Yevgeni Krutikov
Vz.ru, 04.08.2016
Ərdoğan, hər halda, mühüm daxili siyasi addıma qərar verib – Türkiyə kəşfiyyatı və əks-kəşfiyyatının islahatına. Həm də bu, başadüşüləndir: əslində xüsusi xidmətlər dövlət çevrilişi vaxtı yuxuya getmişdi. Türkiyə xüsusi xidmətləri sistemi olduqca özünəməxsus şəkidə qurulub və onun islahatı da xeyli yerli, sırf Türkiyə özəlliklərini nəzərə almalıdır.
Türkiyə prezidenti bu günlərdə bildirib ki, ölkənin təhlükəsizlik xidməti və kəşfiyyat – MİT – uğursuz hərbi çevriliş cəhdindən sonra üzə çıxmış səhvlər və qeyri-peşəkarlıq üzündən islahata məruz qalacaq. Bu qərar çoxdan yadda idi, indi isə buna (Türkiyədə həmişə olduğu kimi) şəxsi amil qarışıb. Çevriliş vaxtı Ərdoğanın zəngləri MİT rəisinə çatmayıb – hələ onu demirik ki, əks-kəşfiyyat ordu mühitində şaxə atmış sui-qəsdi bayağı şəkildə fövtə verib.
MİT-in islahatı haqda söz-söhbət hələlik strukturun iki qeyri-bərabər hissəyə – xarici kəşfiyyat və əks-kəşfiyyata bölünməsinə çevrilir. Eyni zamanda Türkiyədə praktik olaraq bütün güc strukturlarının öz kəşfiyyatı var. Məsələn, milli polis və jandarmeriyanın. Ölkə daxilində MİT-in məsuliyyət zonasına terrorizm, kommunizm və ultrasağ hərəkatlarla, həmçinin separatçılarla, əlbəttə, birinci növbədə kürdlərlə mübarizə daxildir. Digər “kəşfiyyatlar” əsasən praktik fəaliyyətlə məşğuldur.
MİT-in dəqiq sayı və büdcəsi baş nazirin dəftərxanasından kənarda heç kimə məlum deyil, lakin ehtimala görə, təşkilatın ştatları 8-10 min nəfərə, xərcləri isə ildə 300 milyon dollara çata bilər. Xidmətin fəaliyyəti hazırda 1984-cü ilin qanunu ilə müəyyən edilir – xidmətin başçısı baş nazirə tabedir. Ərdoğan MİT-i prezidentə tabe etməklə məhz bu tabelik sistemini dəyişdirmək istəyir. Bu isə artıq konstitusiya dəyişikliyi tələb edir.
Artıq indidən demək mümkündür ki, kəşfiyyatın müstəqil struktura dönməyi MİT-in iş üslubu və sistemində az şeyi dəyişəcək. Əlbəttə, bu gediş yeni idarənin rəhbərliyinin şəxsi məsuliyyətini yüksəldəcək, lakin bu, hələ iksir deyil. Bir sıra şərtlərə əməl etməklə haradasa bu cür üsul işlək olur (məsələn, Rusiyadakı kimi) – lakin müstəqil xarici kəşfiyyatın başında yalnız nüfuzlu, həm də ölkə elitasında siyasi çəkisi olan peşəkar olarsa (Rusiyada bu rolu Yevgeni Primakov oynayırdı). Bu, çağdaş Türkiyədə isə yerli özəlliklər üzündən işləməyə bilər.
Türkiyə xarici kəşfiyyatının işi diasporaya sıx bağlıdır. Bundan başqa, rezidentura sisteminin özü planetdə yeridilməsi uğrunda birinciliyi Ərdoğanla Gülənin bəhsə girdiyi pantürkizm ideyaları altında formalaşıb. Türkiyə prezidenti tərəfdən qaçqın vaizin ünvanına ittihamlar da buradandır ki, Gülən Türkiyənin güc qurumlarına “öz adamlarını yerləşdirib”.
