XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 16:54

Türkiyə kəşfiyyatının başçısını nə gözləyir? –Rusiyalı ekspertlər onun çevriliş günü necə davrandığını araşdırıblar

hakan-fidan-2

Stanislav Tarasov

REGNUM İA, 29.07.2016

 

Hərbi çevriliş cəhdi edilən gecə Türkiyədə nə baş verdiyi haqda indiyədək dəqiq məlumat yoxdur. Türkiyənin “Yeni Şafak” qəzeti xəbər verir ki, Səudiyyə Ərəbistanı və BƏƏ hazırlanan çevriliş barədə bilirdi. Bu cür qalmaqallı məlumatla Qətərin müdafiə naziri Xalid əl-Əttiyə çıxış edib.

Müəyyən təfərrüatlar da üzə çıxıb. Qətər nazirinin sözlərinə görə, bu ərəb ölkələri mayda Türkiyə HHQ ilə birgə təlim zamanı hazırlanan çevriliş haqda Türkiyənin bəzi hərbçilərindən mötəbər məlumat əldə edib. Qətər müdafiə nazirinin dəqiqləşdirməsincə, Türkiyədə qiyam avqustda olmalıymış, lakin aydınlaşdırlmamış səbəblər üzündən qiyam iyulun 15-də başlanıb.

Yeni, əlavə məlumalar üzə çıxanda bütün bunlar araşdırma tələb edir. Lakin xronoloji baxımdan dəqiq olsaq, görünür, təsadüfi deyil ki, iyunun ilk günlərində Türkiyə KİV-lərində prezident Ərdoğanın Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) direktoru Hakan Fidanı istefaya göndərə biləcəyi və Yaponiyaya səfir təyin edəcəyi haqda məlumat yayılıb. Bu, dolayı işarədir ki, Səudiyyə Ərəbistanı və BƏƏ əldə edilmiş məlumatı ya Türkiyə prezidenti Ərdoğanın özünə, ya da türk kəşfiyyatının başçısı Hakan Fidana ötürüb. Lakin Ərdoğan Afrika səfəri zamanı Fidanı özüylə götürmək və onunla münasibətləri şəxsən aydınlaşdırmağı qət edib və məlumat verib ki, “Fidan tutduğu vəzifədən azad edilməyib və Yaponiyaya səfir göndərilməyib”.

Hətta Ankara ilin əvvəlindən kəşfiyyatın maliyyələşdirilməsini 47% artırıb və onun cari ildəki büdcəsi 1,6 milyard türk lirəsi (təxminən, 800 milyon manat – tərc.) təşkil edir.

hakan-davutoqlu

Bütün əlamətlərə görə fikir yürüdərkən, Fidan öz vəzifəsini tərk etməyə can atıb. Baş nazir vəzifəsini tutmuş Əhməd Davudoğlu hələ keçən ilin yazında Fidana parlament deputatlığına namizəd olmağı təklif edib. Bu da ona gələcəkdə, ən azı, ölkə XİN başçısı vəzifəsini vəd edirdi. Lakin Ərdoğan buna qarşı çıxıb. Bir sıra türk ekspertlərinin fikrincə, Türkiyə prezidenti ehtiyat edib ki, “Ərdoğan ailəsinin sirlərinin bələdçisi olan” Fidan hökumət başçısı Davudoğlunun tərəfinə keçər, “ölkə siyasi sisteminin parlamentlilikdən prezidentliyə keçidinə qarşı olanların əlində silaha çevrilər”.

Fidan hökumətin adından PKK ilə məxfi danışqılar aparıb, həbsdə saxlanan PKK lideri Abdulla Öcalanla təmasda idi ki, bu da Türkiyədə parlament və prezident seçkilərinin nəticələrinə təsir etmiş və bir çox baxımdan ölkənin bölgəsəl siyasətini müəyyən etmişdi.

Bundan savayı, İsrail “Türkiyə hökumətinin “Mossad”ın agentləri ilə işləyən və onlarla Türkiyədə görüşən on iranlı haqda məlumatları İran xüsusi xidmətlərinə ötürdüyünü” məhz Fidanın ayağına yazırdı.

Yeri gəlmişkən, 2014-cü ilin martında İstanbul polisinin kəşfiyyat departamentinin o zamankı rəisi Əli Fuad Yılmaz məlumat verib ki, “İrana bağlı olan “Tövhid-Salam” terrorçu təşkilatı Türkiyə hökumətinin yüksək eşelonuna sızıb” və “xarici agentlər xüsusi çətinlik çəkmədən Türkiyənin  hakim dairələrinə nüfuz edib və yüksəkvəzifəli şəxslərlə təmaslar yaradıb”.

Bu cür məlumat o zaman daxili siyasi mübarizənin nəticəsi kimi qəbul edilirdi. Bundan da yazırdılar ki, Türkiyədə iki güc srtukturu – Milli Kəşfiyyat Xidməti (MİT) və İstanbul Təhlükəsizlik İdarəsi arasında ziddiyyət yaranıb. Sonuncu qurum kəşfiyyatı kürd separatçıları ilə əlbirlikdə və “yasaqlanmış PKK-ya qarşı başısoyuqluda” ittiham edirdi. Məsələ Türkiyənin tarixində görünməmiş hala gedib çıxdı: İstanbul prokurorluğu MİT-in fəaliyyətdə olan başçısı Fidanı, sələfi Əmrə Taneri, həmçinin kəşfiyyat xidmətinin keçmiş müavini Afət Günəşi istintaqa çağırdı.

"REGNUM İA" o zaman xəbər verdi ki, “Ankara Şimali İraqa quru müdaxiləsi hazırlayıb” və İsrailin o zamankı müdafiə naziri Ehud Barakın Fidanın Türkiyə hökumətində İran partiyasına başçılıq etdiyi haqda məlumatı məhz o zaman yayıldı. Rəsmi Ankara öz növbəsində bildirdi ki, türk kəşfiyyatının başçısı öz fəaliyyətində ancaq ölkə siyasi rəhbərliyinin göstərişlərini əsas tutur və “öz vəzifəsni uğurla icra edir”. Lakin Türkiyədə baş tutmamış çevriliş zamanı Ankaranın “arqumentləşdirmədə bu məntiqi uyğunluğu” işləmədi.

Məlum olub ki, Türkiyə MİT əməkdaşları iyulun 15-də hələ saat 16:00-da hazırlanan qiyam haqda məlumat əldə edib, lakin bu informasiyanı Türkiyə Baş Qərargahının saytında yerləşdiriblər. Fidan isə bu haqda prezident və baş nazirə məlumat verməməyi qət edib. Ərdoğan "Reuters"lə söhbətində həmin gecə baş vermiş hadisələri belə təsvir edir: “Yeznəm mənə zəng etdi və dedi: “İstanbulda problemlər var. Hərbçilər Bəylərbəyi sarayının yanında yolu bağlayır. Körpüyə keçməyə imkan vermirlər”. Mən əvvəlcə inanmadım. Milli kəşfiyyatın başçısına zəng etdim, lakin ona zəng çatmadı. Baş qərargah rəisinə də zəng çatmadı. Baş nazirlə bütün cəhdləri göstərdik ki, onlarla əlaqə yaradaq. Çətin olsa da, ən nəhayətdə, əlaqə qura bildik”.

Türkiyə KİV-lərinin məlumatından aydın olur ki, Fidan Baş Qərargaha gedib, lakin bir müddətdən sonra Baş Qərargah rəisi Hulusi Akar qiyamçılar tərəfindən girov götürülüb.

Türkiyənin “Milliyet” qəzeti bununla bağlı öz versiyasını irəli sürür. Versiyaya görə, Fidan çevriliş haqda alınmış məlumata şübhə ilə yanaşır və hər halda buna nail olub ki, Ankarada hava məkanı hərbi təyyarələr üçün bağlanıb. “Milliyet”-ə əsasən, Fidan Ərdoğanla birlikdə Mərmərədə olan prezident mühafizəsinin rəisinə şəxsən zəng edib. Bununla belə, Fidanın hərəkətini səriştəli saylıb-saymamağı mütəxəssislər müəyyən etməlidir.

Ölkədə əsas hadisələr baş verərkən, gecə saat 11-ədək Fidanla əlaqə yarada bilməyən Türkiyə baş naziri Binəli Yıldırım da onun işindən narazılıq edib. İsveçrə nəşri “Neue Zürcher Zeitung”-un xəbər verdiyi kimi, MİT başçısı Fidan hələlik ancaq xəbərdarlıqla ötüşüb. Lakin onun siyasi karyerasının başlıca hadisələri hələ qabaqdadır…

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə