XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

07 Avqust 2016 - 15:59

İşarəni Moskvadan gözləyin:Putinin “Amerikasız Qafqaz” planına Yerevan necə mane olur? –TƏHLİL

putin serj

 

Vyaçeslav Mixaylov 

EADaily

 

Sabah Rusiya prezidenti Vladimir Putin Bakıya səfərə gəlir. Burada o, üçtərəfli Azərbaycan-Rusiya-İran prezidentlərinin görüşündə iştirak edəcək. Növbəti gün – avqustun 9-da Putin Sankt-Peterburqda Türkiyə prezidenti Ərdoğanla görüşəcək. 10 avqustda isə Ermənistan prezidenti Serj Sərksiyan işgüzar səfərlə Moskvaya gedəcək.

Belə görünür, Qafqaz regionunda yeni proseslər baş qaldırıb. Bu proses burada illərlə davam edən status-kvonun transformasiyasına gətirib çıxara bilər. Prinsipial əhəmiyyət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyişlə bağlı ola bilər.

Göründüyü kimi, Bakıda aparılan danışıqlarda bu məsələnin əsas müzakirə mövzusu olacağı gözləniləndir.

Ərdoğanın Rusiyaya səfəri zamanı isə Moskva və Ankaranın iki dövlət arasında yaranmış böhrandan çıxışla bağlı məsələlər gündəmdə olacaq. Bu zaman Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev kimi, Dağlıq Qarabağla bağlı Türkiyənin mövqeyini xatırlatmaq fürsətini əldən buraxmayacaq.

Rusiya prezidenti bu günlərdə “AzərTAC”a verdiyi müsahibəsində Qarabağla bağlı mövqeyini açıqlayıb. Putin deyib ki, tərəflərə hansısa həll variantını zorla qəbul etdirmək fikrində deyil. Münaqişə tərəflərin özlərinin getdiyi qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır. Bununla da Kreml danışıqlar zamanı azərbaycanlı və türk tərəfinə həssas Qarabağ mövzusu üzərində müzakirələrdən kənarda qalacağı ilə bağlı mesaj verir. Yox, əgər Bakı və Ankara bu məsələ barədə müzakirədə israr etsə, o zaman Moskva onları yalnız dinləməyə hazırdır. Bundan başqa heç nə…

Yerevanın “onun arxasında” hər hansı danışlqarın aparılması barədə ehtiyatı əsassızdır. Rusiya belə addım atmaz. Bu, onun maraqlarının yürüdülməsi üçün əl atdığı metod deyil.

Rusiya öz milli maraqlarının müdafiəsi üçün lazım olan mühüm qərarları özü qəbul edir. Lakin Qarabağ məsələsi bu baxımdan birtərəfli qaydada addım atmaq üçün olan məsələlərdən deyil. Çünki Moskvanın egidası altında “sülhə məcburetmə” prosesi Rusiyanın Bakı və Yerevanla münasibətlərinin pisləşməsinə gətirib çıxara bilər. Qarabağ münaqişəsi ilə bağlı ümumi çərçivələr işlənib və tənzimlənmə bu çərçivədə aparılır.

Bu baxımdan belə görüşlər VyanaSankt-Peterburq görüşünün nəticələrinə heç bir yenilik gətirməyəcək. Minsk Qupunun Türkiyəyə səfəri də erməni maraqlarına təhlükə yaratmır. Moskva bu baxımdan Yerevanın mövqeyini bölüşür: Rusiya hesab edir ki, Ankaranın Qarabağ məsələsində ən yaxşı köməyi Türkiyəni bu problemdən maksimal uzaq tutmaqdır.  

Serj Sərksiyanın Moskvaya dəvət olunması Qara dənizdən Xəzərə qədər olan məkanda gedən proseslərin geniş məntiqində yer tutur. Yerevanda son günlərdə baş verən hadisələr Moskvaya özünün regiondakı maraqlarını yenidən sərf-nəzər etmək imkanı verib.  

Erməni müharibə veteranlarının qiyamı hökumətin xeyrinə yekunlaşsa da, bu böhran erməni siyasətinin açıq yerlərinin nümayişinə çevrildi. Məlum oldu ki, Sərksiyan özünün döyüş yoldaşları ilə ümumi dil tapa bilmir. Bəs ölkədə illərlə yığılıb qalan sosial problemləri, narazı vətəndaşları, hazırkı hakimiyyətin son dərəcə dəhşətli aşağı reytinqini necə həll edəcək?

Çox güman ki, Sərksiyan bu dəfə yaxşı tanınan erməni praktikasına əl atacaq: o, dünyanın güc mərkəzlərinə üz tuta bilər.

Son vaxtlara qədər Yerevan Moskvanın narahatlığına səbəb olmuş “rəngli inqilab” planında oynamağa can atırdı. Ermənistanın rəsmi şəxsləri ABŞ və Avropalı tərəfdaşları ilə əlaqələri zamanı Moskvanın “sərt əlindən” şikayətlənir, bundan xilas olmağa can atdıqlarını, lakin hələlik bunun mümkün olmadığını deyirdilər. Göründüyü kimi, nüfuzlu erməni funksionerlərinin leksikonunda “hələlik” sözü əsas ifadə olub.

Yerevandakı qiyam və digər kütləvi vətəndaş narazılığı hakimiyyətin “rəngli inqilab” oyunu oynamaq  üçün yetərli alət sayıla bilər. Düzdür, onlar başa düşürlər ki, bu alətlə çox oynamaq olmaz. Əks-təqdirdə Sərksiyanın qərbyönlü ətrafından ABŞ və Avropanın “eyni fikiri bölüşən tərəfdarları” üz döndərə bilər.  

Putin bu görüşdə Yerevanda baş verənləri birinci şəxsin dilindən eşitmək istəyir. Diplomatik məktublar bu hadisənin tam mənzərəsini açıq göstərə bilməz. Rusiya üçün məqsəd Ermənistanda baş verənlər və bunun arxasında duranların qurduğu kombinasıyanı müəyyən etməkdir. Moskva Qafqazda ABŞ-ın, NATO-nun, Avropa Birliyinin öz maraqlarını təmin etmək cəhdindən yaxşı xəbərdrdır. Praktik olaraq Qarabağ münaqişəsindəki status-kvoda regional qüvvələrin və digər maraqlı oyunçularn imkanları dərin şəkildə öyrənilib.

Odur ki, Rusiyanın öz iki stratetji məsələsini həll etmək üçün Ermənistan, Azərbaycan, Türkiyə və İranla tərəfdaşlıq əlaqələrini yaratmaqdan başqa digər seçimi yoxdur.

Birinci, regionda yeni müharibəyə yol verməmək.

İkinci, regionda Qərbin yer almadığı yumşaq və sərt siyasi – iqtisadi regional alyansların formalaşdırılması…

İstənilən qiyam ilk növbədə yerli hakimiyyətləri qorxudur. Siyasi landşaftı inqilabi yolla dəyişməyə yol verməmək onların əsas vəzifəsidir.

Heç kim Qafqaz respublikalarını bütövlükdə rus himayəsinə götürməyəcək. Heç kim onların əvəzinə problemlərini həll etməyəcək. Sivil dövlət sistemi qurmağa cəhd edən hər bir hakimiyyət öz xalqı ilə dil tapmağa borcludur.