XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

05 Avqust 2016 - 08:55

Rusiyalı ekspert:“Türkiyə dünyanın əsas geopolitik oyunçularının diqqətini çəkən ölkəyə çevrilib" - Təhlil

erd

İvan Preobrajenski

Rosbalt.ru, 05.08.2016

 

Avstriyalılar Türkiyə böhranı fonunda ölkənin AB-yə daxil olmasını yaddan çıxarmağı təklif edir, Putin Peterburqda Ərdoğanı gözləyir, Kerri isə Ankaraya gedir.  

Avsrtiya kansleri Kristian Kern Avropa Birliyinə birləşmək haqda Türkiyə ilə bir neçə on il davam edən danışıqları dayandırmağı təklif edir. Onun sözlərinə görə, Türkiyə dövlətindəki aktual durum deməyə imkan verir ki, o nə indi, nə də “ən yaxın onillikdə” AB-yə girməyə hazır olacaq. Kern bu barədə milli televiziyanın efirində bəyan edib, sonradan isə jurnalistlərə söyləyib ki, artıq sentyabrın 16-da Avropa Birliyinin ən yaxın sammitində bu mövzunu qaldırmaq niyyətindədir.

Əlbəttə, Türkiyədə Avstriya kanslerinin bu cür bəyanından rəsmi səviyyədə narazı qalaraq hətta onu aşkar şəkildə qınayıblar. Lakin hər şeyə görə fikir yürüdərkən, gerçəklikdə Ankaranın özü də indi AB ilə normal münasibətlər saxlamağa cəhd etmir.

Məsələ bundadır ki, münasibətlərdəki soyuqluğu süni şəkildə elə törətmək yaxşı olardı ki, bunun təşəbbüskarı məhz avropalılar olsunlar. Türkiyə xüsusən də Avroap Birliyi tərəfdən iqtisadi yardım və viza rejiminin ləğvi  əvəzində suriyalı qaçqınları qəbul etmək haqda əvvələr əldə edilmiş razılaşmaya xüsusən də indi açıq şəkildə əməl etmək niyyətində deyil.

Prezident Ərdoğan ölkədə hərbi çevriliş cəhdini boğduqdan sonra Türkiyənin on minlərlə vətəndaşı üçün tətbiq edilən ölkədən çıxmaq qadağası fonunda vizasız rejim söhbəti xüsusən qəribə görünür.

Çox güman ki, Türkiyə hökumətinin özü də gözəl dərk edir ki, hüquq müdafiəçiləri cəmiyyətinin siyasətçilərə indiki təsir səviyyəsi ilə Rəcəb Ərdoğanın məmurları kütləvi şəkildə işdən çıxarmaq, ali məktəbləri və medianı bağlamaq, başlıcası isə Türkiyənin superprezident respublikasına çevrilməyi və ölkədə ölüm cəzasının bərpası haqda maddənin ola biləcəyi yeni konstitusiya hazırlamaqla ölkədə həyata keçirdiyi konstitusiya çevrilişini Avropa çətin ki dəstəkləsin. Buna görə də Türkiyə hökumətinin xarici siyasətində hazırda prioritetlər başqadır.

Ərdoğan avqustun 9-da Rusiya prezidenti Vladimir Putinlə zəfər danışıqları (ona hazırlığın miqyasına görə fikir yürüdülsə) aparacağı Sankt-Peterburqa uçur. Tərəflər “Türk axını” qaz kəməri layihəsinin bərpası, qida məhslullarının qarşılıqlı tədarükü, aviadaşımalar, vizalar və xeyli digər məsələlər haqda razılığa gələcək.

Bundan savayı, çox güman ki, Rusiya və Türkiyənin son illərdə düşmən deməsək də, rəqib kimi çıxış etdiyi Suriya üzrə birgə bəyanat da qəbul ediləcək.  

Avqustun sonunda isə Аnkaraya ABŞ Dövlət Departamentinin başçısı Con Kerri gələcək. Onu səfəri iki əsas mövzunu nəzərdə tutur – Türkiyə ilə hərbi əməkdaşlıq və Suriyadakı durum. Əlbəttə, Türkiyə tərəfi istəyir ki, o, Ərdoğanın bu yaxındakı uğursuz hərbi çevrilişin təşkilatçısı kimi ittiham etdiyi türk vaizi və siyasi xadimi Fətulla Gülənin vətənə tezliklə ekstradisiyası haqda xoş xəbər gətirsin. Lakin bu, çox güman ki, bu, baş tutmayacağından danışıqlar mürəkkəb, Türkiyə-Amerika münasibətləri isə dedikcə gərgin  olacaq.

Bununla belə, amerikalılar münasibətlərin saxlanmasında olduqca maraqlıdırlar. Ən nəhayətdə, Türkiyə NATO ölkəsidir, həm də bu yaxınlaradək amerikalılardan sonra alyansda gücünə görə ikinci ordunun sahibi sayılırdı. Və digər tərəfdən, bu, Ankara ilə əməkdaşlığa və Avropa Birliyinə birgə təzyiqin təşkilinə cəhd edə biləcək Rusiya üçün türklərlə əməkdaşlıqda olduqca maraqlı məqamdır.

Nəticədə ən yaxın aylarda durum necə inkişaf edir-etsin, Türkiyə bütün əsas geopolitik oyunçuların, yeri gəlmişkən, Suriya və İraqdakı islamçı döyüşçülərin də diqqətinin cəlb edildiyi ölkə mövqeyini etibarlı şəkildə tutub. Ərdoğanın xarici siyasəti necə aparacağından hazırda dedikcə çox şey asılıdır. Həm də təkcə Türkiyə üçün deyil.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə