XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2016 - 14:12

Türkiyədəki hərbi çevrilişlərin altında yatan müəmma:Haradan haraya qədər?

darbe 0010

 

“27 maydan günümüzə ordunun yenidən qurulması və professional əsgərlilk"

 

Sinan Tavukçu, 17 noyabr 2011-ci il

 

(əvvəli bu linklərdə: strateq.az/manshet/81353/turkiyədəki-hərbi-cevrilislərin-altindaki-muəmma.html

http://strateq.az/arashdirma/81772/turkiy%C9%99d%C9%99ki-h%C9%99rbi-cevrilisl%C9%99rin-altinda-yatan-mu%C9%99mma.html)

 

28 Fevral post-modern çevriliş prosesi

 

Özalın ölümündən sonra 16 may 1993-ci il tarixində Süleyman Dəmirəl prezident seçilmiş, 25 iyun 1993- və 25 dekabr 1995 seçkilərinə qədər ölkəyə DYP-SHP koalisiyası rəhbərlik etmişdir. 1995-ci ildə keçirilən parlament seçkilərində Rifah Partiyasının ən çox səs toplayan partiya olaması və lideri Nəcməddin Ərbakan rəhbərliyində RP-DYP koalisiyası qurulması əsgər tərəfindən dünyəvi rejimin irtica təhdidi altına düşməsi kimi qiymətləndirilmiş və hökumətin bir çevrilişlə uzaqlaşdırılması meyli güclənmişdi. Çevriliş tərəfdarlarına görə, 1991-ci ildə Sovetlər Birliyinin dağılmasıyla soyuq savaş bitmiş, kommunizm təhlükəsi ortadan qalxmışdı. Soyuq savaş dövrünün təhlükə anlayışına uyğun olaraq, 12 sentyabr rejimi tərəfindən ortaya çıxarılan dinçi və milliyyətçi təşkilatlanmağa ehtiyac qalmamışdı. Milli Təhlükəsizlik İdarəsinin əsgər üzvləri "kommunizmlə və PKK ilə döyüş" adı altında ölkəni ələ keçirən irticanı bir nömrəli təhlükə olaraq qiymətləndirirdilər. 28 fevral 1997-ci ildə “demokratiyaya nizam gətirməyə çalışan” general Çevik Bir “Washington Post” müxbirinə verdiyi açıqlamasında anti-sekluar axınları yox etməyi əsas prioritet olaraq gördüklərini və bu təhdidin 12 ildir davam edən PKK-dan daha ciddi təhlükə olduğunu söyləmişdi.

Silahsız qüvvələr deyilən işçi və işəgötürən təşkilatları, məhkəmə, universitetlər, qeyri-hökumət təşkilatları və media dünyəvi rejimi qorumaq üçün hərəkətə keçirildi. Bu zəiflətmə kampaniyasının ardından 28 fevral 1997-ci il tarixli MTŞ konfransında hökumətə əsgərlərin tələbləri çatdırıldı, Ərbakan MTŞ qərarlarını imzalamaq məcburiyyətində qaldı. Ardından, Baş prokuror Vural Savaş "Ölkəni vətəndaş müharibəsinə sürüdüyü" iddiasıyla RP-nin bağlanılması üçün iddia qaldırdı. 10 İyunda Konstitusiya Məhkəməsi, Baş prokurorluq və Dövlət Şurasının başçı və üzvləri Baş qərargaha çağırılaraq, onlara irtica mövzusunda brifinq verildi. Məhkəmələrin hərbi bürokratiyanın ayağına gedərək fərağatda dayandığı bu brifinqlə hüquq sisteminin belə hərbi rejiminin əmri altında olduğu nümayiş etdirildi. Ərbakan 17 iyunda Baş nazirlikdən istefa etmək məcburiyyətində qaldı. Bu əməliyyat "post-modern çevriliş" olaraq tariximizdə yer alacaqdı.

12 sentyabr dövründə tətbiq olunan islamlaşma yerini ənənəvi dünyəviliyi bərpa etməyə buraxmış, hərbi qəyyumluq sistemi sekulyar qüvvələri önə çıxararaq, yenidən canlanmışdı.

