Stanislav Tarasov
REGNUM İA, 02.08.2016
Avqustun 8-də Bakıda Azərbaycan, İran və Rusiya rəhbərlərinin üçtərəfli görüşü baş tutmalıdır. Məlumatlara görə, tərəflər Xəzərin hüquqi statusu, ticarət, mədəniyyət və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun inşasını müzakirə etmək niyyətindədirlər. Moskva, Tehran və Bakı hazırda xarici siyasət idarələri səviyyəsində zəruri məsləhətləşmələr keçirir, lakin İran xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini İbrahim Rəhimpur bildirib ki, “Şimal-Cənub” layihəsi prezidentlərin qarşıdakı görüşündə gündəliyin əsas mövzusu olacaq. Bununla bağlı Bakının bəzi KİV-də iki ölkə arasında münasibətlətrin istiləşməsi və Ərdoğanın “bölgə problemlərini əl-ələ verib həll etmək və barış və sabitliyin bölgəyə qayıtmağından ötrü İran və Rusiya ilə əməkdaşlığa kökləndiyi haqda” bəyanatı fonunda Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğanın da Bakı sammitinə dəvət edilməsinin arzuedilən olduğu haqda informasiya “tullantısı” həyata keçirilib.
Azərbaycan bu cür bölgüdə öz müttəfiqi Türkiyəni alyansa inteqrasiya etməklə Rusiya vasitəsilə İranı özünə bağlayıb, bu qayda ilə Avropa üçün iqtisadi və kommunikasiya önəmini göstərib geopolitik durumunu xeyli möhkəmləndirər və hətta gücləndirərdi. Bu, geniş mənada sözlərdir. Dar mənada – Bakı Qarabağ düyününün açılması üzrə müzakirələrə yeni mövqelərdən girişər və mövzunu tədricən ATƏT Minsk qrupununn səlahiyyətlərindən kənara çıxarardı. Lakin Moskva və Tehran öz ssenariləri üzrə hərəkət edir. Rusiya prezidenti Valdimir Putin Bakı sammitindən dərhal sonra Sankt-Peterburqa Ərdoğanla görüşə yollanacaq. Tərəflər ikitərəfli münasibətlərin, dünya və bölgə siyasətinin problemlərini ikitərəfli formatda müzakirə edəcək. İran prezidenti Həsən Ruhani öz növbəsində Bakı siyasətçilərinin “beynəlxalq sanksiyalardan azad olmuş İranın guya Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə can atmadığı və Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişafına daha çox maraq göstərdiyi” haqda bəyanat və ümidlərini təkzib edərək tezliklə İrəvana səfər etmək niyyətindədir. Hətta İran neft naziri Bican Zəngani Bakı sammiti ərəfəsində bildirib ki, hazırda Ermənistana tədarük edilən təbii qaz 2018-ci ilin sonuna doğru gündə üç milyon kubmetrə çatmaqla üç dəfə artacaq.
İran qazının Ermənistan ərazisindən Gürcüstana və ola bilsin, buradan da Avropa bazarlarına tranziti mümkündür. Düzdür, Tiflis energetika nazirinin müavini Mariyam Valişvilinin dili ilə bəyan edib ki, “İran qazının Ermənistan ərazisindən Gürcüstana “sınaq ixracatı”nın həyata keçirilməsi üçün sazişin bağlanması haqda məlumatı təkzib edir”, çünki üçtərəfli saziş yoxdur. Lakin ancaq hələlik yoxdur. Neft naziri Zəngani həmçinin məlumat verib ki, Ermənistanın təklifi üzrə Ermənistan və İranın energetika-qaz proqramları, o cümlədən İran qazının başqa ölkələrə tranziti ilə ilə məşğul olacaq yeni müştərək şirkət yaradıla bilər. Daha bir mühüm çalar. Gürcüstan inkişaf araşdırmaları İnstitutu idraə heyətinin sədri Giya Xuxaşvili bu məlumatı şərh edərək onu guya İran tərəfdən qaynaqlanan siyasi risklə əlaqələndirib. Həm də Xuxaşvilinin sözlərinə görə, “Ermənistanın qaz kəmərləri sisteminə “Qazprom” nəzarət edir və Ermənistanın bu cür layihələrdə iştirakı Rusiyanın iştirakına bərabərdir”.
Nədənsə Bakıda və Tiflisdə əmindirlər ki, “İran qazının Ermənistan ərazisindən nəqli Qərb üçün maraqlı deyil, çünki bu marşrut Rusiyanın iştirakını ehtiva edir, Qərb isə Rusiyadan yan keçən qaz tədarükü axtarıb tapmağa cəhd edir”.
Lakin bu məsələ Dağlıq Qarabağ nizamlaması ssenariləri probleminə proyeksiya edilsə, hər şey başqa cür görünür. Üstəgəl, baş tutmamış çevrilişdən sonra demokartiya məsələləri və insan haqlarının qarşıda durduğu Türkiyəyə Qərbin mənfi münasibəti. Bu cür tendensiyada enerji resurslarınn Azərbaycandan Türkiyə vasitəsilə Avropaya tranziti ümumiyyətlə problemli çıxa bilər. Bax, Ermənistan-İran alyansı buna görə müstəqil geopolitik məna qazanır. İran-Ermənistan neft-qaz kəmərlərinin, dəmiryolunun çəkilişi başlansa, bu mövqe möhkəmlənəcək. Təsadüfi deyil ki, Bakıda hətta danışmağa başlayıblar ki, “İran və Ermənistan birləşməyə başlayır” və “İrəvanla Tehran Azərbaycana siyasi basqı göstərməyə başlayıb”. Milli təhlükəsizlik layihəsinin analitiki Trumen Daniel Qeynor isə hətta iddia etməyə başlayıb ki, “bölgədə Amerika maraqlarının yeridilməsi üçün məhz Ermənistanın potensial gücü rıçaq kimi baxış dairəsindədir”.
Bakı indi Tehrana “Fars körfəzinə dönməyi” məsləhət görərək “bütün şimal layihələrinin isə oyun-oyuncaq olduğu” haqda növbəti informasiya “şar”ı buraxır.
Əlbəttə, Şərqdə ifadə olunmuş niyyətlərdən planların gerçəkləşdirilməsinə qədər çox böyük məsafə olur. Bununla belə, Tehran Bakıya aydın siqnallar göndərir ki, Cənubi Qafqazda geoiqtisadi durumu tarazlaşdırmaq niyyətindədir və yalnız onun tərəfində oynamayacaq. Xatırladaq ki, Ermənistan Avrasiya iqtisadi birliyi və KTMT üzvüdür və Rusiya ilə birlikdə İrana çıxışı ona müəyyən geopolitik üstünlüklər yaradır. Lakin prezidentlərin üçtərəfli Bakı görüşünün yekunları müəyyən aydınlıq gətirəcək. Bu görüşlər çox maraqlı olmağı vəd edir.
Tərcümə Strateq.az-ındır.