XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

10 Avqust 2016 - 13:40

Putin-Ərdoğan görüşünün nəticələri:"Türk axını"nın və Bəşər Əsədin taleyi necə olacaq? - Təhlil

SP

RİA Novosti, 09.08.2016

Gevorq Mirzəyan

Rusiya EA ABŞ və Kanada İnstitutunun elmi əməkdaşı

 

Vladimir Putin və Rəcəb Ərdoğan avqustun 9-da Sankt-Peterburqda Konstantin sarayında Rusiya-Türkiyə münasibətlərinin bərpa edilməsinə gerçək start veriblər. İdeyaca, bu səfər hələ 9 ay əvvəl baş tuta bilərdi və baş tutmalıydı. Ərdoğan vurulmuş Rusiya təyyarəsinə görə üzr istəyib mübahisəli məsələlər (Krım, Qafqaz, Suriya) üzrə Putinlə təmas nöqtələri tapmağa cəhd etsəydi, çox güman ki, Rusiya lideri hər şeyi anlayar və bağışlayardı. Lakin Türkiyə prezidenti öz nüfuzuna görə əndişələndi (sultan səhv edə bilməz). Yekunda o zaman başlanan səhv Türkiyə üçün ciddi ziyana dönüşdü: diplomatik təcrid və prezidentin zəifliyini hiss edən daxili və xarici əleyhdarlarının təşkil etdiyi çevriliş cəhdi.

 

"Financial Times": Putin-Ərdoğan görüşü Qərbi təşvişə salıb

 

Taxtı qoruyan (ən azı, bu dəfə) Ərdoğan düzgün nəticə çıxardı və səhvlər üzərində iş üçün Piterə yollandı. Bununla barışdı ki, 2016-cı ilin avqustunda onun danışıq mövqeləri 2015-ci ilin dekabrındakından xeyli zəif olacaq. Putinlə Ərdoğanın danışıqları iki saatdan çox çəkdi. Mütəxəssislərin (XİN təmsilçiləri, energetiklər və yüksəkçinli hərbçilərin) arabir söhbətə qoşulduğu nəzərə alınsa, Rusiya və Türkiyə prezidentləri son dərəcə geniş məsələləri müzakirə ediblər.

Görüşün yekunu üzrə də heç bir “coşqun” bəyanatı verilməyib. Putin işarə vurub ki, münasibətlərin bərpası uzunmüddətli və çətin olacaq, Ərdoğan isə Rusiya prezidentinə təşəkkürlər yağdırmaqla canını qurtarıb.  Lakin bu, qətiyyən bildirmir ki, sammit iflasa uğrayıb. O, daha çox ikitərəfli münasibətlərin təbii səviyyəyədək bərpasında yalnız ilk addım idi. Lakin bu təbii səviyyə hansıdır?

 

Tətbiqi tərəfdaşlıq

 

Vladimir Putin işarə edib ki, Rusiya Türkiyə ilə iqtisadi və texniki sahələrdə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə, viza məsələlərini həll etməyə hazırdır. Lakin Qərb və Rusiyanın bir sıra KİV-ləri artıq bildirib ki,  Ərdoğan, az qala, Putinlə ittifaq bağlamaq və öz ölkəsini Avrasiya istiqamətinə döndərmək üçün Peterburqa yollanıb. Sözsüz ki, bu, belə deyil. Türkiyə artıq çoxdan Avrasiya istiqamətinə dönüş edib, lakin onun layihəsi (yeni osmançılıq) Rusiyanınkı ilə təkcə uzlaşmır, həm də ona birbaşa rəqibdir, çünki Türkiyə uğur halında Rusiyanın bütün güney  sərhədyanına nəzarət edəcək.

Ərdoğanın Putinə marağı isə sırf tətbiqidir. Rusiya lideri ona diplomatik təcriddən çıxmaq, Ankara üçün sərfəli iqtisadi münasibətləri bərpa etmək və ən başlıcası, ABŞ və AB-nin özlərini çox da əndazəsiz aparmamağı üçün gərəkdir. Hazırda Vaşinqton və Brüssel Türkiyənin təcridindən fəal şəkildə istifadə edir ki, kürd məsələsi və qaçqınlarla sövdələşmə üzrə Ankaranın maraqlarına etinasız yanaşsın. Lakin Türkiyənin manevr və Rusiyaya doğru hərəkət imkanı yaranan kimi, Qərb özünü xeyli sayğılı aparacaq.

Lakin güney-qərb qonşuya Putunin də marağı son dərəcə tətbiqidir. Qafqazda durumun sabitləşdirilməsi, Suriya üzrə güzəştlərin aranması, İranın tarazlaşdırılması, həmçinin ABŞ və AB-yə basqı üçün Rusiya prezidentinə Ankara ilə münasibətlərin normallaşması lazımdır.

