XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2016 - 12:56

Gülən tərəfdarları Ərdoğana qarşı hücuma keçdilər:Türkiyə iqtisadiyyatından pullarını çəkirlər - Təhlil

EG

Qayaz Validi

eadaily.com, 05.08.2016

 

Fətullah Gülən nələrdəsə ziddiyyətli şəxsiyyətdir, lakin o və onun baxışları hər yerə sızan “Xidmət” hərəkatı üçün sarsılmaz təməldir. Gülənin səsləndirdiyi qeyri-zorakı qarşıdurma prezident Rəcəb Ərdoğan rejiminə qarşı mübarizədə əsas döyüş meydanı Türkiyə iqtisadiyyatının olduğu mübarizənin artıq gerçək təməli olub.

Artıq Türkiyənin “Anadolu” informasiya agentliyi gözlənilən ilkin məlumatları misal gətirir: ABŞ dollarındakı depozitlər təkcə iyulun 15-dən 19-adək 174,1 milyard dollardan 163,3 milyard dollaradək azalıb, bu da 6,2% təşkil edir. Məlumatlar Türkiyə Mərkəzi Bankından (TCMB) götürülüb.

Göstərilən günlər “qəribə qiyam”dan sonrakı günlərdir. Bu fakt maraqlıdır ki, hansısa bir özəl çaxnaşma olmayıb: türk lirəsindəki depozitlər “sıçramayıb”, Türkiyənin bank sektoru usə bütünlükdə digər önəmli tərəddüdlərlə üzləşməyib. Dollar depozitlərinin anoloji satış artımı olmadan azalması buna işarə edir ki, valyutanı ölkədən məhz çıxarıblar.

Və bu məqamda bir qədər Türkiyə bank sisteminin özəlliyi haqda danışmaq zəruridir. Bir tərəfdən, qeyri-rezidentlər üçün hesabların açılmasında heç bir məxsusi məhdudiyyət yoxdur – vergi qurumlarından yalnız fərdi nömrə almaq kifayətdir. Digər tərəfdən, Türkiyədə maliyyə əməliyyatlarına nəzarət yetərincə ciddidir.

Təbii ki, Ərdoğan “Xidmət” təmsilçilərinin hara vuracağını anlayır, ona görə də birbaşa və tələsik hücumlar təşkilatçıları ələ verə bilər. “Xidmət” isə əslində başqa cür yanaşama tərəfdarıdır: onun üzvləri əhaliyə və xarici investorlara “işarələr göndərir” ki, onlar bu formatda artıq “öz mülahizələri ilə” hərəkət etməyə başlasınlar. Türkiyəyə birbaşa xarici investisityalar daha çox 2009-2010-cu illərdə çöküb: 2008-ci ildəki 19,7 milyard dollardan 2009-cu ildəki 8,6 milyarda qədər. Lakin artıq 2011-ci ilə doğru investisiyaların 16 milyard dollara qədər sıçrayışı baş verib – Türkiyə iqtisadiyyatı investorlara etibarlı dayaq kimi göründü. Axı siyasi sabitlik iqtisadiyyatın eyni zamanda dünyanın ən müxtəlif bazarlarına açıqlıq imkanları ilə üst-üstə düşür.

Təəssüf ki, Türkiyə hökuməti 2014-cü ildən sonra investisiyalar haqda məlumat vermir, lakin şübhəsiz ki, “Xidmət”in və böyük xarici biznesin baş verənlər haqda obyektiv anlayış əldə etmək imkanı var. Və dollar depozitlərinin kəskin azalması halındakı kimi “işarə göstərişləri” həmişə veriləcək.

Yeri gəlmişkən, bu il Türkiyə ərazisində xarici kapitalla qeydə alınan şirkətlərin say artımında ilk dəfə dayanma müşahidə oluna bilər: ilin sonuna çox qalsa da, rəqəmlər “qəribə qiyam”dan sonra müəyyən tendensiya sərgiləyir. Maraqlıdır ki, yeni şirkətlərin qeydiyyat fəallığının azalması lap bir həftə əvvəl başlanıb, halbuki qiyamın siyasi əks-sədası sanki səngiyib.

Türkiyə iqtisadiyyatının xarici investisiya axınından məhrum olması mənzərəsini planlı şəkildə və uzun müddət müşahidə etmək mümkün olacaq. Türkiyənin özündə fəal şəkildə şayiələr buraxılır ki, “qəribə qiyam”dan 100 milyard dollarlıq ziyandan sonra “bərpa işləri” üçün indi dövlət məsrəflərini artırmaq lazım gələcək. Bununla belə, turizm biznesinin itkilərini indiyədək ziyan məbləğinə daxil etmək istəmirlər, axı o, xarici investorlar üçün heç cür “əlverişli eyham” olmayacaq. “Xidmət”lə Ərdoğan rejiminin bu cür qarşıdurması Türkiyənin özü üçün istənilən halda son dərəcə məhvedicidir: “Xidmət” hökumətin “şübhəlilər”i və “etibarsızlar”ı total şəkildə təmziləməyinə sosial sabitliyin sarsıdılması xatirinə iqtisadiyyatın zəiflədilməsi ilə cavab verir. Müharibə aşkar şəkildə uzun çəkəcək, Türkiyə iqtisadiyyatının isə çətin günlərə hazırlaşmağı lazımdır – son dəfə 2009-2010-cu illərdə olduğu kimi. Axı keçən əsrin sonundakı səviyyəyə qədər tənəzzül riski var, lakin türklər bu gün həmin dövrü ümumiyyətlə xatırlamaq istəməzdilər.

 

Tərcümə Strateq.az-ındır.