XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

25 İyul 2016 - 13:17

Erməni analitik Türkiyə ilə Azərbaycanın birgə müharibə planından yazdı:"Qarabağın azad edilməsi üçün “Koroğlu” planı sınaqdan keçirilib" - Təhlil

AE

İqor Muradyan

Lragir.am (Ermınistan), 24.07.2016

 

Təəssüf ki, Türkiyə-Azərbaycan müqaviləsinin Amerika-Azərbaycan hərbi əməkdaşlığı ilə nisbətini təxmin etməyə və təcavüz halında Azərbaycanın, təxminən, alacağı zəmanətləri haqda hətta analitik baxımdan da imkan yoxdur. Lakin müxtəlif qiymətlərin tutuşdurulmasından qənaət çıxarmaq olar ki, Türkiyə zəmanəti üç mümkün düşməni nəzərdə tutursa, Amerika zəmanəti yalnız iki rəqibi – Rusiya və İranı ehtiva edir.  Türkiyə hazırda qoşun növlərinin hazırlanması, qərargah işi, yeni hərbi texnikanın mənimsənilməsi, müxtəlif formatlı manevrlərin keçirilməsi, sərhəd xidmətinin hazırlanması, kəşfiyyat işi, hərbi təhsil proqramları daxil olmaqla Azərbaycan silahlı qüvvələrinin hazırlanmasında 19 proqram üzrə fəal iştirak edir. Türkiyə müdafiə nazirinin müavini, bir qayda olaraq, bu proqramların hər bir mərhələsnin həyata keçirilməsi üzrə ölkənin hərbi komandanlığına ildə iki dəfə hesabat verir. Əvvəllər Türkiyə hərbi mütəxəssislərinin iş praktikası korpus səviyyəsində idisə – ki, təlimatçılarla birikdə 78 nəfər təşkil edirdi – hazırda təlimatçılar alaylar səviyyəsində bölüşürülüb, ümumi sayları isə 230-u keçir.

2004-cü  ildə Türkiyə hərbi mütəxəssislərinin iştirakı ilə Ermənistanla hərbi əməliyyatlar aparılmasının əməliyyat-taktiki planı hazırlanmışdı. Qarabağ torpaqlarının azad edilməsi üçün hazırlanmış və 2004-cü ilin axırında Türkiyə Baş Qəragahında sınaqdan keçirilmiş “Koroğlu” planı mahiyyətcə Azərbaycan silahlı qüvvələrinin müharibə dövründə əsas planıdır.

2006-cı ildə ABŞ-ın “Müdafiə informasiyası mərkəzi”ndən məlumat keçib ki, Pentaqon Türkiyə Müdafiə nazirliyi ilə sazişlərə uyğun olaraq Azərbaycanla hərbi əməkdaşlıq planları haqda izahat tələb edib. Amerikalılar nəzərdə tuturdular ki, bu dövlətlər arasındakı hərbi əməkdaşlıq heç də şəffaf olmayan niyyət və məzmun ehtiva edir. NATO 2006-cı ilin əvvəlində bu əməkdaşlığa oxşar maraq göstərib. Diqqətçəkəndir ki, NATO-nun AASQM (Avropada Adi Silahlı Qüvvələr haqda Müqavilə-tərc.) adi silahlar üzərində nəzarət üzrə özəl qrupunun 2002-ci ildəki raportunda fikir var idi ki, müdafiə sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı Azərbaycanın AASQM-in şərtlərini pozmaq amili olub.

Lakin zəmanə dəyşilib. NATO-nun Varşava sammitindən sonra alyans Azərbaycanı özünün strateji tərəfdaşı adlandırdı, Ermənistanı isə bədbəxt, heç nəyə dəyməyən ölkə kimi yaddan çıxartdılar. Özünü politoloq adlandıran erməni cibgirləri iddia edirlər ki, NATO-nun Varşava sammiti Ukraynaya hərbi yardım üçün əsla heç bir addım atmayıb. Bu, cibgirin NATO-nun fəaliyyəti haqda heç nə bilməyən özü kimi bir cibgirə bunu deyərkən baş verir.

Ukrayna mühüm Avroatlantik tərəfdaşı olur və Rusiyanın təcavüzünə müqavimətin önəmli amili kimi nəzərdən keçirilir. Gürcüstan və Ukrayna NATO-nun özəl tərəfdaşları olur, Rusiyanı isə NATO tərəfdaşları siyahısından çıxdaş edir və hətta Olimpiadada iştirakına da icazə vermirlər.

Gürcüstan və Ukrayna NATO üçün özəl önəm kəsb edir, halbuki Türkiyəyə daha alyansın etibarlı üzvü kimi yanaşıla bilməz. Azərbaycanı Türkiyədən maksimal şəkildə aralamaqdan ötrü Azərbaycana da belə bir rol ayrılır.

Bundan savayı, Ermənistan Rusiyanın getdikcə daha itaətkar vassalına döndükcə Azərbaycan daha böyük əhəmiyyət qazanır.

Görünür, Azərbaycan daha Rusiyanın simasında etibarlı tərəfdaş tapmır və NATO tərəfdən udulmağa hazırdır. Ziddiyyətlər həddindən artıq çoxdur, lakin bunlar Cənubi Qafqazda çox tezliklə olmayacaq.  

Yetərincə əminlik var ki, Türkiyə müharibəyə cəlb edilməkdə maraqlı deyil və hələlik önləyici amildir. Beləliklə, iddia etmək olar ki, Qarabağ cəbhəsində hərbi əməliyyatlaırn təzələnməsi imkanı Azərbaycanın istisnasız müstəqil qərar qəbul etməsiylə bağlı olacaq. Qarabağ müharibəsinin təzələnməsində xarici təşəbbüsün payı tam istisna olunmur. Lakin durum mürəkkəbləşib, çünki ABŞ Rusiyanı xeyli dərəcədə nəzarətə götürə bilib. Cənubi Qafqaz bölgəsi Türkiyənin Ermənistana hücum etməmək öhdəliyi qarşısında görünür ki, bu da Ermənistanın siyasi paradiqmasını əsaslı şəkildə dəyişir. Bununla da qarşılıqlı yardım haqda Türkiyə-Azərbaycan müqaviləsinin tarazlanması gözlənilir. NATO-nun marginal saydığı bu müqavilə siyasi aktuallıqdan çıxdaş ediləcək. Bu cəhdlərin hədəfi Ermənistanın Rusiya təsirindən çıxarılması olacaq.

Ermənistan dövləti Rusiyanın təsirindən qurtula bilər, lakin aborigen əhalisi necə olacaq?

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə