XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

08 Avqust 2016 - 10:50

Süveyş kanalına yeni rəqib gəlir:“Şimal-Cənub” nəqliyyat dəhlizinin üstünlükləri - TƏHLİL

aliyev-ruhani-putin

Dmitri Roqulin

Expert Online, 07.08.2016

 

Şimali Avropanı Hindistan və Fars körfəzi ölkələri ilə birləşdirəcək 7200 km uzunluğunda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin (BND) layihəsi İran, Rusiya və Azərbaycan liderlərinin Bakı sammitinin əsas mövzularından biri olacaq. İranın "Press TV" mediasının qeyd etdiyi kimi, yeni marşrut Süveyş kanalına rəqib olacaq.

Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani ilə üçtərəfli götrüşü bazar ertəsi avqustun səkkizində baş tutacaq.

Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin digər marşrutlar üzərində əsas üstünlüyü daşıma məsafəsinin iki dəfə və daha çox azalması, həmçinin konteynerlərin dəniz yolu üzrə daşınması ilə müqayisədə daşıma dəyərinin azalmasıdır.

RF prezidenti Vladimir Putinin Bakı səfəri ərəfəsində Azərbaycanın “AzərTAC” informasiya agentliyinə müsahibədə bildirdiyi kimi, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi Hindistan, İran və Fars körfəzi ölkələrindən tranzit yüklərin Azərbaycan, Rusiya ərazisinə və sonra da Şimali və Qərbi Avropaya daşınmasına optimal imkanların yaradılmasına yönəlib.

shimal-cenub-1

O, həmçinin qeyd edib ki, 2015-ci ildə Rusiya Dəmiryolları ASC-nin iştirakı ilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcmi 7,3 milyon ton təşkil edib ki, bu da 2014-cü ildəkindən 4,1% çoxdur.

Press TV-nin qeyd etdiyi kimi, həm Rusiya, həm İran, həm də Azərbaycan qiymətlərin aşağı düşməsi üzündən neft satışı gəlirlərindən çox güclü şəkildə asılıdır. Yeni tranzit marşrutu ölkələrə öz iqtisadiyyatlarını şaxələndirməkdə nadir alternativ təklif edir. O, həmçinin Xəzəryanı ölkələrə, Hindistana və bölgənin digər dövlətlərinə Qərbin hazırda tələbatın böyük olmadığı ənənəvi bazarlarından asılılığı azaltmağa yardım edəcək. Dəhliz Asiya, Afrika və Latın Amerikasının inkişaf edən bazarlarına çıxışı təmin edəcək.

Su, avtomobil və dəmiryolu marşrutları Hindistanın Mumbai şəhərini İranın Bəndər-Abbas limanına birləşdirib ardınca Bakı, Həştərxan, Moskva və Sankt-Peterburqdan keçərək Şimali Avropa və Skandinaviyayadək uzanacaq.

Tranzit şəbəkəsinə İran, Hindistan və Rusiyadan başqa, Ermənistan, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Tacikistan, Oman, Suriya və Bolqarıstan da inteqrasiya oluna bilər.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakı sammiti ərəfəsində bildirib: “Biz hesab edirik ki, bu əməkdaşlıq İran, Azərbaycan və Rusiya xalqlarının və əlbəttə ki, bütün bölgənin maraqlarına xidmət edir”.

Zərifin sözlərinə görə, ölkələr “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin “yekun detalları”nın müzakirə mərhələsindədir.

İran nəşri Rusiya Dəmiryolları Logistika şirkətinin hesablamalarını misal gətirir. Hesablamaya əsasən, yeni marşrut yüklərin Hindistan-Rusiya yolundakı vaxtı 14 günə endirir və təkcə son dərəcə yüklənməyən, həm də xeyli baha olan Süveyş kanalından istifadə etmək zərurətindən xilas edir.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə