Kirill Cavlah
REGNUM İA, 29.07.2016
Pakistan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Nəsir Xan Cancua iyulun 25-də Tehrana üçgünlük səfərə gəlmişdi. IRNA agentliyi xəbər verir ki, danışıqların baş mövzusu İran-Pakistan sərhədində təhlükəsizlik və sabitliyin təminatı olub. Cancua İran paytaxtında ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, daxili işlər naziri Rəhmani və Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) katibi Əli Şamxani ilə görüşüb.
Cancuanın səfər proqramında ilk bənd Vilayəti ilə görüş olub. Tərəflər ikitərəfli münasibətlərin inkişafını qısa şəkildə müzakirə edib və ölkələr arasındakı mədəni-mənəvi yaxınlığı vurğulayıblar. Vilayəti pakistanlı siyasətçi ilə görüşün yekunu üzrə “Mehr News” agentliyinə bildirib: “Pakistan bütövlükdə İranın bölgə siyasəti ilə üst-üstə düşən mövqeyə malikdir. Timsallardan biri Səudiyyə Ərəbistanının Yəmənə qoşun yeritmək təklifini rədd etməyidir. Digər tərəfdən, Kəşmirdəki müsəlmanların vəziyyəti ilə bağlı problem var. Biz ümid edirik ki, Hindistan bu bölgədə müsəlmanların hüquqlarını tapdalamayacaq”.
Baş nazirin müşaviri Cancua iyulun 25-də axşam İran daxili işlər naziri Əbdülrza Rəhmani ilə sərhədyanı zonada təhlükəsizlik məsələlərini müzakirə edib. İİR DİN mətbuat xidməti Rəhmaninin sözlərini sitat gətirir: “Keçən üç ildə hökumətlərin işində prioritet istiqamətlərdən biri şərq rayonlarında, xüsusən də Sistan və Bəlucistan əyalətlərində sosial durumu sabitləşdirmək və iqtisadiyyatın möhkəmləndirilməsi olub. Biz neft-kimya sənayesi, Çabahar limanı, dəmiryollarının inkiaşfına diqqət edirik. Kənd təsərrüfatında istifadə üçün əlavə 50 min hektar torpaq daxil edilib. Biz İran-Pakistan sərhədində təhlüksizliyin təminatı üzrə xüsusi komitə yaratmağa hazırıq”.
AMTŞ katibi ilə danışıqlarda İran-Pakistan sərhədində terrorizmlə mübarizə məsələləri detallı müzakirə edilib. Şamxani qeyd edib: “İşimizin prioritet istiqaməti İŞİD ideologiyası ilə mübarizədir. Bunsuz nə Yaxın Şərqdə, nə də Avropada təhlükəsizliyi təmin etmək mümkündür”.
Cancua müsəlman dünyasında ədavətin süni şəkildə qızışdırılmasına diqqət yönəldib. Pakistanlı siyasətçi vurğulayıb: “Şübhə yoxdur ki, müsəlman dünyasındakı çağdaş böhran düşmənlərin uzunmüddətli strategiyasıdır. Məqsəd müəlmanların Qərb qarşısında zəifləməyi üçün islam dövlətlərinin infrastruktur, insan və maliyyə resurslarınınn məhv edilməsidir”.
Keçən həftə hökumətyönlü “Pakistan müsəlman liqası” partiyasının sədri Muşahid Hüseyn Vaşinqtonun İslamabadın siyasətinə təsir etməkdən ötrü hansı üsullara əl atdığından danışıb. Hüseyn ILNA agentliyinə müsahibədə bildirib: “ABŞ bizə vəzifəli şəxslərin siyahısını göndərib. Amerikalılar xəbərdarlıq edirlər ki, İranla qaz kəməri gerçəkləşəcəyi halda adı çəkilən siyasətçilərin hamısına qarşı sanksiyalar tətbiq ediləcək. Bizim Çinlə Qvadar limanınadək gerçəkləşdirmək niyyətində olduğumuz boru kəməri inşası üzrə müqaviləmiz var. Bizə sadəcə borunu İran-Pakistan sərhədinə çəkmək qalır”.
Çin Pakistan ərazisində irimiqyaslı layihə həyata keçirir. Bu, dəmiryol şəbəkəsi, avtomobil yollarının inkişafı, həmçinin qaz kəmərinin çəkilməsidir. Bütün bu infrastruktur Çinin Sinszyan-Uyğur bölgəsini Pakistanın Qvadar limanı ilə birləşdirəcək. Pekin buna 46 milyard dollar qoymağa hazırdır. İran-Pakistan “Sülh” qaz kəmərinin inşası Pekinin “İpək yolu” ticari-iqtisadi marşrutunun həyata keçirilməsi üzrə siyasətinə daxildir. Çin “Sülh” layihəsinə 2,5 milyard dollar həcmində yatırımı təsdiqləyib. Qaz kəmərinin ümumi uzunluğu 1700 km-dir. İran artıq öz hissəsində 900 km inşa edib. İranın qaz kəmərini Qvadar limanı ilə birləşdirmək və kəməri Nəvabşaha (711 km) çatdırmaq qalır. Gözlənilir ki, layihə 2017-ci ilin axırınadək gerçəkləşdiriləcək. İyunun əvvəlindən İran-Pakistan sərhədini sabitsizləşdirmək cəhdləri çoxalıb. İran KİV-ləri praktik olaraq hər həftə Sistan və Bəlucistan əyalətlərində xüsusi xidmətlərlə yaraqlıların toqquşması haqda xəbər verir.