 

ABŞ “Şimal axını-2”yə görə Ukrayna iqtisadiyyatında kollaps olacağını deyir

 

Türkiyə-Rusiya münasibətlərinin nümayişkaranə şəkildə yaxşılaşdırılması onu Ukrayna böhranının həlli üzrə danışıqlarda daha da mülayimləşdirir, “Türk axını” üzrə danışıqların təzələnməsi haqda şayiələr isə Almaniyanı Berlinə ciddi siyasi-iqtisadi qazanc vəd edən “Şimal axını-2”-ni daha fəalcasına irəlilətməyə məcbur edir.

Düşünürəm ki, Moskva “Türk axını” layihəsini gerçəkləşdirməyəcək. O, Ukraynanın simasında etibarsız tranzitçidən ona görə imtina etməyib ki, onu Türkiyənin simasında daha etibarsız tranzitçi ilə əvəzləsin. Və məsələ heç də Türkiyə rejiminin dayanıqlığında deyil, daha çox bundadır ki, Ankara Rusiyanın Avrasiya məkanında strateji rəqibidir və bu qaz kəmərindən (Kiyevin etdiyi kimi) bayağı maliyyə şantajı üçün deyil, daha ciddi güzəştlər qoparmaq üçün istifadə edəcək.

 

Silahlılar ağır yükdür

 

Əlbəttə, mətbuatı hər şeydən çox Suriya məsələsi maralandırırdı. Putin və Ərdoğan bildiriblər ki, onu mətbuat konfransından sonra müzakirə edəcəklər. Moskva və Ankara bu ölkənin gələcəyi məsələsində həddindən artıq münaqişə edib.

Əslində, Bəşər Əsədin əleyhdarları artıq ümidlərini ifadə ediblər ki, Türkiyə onların sadiq və səxavətli vəkili olacaq. “Biz Türkiyə prezidentinə Suriya xalqının açar müttəfiqi kimin yanaşırıq. Onun ruslara ideya və təşəbbüslər təklif etmək və Suriyadakı cari durumu izah etmək şansı var”, – deyə Suriya müxalif və inqilabi qüvvələri koalisiyasının (səudyönlü qruplaşmanın) rəhbəri Ənəs əl-Əbd bildirib. Lakin Levantadakı cari durumu Putinə izah etmək lazım deyil. Dünyəvi müxalifət dəstələri növbəti dəfə barışıq rejimini pozub və Dəməşqlə Moskva onları türk silahı və Səudiyyyə maliyyəsi ilə bir yerdə əzir. Bu durumda Ərdoğan, çətin ki, onların fəal müdafiəçisi kimi çıxış etsin. Birincisi, əvvəldən Putinlə bu görüşün “xahişçisidir”. İkincisi, gözəl anlayır ki, Suriya dünyəvi müxalifətinin kartı bir çox baxımdan “vurulub”.

Türkiyə hökuməti Suriya müxalifətini bu ümidlə dəstəkləyirdi ki, Suriya rejimini devirmək və Dəməşqi götürməyə nail olacaq. İndi artıq aydındır ki, Moskva və Tehran bu cür ssenariyə yol verməz.

Müxalifət rejimin devrilməsi deyil, Əsədlə maksimal dərəcədə sərfəli güzəştlərlə bazarlaşma şərtləri, yəni federallaşma uğrunda vuruşur. Bu isə Ərdoğanı qətiyyən qane etmir, çünki muxtar Suriya Kürdüstanına doğru aparır. Ankaranın fikrincə, onun varlığı Türkiyənin ərazi bütövlüyünü təhdid edəcək. Buna görə də Türkiyə hökuməti müxalifəti onun güclü danışıq mövqeləri üçün deyil, Suriya vətəndaş müharibəsinin və bununla da həm federallaşmanı, həm də Əsədin legitimləşdirilməsini  maksimal şəkildə uzatmaq üçün dəstək verir. Lakin bu cür çox çəkə bilməz. Bu müharibə Türkiyə sərhədlərinin yanında gedir və siyasi itki, güney-şərq bölgələrində sosial-iqtisadi durumun pisləşməsi, həmçinin kürd məsələsinin kəskinləşməsindən savayı türk prezidentinə heç nə verməyib.

Eyni zamanda Moskva və Vaşinqton Ərdoğandan gizli Suriya üzrə razılığa gəlməyə cəhd edir və bu iki dövlət Əsədin malikanəsinin fedarallaşması ideyasını bu və ya digər dərəcədə bölüşdüyündən, Türkiyə prezidentinin höcətliyi onu sadəcə, sınıq kürd təknəsinin yanında buraxa bilər.

Buna görə də Putinin Rusiya və Türkiyənin hazırda Suriya böhranının nizamlanmasında ümumi hədəfləri olduğunu bildirməyi həqiqətə zidd deyil. Bütün məsələ bundadır ki, Ankara bu nizamlamada hansı güzəştlərə getməyə hazırdır…

 

Tərcümə Strateq.az-ındır.