boyu sürətlə düzmək mümkün olan müasir böyük aviasiyanın saxlanmasını milli təhlükəsizliklərinin mühüm dayağı sayır. Çin xalq respublikası bu siyahıya ilk dəfə düşür. Çin özünün  dünyanın ikinci iqtisadiyyatı statusuna – tamamilə layiqli mövqeyə uyğun aviasiya yaratmağı davam etdirir. Düzür, ölkə Cənubi Çin dəniznə münasibətdə o qədər də ləyaqətli olmayan hərəkətlər etdi ki, bu da ÇXR-in hərbi potensialının artması xüsusunda başqa ölkələrə təşviş təlqin edir.

raptor-f22

Amerika HHQ /HDQ/Dəniz piyadası korpusu

 

ABŞ Silahlı Qüvvələrinin sərəncamında üç aviasiya bölməsi var – HHQ-nin özü, donanma aviasiyası və Dəniz piyadası korpusunun aviasiyası. O, bu günki kimi, 2030-cu ildə də dünyanın ən güclü HHQ olacaq. 2030-cu ildə ABŞ HHQ-nin sərəncamında indiki dövrdən miras qalmış 187 ədəd "F-22 Raptor" təyyarəsi olacaq. Bundan başqa, onun 178 ədəd xeyli modernləşdirilmiş radarlı və infraqırmızı sensorlu "F-15 Golden Eagle" təyyarəsi olacaq. HHQ həmçinin planlaşdırılmış 1763 ədəd "F-35A Yoint Strike Fighter" təyyarəsinin böyük qismini əldə edəcək. HHQ həm də yüz "KC-46 Pegasus" əldə etməklə yanacaqdoldurma donanmasını təzələyəcək. B21 bombardmançıları istehsalatda olacaq və yüzə yaxın ikinci nəsil stels-bombardmançılar əldə edilməlidir.

Eyni zamanda HDQ aviasiyası F-35C və "F/A-18E/F Super Hornet"in standartlaşdırılmış göyərtə variantından ibarət olacaq. "MQ-25 Stingray" pilotsuzları yancaqdolduran və kəşfiyyatçı modifikasiyalarında F-35-in hərəkət radiusunu artıracaq, V-22 konvertoplanları isə dənizdəki aviadaşıyıcılara poçt və yükləri çatdıracaq.

Dəniz piyadası həmin dövrə doğru şaquli uçuşlu B və C göyərtə aviasiyası variantlarında F-35 əldə etməlidir.

 

Çin Xalq Respublikası

 

Çin silahlı qüvvələrinin aviasiyası, yəni Çin xalq-azadlıq ordusunun (ÇXAO) HHQ və ÇXAO HDQ aviasiyası qüdrətinin zirvəsindədir. Təyyarələrin sayı azalsa da, lakin Su-30, J-11, J-15 və J-10 daxil olmaqla onların keyfiyyəti ancaq yaxşılaşır. Bununla bərabər, bu təyyarələr dördüncü nəslə aiddir. ABŞ və digər böyük dövlətlərlə bəhsləşmək üçün üzərində iş gedən beşinci nəsil təyyarələr, yəni J-20 və J-31 uğurlu çıxmalıdır.

j-31

Qırıcılar ümumi mənzərnin yalnız bir hissəsidir. Çin HHQ Çində istehsal edilmiş uzaqradiuslu Y-20 nəqliyyat təyyarəsi tədarük etmək və 2030-cu ilə doğru dünyanın istənilən yerinə çatmaq imkanı əldə etmək niyyətindədir.

Çin eyni zamanda yanacaqdolduran və öncədən xəbərdarlıq edən təyyarələr daxil olmaqla yardımçı təyyarələr hazırlayır. Şərqi və Cənubi Çin dənizində artan gərginlik nəzərə alınmaqla ÇXR kəşfiyyat-müşahidə tapşırıqlarını yerinə yetirmək üçün təyyarələrin sayını, o cümlədən tandemli “Tanrı qartalı” pilotsuzlarını çoxaltmağa cəhd edir.

 

Rusiya

 

Rusiya HHQ-nin 2030-cu ildəki durumunu öncədən söyləmək asan deyil və hadisələr bir neçə yolla inkişaf edə bilər. İqtisadiyyatın, neftin və digər xammalların yüksək qiymətlərinin bərpası və Qərb sanksiyalarının ləğvini əhatə edən ən yaxşı ssenari üzrə Rusiya aviasiyası döyüş qüdrətinə görə 2030-cu ildə dünyada ikinci yerdə görünə bilər.

T-50-new

Rusiya HHQ-nin iki ən mənalı proqramı PAK-FA qırıcısının və həm də T-50 kimi tanınan və Rusiya HHQ-i F-22 Raptor-la müqayisə edilən zəruri PAK-DA strateji bombardmançısının layihələridir. Rusiya köhnə MiQ-29, Su-27, Su-30 və Su-34 təyyarələrinə daim bel bağlaya bilməz. “Stels” texnologiyası üzrə inşa edilmiş və işıqdan aşağı sürətli, nüvə bombası daşıya bilən PAK-DA strateji bombardmançısı köhnəlməkdə olan Tu-160 və Tu-22-ləri əvəz etməlidir.

Əlbəttə, bütün bunlar ancaq Rusiya iqtsadiyyatının bərası şərtilə  mümkündür.

 

İsrail

 

İsrail HHQ-nin bu gün havada hökmranlığı təmin edən AC modifikasiyalı 58 ədəd F-15 qırıcısı, bundan başqa, 25 ədəd F-15I və 312 ədəd çoxhədəfli F-16 qırıcısı var. Təxminə görə, İsrail aviasiyası 2030-cu ildə Yaxın Şərqdə ən güclü aviasiya olacaq. Həmin dövrə doğru F-15-lərin təcili əvəzlənməsi tələb olunur, çünki platformaların əksəriyyətinin yaşı 40-ı keçəcək. Təəssüf ki, F-15C-nin analoqu hələlik yoxdur və F-22 Raptor-un istehsalı 2011-ci ildə başa çatıb.

İsrail ya F-15C-nin istismar müddətini uzatmalı olacaq, ya da ABŞ altıncı nəsil təyyarələrin istehsalına başlamayınca havada hökmranlıq vəzifəsini F-35-in üzərinə qoymalıdır.

f-15-c

İsrail 2021-ci ilə doğru F-35-in iki eskadrilyasını, sonra isə 2020-ci illərdə üçüncü eskadrilyanı hazırlamağı planlaşdırır. Başlanğıc yaxşıdır, lakin bu, F-16-ların indiki sayının cəmi dörddə biridir. 200-ə yaxın F-35 təyyarəsi ortalığa qoyula bilər. Onları kəşfiyyat və müşahidə üzrə missiyanı yerinə yetirən, HHM vasitələrini boğan çoxsaylı pilotsuz uçuş aparatları dəstəkləyəcək.

 

Böyük Britaniya

typhoon-1

Kral HHQ 2030-cu ilə doğru xeyli on illər ərzindəki durumla müqayisədə qüdrətinin zirvəsinə yetişəcək. Britaniya aviasiyasına havada hökmranlığı fəth etmək təyyarəsi kimi 160 ədəd yüksəkkeyfiyyətli "Eurofighter Typhoon" təyyarəsi daxil ediləcək. Əvvəllər havada hökmranlığı təmin etmək üçün hazırlanmış "Eurofighter" bu gün lazer tuşlamalı "Paveway" bombasını atmağa qadirdir. Hazırda onun "Brimstone" raketləri ilə təchiz edilməsi üzərində iş gedir. 2030-cu ilə doğru həmçinin "Taranis UAV"-ın varisi, pilotlu qırıcılartı dəstəkləyən zərbə pilotsuzu yaradılmalıdır.  

Sayğıya layiq "Panavia Tornado GR4" zərbə qırıcıları hesabdan silinəcək. Onu 138 ədəd şaquli uçuşlu, çoxtəyinatlı "F-35B Joint Strike Fighter" qırıcıları əvəzləyəcək. F-35B HHQ və kral donanmasının silahlanmasında duracaq və inşa edilən iki aviadaşıyıcının – “Kraliça Yelizaveta” “Uelsli şahzadə”nin aviaqrupunu təşkil edəcək.

Kral HHQ və Britaniya donanmasının aviasiyası 2030-cu ildə bütünlükdə 300 qırıcıya malik olacaq və Qərbi Avropada ikinci olacaq.

 

Tərcümə Strateq.az-ındır.

 

Kayl Midzokami müdafiə və milli təhlükəsizlik sahəsində ixtisaslaşır, “Diplomat”, “Foreign Policy”, “War is Boring” və “Daily Beast” nəşrləri üçün yazır.