Bu, tam həqiqətdir. Bunu da nəzərə almaq lazımdır ki, Gülənin təşkilatı və ona bağlı fondlar, məktəblər və digər strukturlar iyirmi ildən çox kadrların yetişdirilməsiylə məşğul olub və müəyyən yerlərdə artıq nurçuluq dəyərləri çərçivəsində tərbiyə olunmuş və yumşaq, qarayaxa olmayan formada pantürkçülük ideyalarına yönəlmiş iki nəsil dəyişilib. Bir sıra təhsil müəssislərində nə zamansa Gülən məktəblərində və sözün geniş mənasında nurçu və digər pantürkçü təhsil müəssislərində ilk şagirdlər olmuş adamların müəllim və professor kimi çalışdığı durum yaranıb. Ərdoğanın təhsil müəssislərində başlatdığı kütləvi terror və vahid hərbi akademiya ilə əvəzlənməsi nəzərdə tutulan bütün ordu məktəblərinin bağlanması da qismən bununla bağlıdır.
MİT-in əsas kadr ehtiyatları son aya qədər Ankara universitetinin hüquq fakültəsi, özəl Bilkənd universiteti, Ora Şərq Texniki və Bosfor universitetləri idi. MİT öz məqsədləri üçün həmçinin əslində dövlət tərəfindən maliyyələşdirilən və siyasi dəstəyindən faydalanan özəl xarici siyasət İnstitutundan da istifadə edir. MİT-in ştatına daxil edilməli adamlar fəaliyyətdə olan əməkdaşlardan iki zəmanət almalıdır. Zəmanətdə iddiaçının işgüzar və şəxsi keyfiyyətlərinin səciyyəsindən başqa, siyasi etibarlılığı və Türkiyənin milli maraqlarına sədaqəti mütləq qeyd olunur.
Bu sistem MİT-lə qəddar bir zarafat etdi. Bölgələrdə əks-kəşfiyyata xidmətə girmək hətta korrupsiya mexanizmi deyil, onun sırf Şərq müxtəlifliynə çevrilib – tayfabazlıq və dostbazlıq baş alıb gedir. Qohumlar işə girmək üçün bir-birinə tələb edilən zəmanəti verir, bir sıra bölgələrdə isə eyni zamanda baba, ata və nəvə işləyə bilir – hələ kürəkənləri və qardaş uşaqlarını demirik. Həm də məsələ təkcə nüfuzda deyil. MİT-ə qulluğa girmək maliyyə baxımından son dərəcə sərfəlidir, çünki əks-kəşfiyyatın yerli şöbələri cinayətkarlıq, xüsusən də qaçaqmalçılıq üçün “güc çətirinə” çevrilib. Əvvəllər qaçaqmalçılardan məlumat qaynağı kimi yararlanır, təşəkkür əvəzinə isə himayə edirdilər.
MİT strukturları bütünlükdə artıq funksiyalarla yüklənib və böhranlı şəkildə korrupsiyalaşıb. Hökumət uşaqların nə ilə əyləndiyinə fikir vermədən bunların hamısına göz yumurdu – təki işlərini görsünlər. MİT-in işindəki daimi çaşqınlıqlar həqiqətən də hərbi çevriliş cəhdinə qədər sistemli fəlakət xarakteri daşımırdı. İndi isə Ərdoğanın hərəkətlərini haqlı saymaq olar.
Xarici kəşfiyyata gəlincə, onda təşkilat kimi, hətta xarakterik türk qəhvəsinin möhürü var. Onun hazırda ayrıca struktura çevrilməsi nəzərdə tutulan baş idarəsi iki şöbədən – Yaxın Şərq və Asiya, Avropa bölmələrindən ibarətdir. I şöbə öz növbəsində keçmiş SSRİ-nin Qafqaz və Orta Asiya respublikaları, İran, İraq üzrə işləyən iki bölmədən və Suriya, Livan və Yaxın Şərqin digər ölkələri ilə məşğul olan bölmədən ibarətdir.