Çevrilişin əvvəlində əlləri əsalı, dərviş görünüşlü Aczi-i Mendi nümayişləri təşkil olunmuş, əsgərlərin zehinində yaşadılan 31 mart travmasını təhrik etmək üçün ekranlardan düşməyən Əli Kalkancı-Fadime Şahin əlaqəsinin JİTEM işçisi Sisi tərəfindən səhnələşdirildiyi sonradan ortaya çıxmışdı. Ən maraqlısı isə budur ki, fantastikaya söykənən irtica təhlükəsinin generallar tərəfindən 40 min adamın ölümünə səbəb olan separatçı bir terror təşkilatından daha təhlükəli görülməsiydi. Bu post-modern çevrilişin digər maraqlı tərəflərindən biri də Baş qərargahın irtica fəaliyyətlərin dəstəkləməkdə günahlandırdığı firmalara embarqo tətbiq etməsi idi.

28 fevral çevrilişi ilə ordu onun hər müdaxiləsinə dəstək verən sekulyar burjuaziya lehinə mövqe tutmuşdu. Bu müddətdə banklardan təxminən 50 milyard dolların mənimsəndiyi təsbit edilmiş, dövlət yağmalanan banklara əl qoymaq məcburiyyətində qalmışdı.

Prezident Süleyman Dəmirəl 20 iyun 1997 tarixində hökuməti qurmaq vəzifəsini ANAP-ın sədri Məsud Yılmaza həvalə etdi. Yılmaz ANAP-DSP-DTP ilə azlıq hökuməti qurdu, CHP də onu dəstəklədi. Baş nazir Məsud Yılmaz haqqında deputat toxunulmazlığının ləğvi barədə qərar (25 noyabr 1998 tarixində) qəbul edildi və hökumət istefaya göndərildi. Yerinə 17 yanvar 1999 tarixində Ecevit liderliyində yeni azlıq hökuməti quruldu. 16 fevral 1999-cu ildə Keniyanın paytaxtı Nairobidə tutulan Abdullah Öcalanın Türkiyəyə gətirilməsini seçici səsinə çevirmək istəyən Ecevit yenidən seçkiyə getmək qərarı aldı. Halbuki, Ecevitin özü də yaxın ətrafına Amerikanın Aponu ona niyə verdiyini anlaya bilmədiyini deyirdi. 18 aprel 1999 tarixində keçirilən seçkilərdən sonra da Ecevit təkpartiyalı hökumət qura bilmədi, onun rəhbərliyində DSP-MHP-ANAP koalisiyası quruldu.

Keniyanın paytaxtı Nairobidə tutulub Türkiyəyə gətirilən Öcalan 29 Mart 1999 tarixində İmralıda vəkili Hasip Kaplanla söhbətində Ecevitin anlamadığı mətləbə aydınlıq gətirərək demişdi: "Bura göndərilməyimlə sülh danışıqları sürətləndi. Sülh və qardaşlıq prosesinə gedilir. Dövlət də bu məsələdə istəklidir. Mən də bütün gücümlə bunu istəyirəm. Müharibə bura qədər idi. Bundan sonra demokratik həll mərhələsi başlayacaq. Rəsmilər bundan sonra da sülh prosesinə kömək edəcəklər. Bütün kürdlərin dostluğunu qazanan Türkiyə güclənəcək".

Təsadüfi deyil ki, Abdullah Öcalanın tutulub İmralıya həbs olunmasının ardından PKK 1999-ci ildə "atəşkəs" elan etmişdi. Haqqında verilən edam qərarı təxirə salınmış Öcalan 2004-ci ilə qədər vitrində görünməyəcəkdi.

 

1 mart qərarnaməsi və ondan sonrakı köklü dəyişikliklər

 

3 noyabr 2002-ci ildə keçirilən parlament seçkilərdə milli görüş xəttindən (Ərbakana yaxın dünyagörüş) ayrılaraq, 2001-ci ildə qurulan Rəcəb Tayyib Ərdoğan liderliyindəki AKP% 34 səslə I, bir əvvəlki seçkidə səs limitinin altında qalan CHP% isə 19%-lə II partiya oldu. Xalqın həzm edə bilmədiyi 28 fevral dövrünün müttəfiq partiyaları DSP, MHP, ANAP ilə yanaşı FP və DYP də bu prosesdən zərərlə ayrılmış səs limitinin altında qalaraq, parlamentə girə bilməmişdi. 2001-ci ildə yaşanan ağır iqtisadi böhran da bu nəticənin ortaya çıxmasında təsirli olmuşdu.

AKP hökuməti ilk böyük imtahanı 1 mart qətnaməsilə verdi. 20 mart 2003-cü ildə ABŞ və İngiltərə ilderliyində yaradılan koalisiya ordusu "İraqı azad etmək" üçün bu ölkəni işğal etmək istəyirdi. ABŞ-ın İraqa müdaxiləsi əvvəlində bu işğala dəstək vermək üçün "Türk Silahlı Qüvvələrinin xarici ölkələrə və xarici silahlı qüvvələrin isə Türkiyədə göndərilməsi üçün hökumətə səlahiyyət verilməsinə dair qətnamə" 25 fevral 2003-cü ildə TBMM-yə təqdim edildi. Bu qətnamə layihəsi 1 mart 2003 tarixində parlament tərəfindən rədd edildi. Rədd qərarı amerikalılarda böyük bir xəyal qırıqlığı yaratdı. Bu qətnamənin qəbul olunacağı ehtimalıyla planlaşdırma aparan ABŞ, İraqın işğalı əsnasında Türk hava sahəsindən, liman və torpaqlarından, ən önəmlisi isə İncirlik Hava bazasından istifadə edə bilməmək səbəbindən ağır xərcə düşdü.

4 iyul 2003  tarixində 100-ə qədər Amerika əsgəri ilə Bərzaninin bir qrup peşmərgəsi Süleymaniyyədəki Türk xüsusi xidmət bürosuna basqın edərək əsgərlərin başına çuval keçirib həbs etdi, bununla da Türk-ABŞ əlaqələrində bərpası çətin olan bir qırılmaya yol açıldı. Bu basqın ictimaiyyətdə 1 mart qətnaməsinin intiqamı olaraq qiymətləndirildi, iki ölkə əlaqələrində bir dönüş nöqtəsi oldu. Strateji tərəfdaşlıq sözləri artıq mənasını itirmişdi.

2000-ci ildən sonra, Avropa Birliyinə üzvlük məlumat hədəfinə istiqamətli siyasətlər sürət qazanmışdı. Vətəndaş-ordu əlaqələrini AB üzvü ölkələrdəki tətbiqlərlə uyğun hala gətirmək məqsədiylə 2001-ci ildən etibarən, bəzi tənzimləmələr həyata keçirilməyə başlandı. 2001-ci ildə Milli Təhlükəsizlik Kabinetinin (MTŞ) hüquqi çərçivəsində bir sıra əsaslı dəyişiklik aparıldı. Konstitusiyanın 118-ci maddəsinə oktyabr 2001-ci ildə edilən dəyişiklik istiqamətində çıxardılan bir qanunla, MTŞ-nın yetkiləri müşavirə xüsusiyyətinə endirildi, MGQ-dakı mülki üzvlərin sayı artırıldı. MTŞ qanununda edilən başqa bir dəyişiklik ilə "Milli Təhlükəsizlik Şurasının təsbit etdiyi görüş, tədbir və əsaslar Nazirlər Kabinetinə bildirir" hökmü qüvvədən salındı.

2003 iyul ayında qəbul edilən 7-ci uyğunlaşma paketi ilə MTŞ-nın vəzifə, funksiya və quruluşuna dair bəzi köklü dəyişikliklər aparıldı. MTŞ qanununda edilən bu dəyişikliklərlə, qurumun Baş katibinin sahib olduğu geniş icra və nəzarətetmə səlahiyyətləri – MTŞ Baş katibinə verilmiş olan prezident və Baş nazir adına tövsiyələr vermək və onları izləmək, başqa təşkilat və quruluşların işlərinə sərhədsiz müdaxilə etmək səlahiyyətləri ləğv olundu. Bir digər dəyişiklik ilə MTŞ Baş katibinin Silahlı Qüvvələr mənsubları arasından təyin edilməsi zərurəti ortadan qaldırıldı, MTŞ-nın toplanma sıxlığına bağlı hökm dəyişdirilərək, adi yığıncağını ayda bir deyil, iki aydan bir keçirməsi məsləhət bilindi.