“Nüvə sövdələşməsi”ndə məxfi protokol olubmu?
"Associated Press" (АР) agyentliyinin “nüvə sazişi”nin məxfi maddələrini dərc etməyi ilə bağlı qalmaqal bu həftə davam edib. İran bu məruzəyə cavab olaraq MAQATE-yə rəsmi etiraz notası göndərib. “Biz MAQATE-yə etiraz notası göndərmişik.Hesab edirik ki, AP nüvə sazişinin MAQATE-nin car çəkməməli olduğu məxfi şərtlərini dərc edib. Biz ümid edirik ki, nüvə sövdələşməsinin bütün iştirakçıları əldə edilmiş razılaşmaların sonrakı yayılmasına imkan verməyəcək”, – deyə İran Atom energetikası üzrə Təşkilatının (İAET) mətbuat katibi Bəhruz Kamalvəndi “Mehr News” agentliyinə bildirib.
İran Məclisinin spikeri Əli Laricani əvvəllər ABŞ-ın “nüvə sövdələşməsi”nə əməl etmədiyinə cavab olaraq uranın zənginləşdirilməsi üzrə stansiyanın inşasına başlamağın lazım olduğunu bəyan etmişdi. "Tasnim News" agentliyi Laricanidən sitat gətirir: “İAET-in uranı lazımi səviyyəyədək zənginləşdirmək üçün AES inşası planı hazırlmasını zəruri sayıram. İşin gedişi haqda parlamentə daimi rejimdə məlumat verilsin”.
İran XİN Vyana sazişi şərtlərinin pozulacağı halda öz prinsipial mövqeyini təsdiq edib. İAET başçısı Əliəkbər Salehi məxfi razılaşma haqda KİV-ə sızmış məlumatı təkzib edib. O, IRİB kanalının xəbərlər verilişində qeyd edib: “Belə bir sənəd heç vaxt olmayıb. “Altılıq”la əldə edilmiş razılaşmaların şərtləri pozulacağı halda İran uranın imzalanmış sənəddə göstərildiyindən daha güclü şəkildə zəinginləşıdirilməsinə qayıda bilər”.
İAET “nüvə sazişi” məsələsi üzrə AB liderlərinin ziddiyyətli mövqelərinə işarə edib.
"Associated Press" agentliyi İranın “altılıq”la nüvə sazişinin məxfi protokolunu dərc edib. Bu məlumata əsasən, əvvəllər deyildiyi kimi, Vyana sazişinin imzalanmasından 15 il sonra deyil, 10 il sonra Tehrana uranın zənginləşdirilməsinə girişməyə icazə verilir. İslam respublikası 2027-ci ilə doğru sentrifuqaları təkmilləşdirmək üçün əvəzlənməyə başlaya bilər. Bu, İrana uranın zənginləşdirilməsi tempini iki dəfə artırmaq imkanı verir. ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi AP-nin dərc etrdiyi məlumatı təkzib edib.
Tehranın Avropaya qaz iddiaları
İran Milli Qaz Şirkəti (NIGC) Beynəlxalq şöbəsinin direktoru Əzizulla Ramazani iyulun 25-də İran qazının Avropa bazarlarındakı perspektivindən danışıb. IRNA hökumət agentliyi onun sözlərini sitat gətirir: “İranın altıncı beşillik inkişaf proqramının həyata keçirilməsi nəticəsində ixracatın həcmi ildə 80 milyard kubmetədək yüksələcək. Bunun 50 milyard kubmetri qonşu ölkələrə tədarük üçün nəzərdə tutuluib. Qalan 30 milyard kubmetr Avropaya yönəldiləcək”.
Avropa Komissiyasının 2015-ci ilin payızında dərc olunmuş məruzəsinə əsasən, Avropa Birliyi 2030-cu ilə dorğu hər il 25-30 milyard kubmetr İran qazı idxal etməyi planlaşdırır. Energetika və iqlim üzrə Avropa komissarı Arias Kanyete 2016-cı ilin aprelində Tehrana səfər zamanı bildirib ki, İran ən yaxın 3-4 ildə Avropa bazarında payını xeyli artıra bilər.
İran “nüvə sazişi” bağlandıqdan sonra Avropa bazarında qaz iddiaları haqda daha tez-tez bildirməyə başlayıb. Artıq Yunanıstan, Bolqarıstan, Polşa, Baltikyanı ölkələr İrandan qaz idxalına hazır olduğunu ifadə edib. İran qazının Avropaya yolundakı əsas maneə mavi yanacağın nəqli üçün birbaşa kommunikasiyanın olmamasıdır. AB-yə STQ-ın (sıxılmış təbii qaz-tərc.) satış həcmini artırmaq üçün Tehranın bu gün kifayət qədər tankeri yoxdur. Yaxın Şərqin xaotikləşdirilməsi isə İranın Avropa layihəsinə son qoya bilər.
Tərcümə Strateq.az-ındır.