Şərti "Avropa şöbəsi”nin quruluşu daha maraqlıdır. Onun birinci bölməsi istisnasız olaraq Yunanıstran, Kipr və Balkan ölkələri ilə, ikinci bölmə isə Avropanın qalan ölkələri ilə məşğuldur. Eyni zamanda Almaniyadakı türk diasporu və Berlinlə Ankaranın tarixi əlaqələri üzündən Almaniyaya ayrıca struktur ayrılıb.
MDB məsələləri üzrə idarə hələ 1992-ci ildə yaradılıb, bir il ərzində Bakı, Batumi, Bişkek, Daşkənd, Alma-Ata və Aşqabadda rezidenturalar qurulub. Dost Azərbaycandakı rezidentura tezliklə “əməkdaşlıq mərkəzi”nə çevrilib, ancaq yaxşı maaşlı yüngül vəzifəyə döbnmüş bəzi rezidenturalara tamamilə aydın korrupsiya səbəbləri üzündən heç də peşəkar olmayan adamlar təyin edilib.
İstənilən halda MİT-in indiki kadr heyəti Türkiyə cəmiyyətinin pantürkizm ideyaları əsasında yetişmiş və ictimai durumunu şəxsi kapitallaşma və ailə statusuna döndərmiş hərbi-siyasi elitasının tərkib hissəsidir.
Başqa məsələdir ki, 90-cı illərin ortalarından başlayaraq MİT-in başında bəziləri ABŞ-da ixtisaslaşmış hazırlıq keçən kadr kəşfiyyatçılar durub. Ərdoğanın dönəmində onları “ideyaca mətin”, yoxlanılmış kadrlar əvəzlədi, bununla belə bu kadrların peşəkarlıq səviyyəsi durmadan aşağı düşüb.
MİT-in texniki təchizatı da yaxşı səviyyədə deyil, Türkiyəyə elektron məlumatın əsas hissəsi idarələrarası mübadilə əsasında MKİ-dən daxil olur. Lakin Lenqlidə (MKİ-nin yerləşdiyi rayon-tərc.) türk xüsusi xidmətlərini etibarsız hesab edir və informasiyanı onlarla könülsüz bölüşürlər. Hazırda isə Amerika generallarının birini qiyamçılara, az qala, şəxsən rəhbərlik etməkdə ittihamdan sonra MKİ ilə MİT arasındakı münasibətlərin yenidən nəzərdən keçirilməsi qarşıda dura bilər. Başa düşmək lazımdır ki, bütün bunlar iki böyük ideya-siyasi klan (Ərdoğanın və Gülənin) arasında rəqabətli mübarizə ilə bağlı Türkiyədaxili münaqişələrdir və əslində eyni strateji hədəfi güdürlər – pantürkizmi və Türkiyənin tədricən islamlaşmasını. Və Gülən həmişə MKİ-nin dəstəyindən istifadə edibsə (hələ “kommunist təhlükəsi” ilə mübarizədə tarixən belə alınıb), “Ərdoğanın dəstəsi” nisbətən gəncdir və ideolojui baxımdan daha az möhkəmlənib.
Ona görə də MİT-dəki islahat, çox güman ki, kəşfiyyat və əks-kəşfiyyatın işinin inzibati yaxşılaşmasına səbəb olmayacaq və yalnız bir klanın digəri üzərində qələbəsini qeydə alacaq. Ağır tarixi miraslı digər Şərq ölkələri kimi Türkiyədə də bu proseslər mənəvi terror, işdən çıxarılmalar və baş verənlərin təkmilləşdirilmiş ideolojiləşdirilməsi ilə müşayiət olunacaq. Lakin mahiyyət dəyişilməyəcək.
Tərcümə Strateq.az-ındır.