Hərbi qəyyumluq rejiminin mexanizmlərini və min il davam edəcəyi elan edilən 28 fevral müddətini ortadan qaldırmağa istiqamətli bu hüquqi tənzimləmələr, xunta meylli əsgərlərdə narahatlığa yol açdı. Sonradan ortaya çıxan sənədlərdən, 2004-cü ildən etibarən, hökumətə qarşı çevriliş etmək üçün bəzi təşkilatlanma işlərinin aparıldığı ortaya çıxdı. "Ayışığı", "Sarıkız", "Balyoz", "Əlcək", "Yakamoz", "Qəfəs" kimi adlarla planlaşdırılan çevriliş cəhdləri dövrün Baş qərargah Başçısı Hilmi Özkökün razılıq verməməsi səbəbindən baş tutmamışdı. "Ergenekon" adı verilən bir mülki-əsgər təşəkkülünün çətiri altında qurulduğu iddia edilən bu çevriliş hazırlıqları haqqında iddialar açıldı, hüquqi proses hələ də davam etməkdədir.

Maraqlıdır ki, Abdullah Öcalanın həbsindən sonra atəşkəs qərarı alan PKK da 2004-cü ilin iyununda bu qərarını pozaraq hücuma keçdi. Öcalanın vəkillərindən Mahmud Şakar, 24 may 2004 tarixində İmralıda keçirilən görüşdə Öcalanın "Dostlara söylə, savaşa bilirlərsə, vuruşsunlar" mesajı verdiyini yaydı, iyun 2004-cü ildə toplanan “Kongra-Gel”-in ikinci konqressi keçirildi və bu konqresdən savaş qərarı çıxdı. Hərbi bir həbsxanada təcrid edilmiş olan Abdullah Öcalanın PKK-nın idarəsini təkrar ələ alması və təşkilatı qarşıdurmaya sövq etməsi düşündürücüdür.

2007-ci ilə gəldikdə hərbi qəyyumluq rejimi ölmədiyini və hələ ayaqda dayandığını göstərmək üçün nəşr etdiyi bir bəyannamə ilə prezident seçkilərinə müdaxilə etdi. Baş qərargahın rəsmi saytında nəşr olunan və "27 aprel Bəyannaməsi" olaraq adlandırılan bu sənəddə Prezident seçkisi müddətində qarşıya çıxan problemin dünyəviliyin müzakirə mövzusuna çevrildiyi, bu vəziyyətin Türk Silahlı Qüvvələri tərəfindən narahatlıqla izlənildiyi, TSQ-nın müzakirələrdə tərəf və dünyəviliyin qəti müdafiəçisi olduğu, lazım gələrsə, rəftar və davranışlarını açıq və dəqiq bir şəkildə ortaya qoyacağı elan edilərək, hökumət təhdid olundu. Bu bəyannamə ilk dəfə hökumət tərəfindən əks-bəyannamə ilə rədd edildi, əsgər-sivil münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu.

 

Yeni Dünya Nizamı

 

Soyuq savaş dövrünün bitməsinin ardından enerji təhlükəsizliyi, iqtisadi təhlükəsizlik və milli təhlükəsizliyin təmin edilməsi ittifaqın yeni hədəfləri olaraq ortaya qoyulmuş, NATO yalnız Atlantika bölgəsinin müdafiə və təhlükəsizliyini boynuna götürən bir təşkilat olmaqdan çıxmış, qlobal bir təhlükəsizlik təşkilatına çevrilməyə başlamışdı. Yeni dünyanın beynəlxalq təhdid anlayışı; dövlətlər arası təcavüzkarlıq, terrorizm, nüvə-kimyəvi-bioloji silahların yayılması, dövlətiçi münaqişələr və vətəndaş müharibəsi, beynəlxalq cinayətlər, sosial-iqtisadi təhdidlər olaraq təyin olunmuşdu. Bu təhdid anlayışını mənimsəyən NATO yeni hədəflərə qarşı yaranan təhlükəsizlik arxitekturasında həm coğrafi, həm də funksional mənada bir genişləməyə gedərək, beynəlxalq bir təşkilata çevrildi.

11 sentyabr 2001 tarixində, əl-Qaidənin törətdiyi iddia edilən terror hücumu bütün dünyanı dəhşətə salmış, İslami terror qlobal təhdiddə birinci yerə çıxmışdı. Bu terror hücumuyla, rəhbərliyi əlində saxlayan neokon dünyanın jandarmalığı missiyasına isti baxmayan Amerika xalqı ABŞ-ın yeni qlobal rolunu ifa etməsi üçün lazımlı olan maliyyə və əsgər qaynağını verməyə hazır hala gəlmişdi. ABŞ prezidenti Corc Buş terrorizmlə müharibə kampaniyası başlatmışdı. Terrorla mübarizə kampaniyasına başda İngiltərə olmaqla bir çox dövlət dəstək vermişdi. Kampaniya nəticəsində NATO-nun 5-ci maddəsi gündəmə gətirilmişdi. 11 sentyabr 2001 hücumlarını səbəb göstərən prezident Buş əvvəl Əfqanıstanı, ardından da İraqı işğal etdi.

İlk başlarda, geostrateji əhəmiyyətini davamlı gündəmdə tutan Türkiyənin sovet hədəsinin ortadan qalxmasıyla Avropa təhlükəsizliyi içindəki əhəmiyyətinin azalacağı düşünülürdü. Amma baş verənlər bunu təsdiqləmədi. Əksinə, bütün təhlükəsizlik hisslərini şimaldan gələcək təhlükəyə görə formalaşdıran və xarici siyasət seçimlərini bu istiqamətdə yürüdən Türkiyə soyuq müharibənin sona çatmasının ardından içində olduğu coğrafiyada və ətrafında çoxistiqamətli siyasətlər yürütmək variantlarına və yeni əməkdaşlıq imkanlarına qovuşdu. Bir tərəfdən, içəridə AB standartlarına uyğun olaraq ehtiyac duyduğu demokratik islahatları həyata keçirərkən, digər tərəfdən Qafqaz, Orta Asiya, Yaxın Şərq, Balkanlar başda olmaqla, ətrafıyla və tarixi "Hinterland" ilə iqtisadi-siyasi əlaqələrini inkişaf etdirmək imkanına qovuşdu. Digər tərəfdən isə qonşu ölkələrlə ikitərəfli təhlükəsizlik razılaşmalarına getdi və qlobal təhdidlərə qarşı beynəlxalq əməkdaşlıq çərçivəsində bölgədə qarşılıqlı etimad mühitinin yaradılmasına yardım etməyə başladı.

 

Nəticə

 

Yazımızda Türk ordusunun professional ordudan müasir kütlə ordusuna çevrilməsi prosesi tarixi xronika əsasında ələ alınmışdır. Tarixdə əsgərlik sistemindəki dəyişikliklər eyni zamanda yeni bir dövlət anlayışı ilə birlikdə ortaya çıxmışdır. Bu dəyişmə cəmiyyətin öz dinamikası məhsulu olmasa belə, istər-istəməz mövcud dövlət quruluşunu dəyişdirəcək ideologiyasını də birlikdə gətirmişdir. Necə ki, Osmanlı dövlətinin məcburi əsgərlik sisteminə keçidi, təbii olaraq, imperiya modelinin çökməsini və milli dövlətə çevrilməsini zəruri etmişdir, Türkiyədə keçilməsi düşünülən professional əsgərlik modelinin də, bu tarixi təcrübə nəzərə alınmaqla həyata keçirilməsi lazımdır.

İttihat və Tərəqqi Cəmiyyətinin bir hərbi partiya olaraq ortaya çıxışı və 1908-ci ildən etibarən Osmanlı dövlətində gerçək söz sahibi iqtidarı təmsil etməsi, Respublikanın İttihatçı əsilli qurucularının da eyni mirası dövr alıb, davam etdirmələrinə gətirib çıxarmışdır. Osmanlı Dövləti dövründə hərb məktəblərində təsiri altında qaldıqları pozitivist ideologiyanı mənimsəmiş lider heyət qurulan respublikada yeni cəmiyyət yaratmaq üçün inqilablar etmiş, "Kemalizm" ideologiyası adı altında bu ideologiyanı cəmiyyətə təlqin etməyə çalışmışdır. Məcburi əsgərlik sistemi bu anlamaqda, rəsmi ideologiyanı yaymaq və hərbi qəyyumluq rejiminə itaəti möhkəmlətmək vasitəsi olaraq xidmət etmişdir.

Çoxpartiyalı siyasi həyata keçildikdən sonra, demokratik sistemdə ağırlığını davam etdirə bilməyən militarist anlayış öz ağırlığını çevrilişlər yolu ilə davam etdirmiş və çevriliş konstitusiyaları ilə hərbi qəyyumluq sisteminin hüquqi əsaslarını yaratmağa çalışmışdır. Qəyyumluq sistemi özünü yenidən təhkim edəcəyi zaman hər dövrün tələblərinə uyğun daxili təhdidlər tapmaqda çətinlik çəkməmiş, ehtiyac duyduğunda öz xalqına qarşı kontr-gerilla üsullarına əl atmaqdan çəkinməmişdir. Lazım olanda çıxarılan ya da təhrik edilən bu daxili təhdidlər, cəmiyyətin bölünməsinə, ağrılar çəkilməsinə gətirib çıxarmışdır. Cəmiyyətin inkişaf səviyyəsi və çəkdiyi ağrılar hərbi qəyyumluq sistemini sürdürmək üçün gərəkli hesab olunan manipulasiyalara dözməyə artıq uyğun deyil.

Əsgərlər xalqın mürtəceləşdirmə (!) təsirindən qorunmaq üçün xalqa qarışmadan lojman, ordu evi, hərbi tətil düşərgələrində özlərini mühafizə etmişlər. Yeni əsgərlik modellərinin müzakirə edildiyi bu günlərdə təhsil keyfiyyəti yüksəlmiş, xarici dünyanı tanıyan və zənginləşməkdə olan Türk xalqıyla artıq barışmaq və inteqrasiya zamanı gəlmişdir. 19-cu əsrin məhsulu olan pozitivist aydınlanmacı görüş günümüzün qlobal anlayışının çox gerisində qalıb və cəmiyyəti keçmiş əsrin ideologiyasına görə formatlaşdırmaq artıq qeyri-mümkün hala gəlmişdir.

TSQ-in "millətin ordusu" olduğu ifadəsinin şüar səviyyəsindən çıxardılaraq, xalqla özgələşməyə səbəb olan tətbiqlərin tərk edilməsi şərtdir. Təyinatı təhlükəsizliyin təminatı olan bir qisim əsgərlərin xalqın bir hissəsini daxili təhdid olaraq görməkdən imtina etməsi, var olan daxili problemlərin həllini dialoq çərçivəsində, sosial-iqtisadi tədbirlərlə həll etmək üzrə sivil üsullara buraxması və daxili təhdidlər üçün enerjisini tükətməməsi lazımdır.

Beynəlxalq sahədə NATO ittifaq sisteminə və onun anlayışına mühafizəkar şəkildə bağlanmaq, sivil siyasətin ortaya çıxartdığı alternativ xarici siyasətlərə mənfi baxılmasına yol açmış, ABŞ-NATO xətti xaricinə çıxdığından narahatlıq duyulan  hökumətlərin çevriliş və ya bəyannamələrlə iqtidardan uzaqlaşdırılmasına səbəb olmuşdur. Düşmən və təhdid anlayışı yalnız müttəfiqləri tərəfindən təsbit edildiyi bir baxış baxımından, öz tarixi təcrübəsinin meydana gətirdiyi regional əməkdaşlıq və məsuliyyətlərinin da göz qarşısında saxlanıldığı, qlobal təhdidlərə həssas yeni bir imic yaradılması və bu imicin ehtiyac duyduğu yeni hərbi bir strukturlaşmağa gedilməsi əhəmiyyətlidir.

Son