XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 August 2016 - 17:18

ABŞ-ın “kölgə kəşfiyyatı” Putin-Ərdoğan görüşü haqda:"Qarşıda Rusiya və Türkiyəni yeni toqquşma nöqtələri gözləyir" - Təhlil

putin-erdoqan-yeni

Stratfor (ABŞ), 10.08.2016

 

Henri Kissincer yadımıza salır ki, dövlətlərin beynəlxalq münasibətlərində daimi dost və düşmənlər yoxdur, yalnız maraqlar var. Bu qənaət çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Ərdoğan öz “əziz dostu, hörmətli Vladimir”lə birlikdə keçmişi unutmağa qərar verdiyi Sankt-Peterburqda paradoksal (və bir qədər qaydasız) barışıq diplomatiyası şousu təşkil edərkən təsdiqini tapdı.

Türkiyə və Rusiya cəmi yeddi ay müddətində bir nömrəli düşməndən köhnə, xeyirxah dostlara çevrilərək çox böyük yol keçib. Görünür, Ərdoğan və Putin türk qırıcılarının vurduğu Rusiya Su-24-ü ilə bağlı insidentə və ardınca gələn dava-dalaşa daha çox qalan dostluq münasibətlərinə mane olmayası anomaliya kimi yanaşırlar. Putinin dediyi kimi, “bizim prioritet böhranöncəsi ikitərəfli münasibətlər səviyyəsinə qalxmaqdır”. Yəni bu xoşagəlməz epizoddan keçib hər şeyi adi məcraya qaytarmaq lazımdır.

Lakin bu, asan olmayacaq. Türkiyə və Rusiya hələ vurulmuş təyyarə ilə bağlı insidentə qədər qaçılmaz şəkildə toqquşmaya gedirdi. Bir tərəfdən, Rusiya uzun illər ərzində öz təsir zonasını Qərbin qəsdindən qorumaq üzərində işləyir və bunu Gürcüstanda 2008-ci ildə, Ukraynada isə 2014-cü ildə hərbi kampaniya zamanı göstərib ki, zəruri halda qonşuları tabelikdə, daha böyük rəqibləri isə uzaqda saxlamaqdan ötrü qüvvə tətbiq etməyə hazırdır. Ancaq Rusiya öz hərəkətləri ilə ABŞ-ın Rusiya periferiyasındakı müttəfiqlərini qorumaq əzmini möhkəmləndirib və bununla da Vaşinqtonla Moskva arasındakı qarşıdurmanı gücləndirib.

Vaşinqton onun tələblərinə ciddi yanaşsın deyə, Rusiyaya ABŞ-ın bütün diqqətini cəlb edən münaqişədə maneə və vasitəçi rolunu oynamaq lazım idi. Bu, əvvəlcə İranla münaqişə idi, lakin Birləşmiş Ştatlar danışıqlar nəticəsində onunla saziş bağalayanda Moskva diqqəti Suriyaya yönəltdi.

Bu arada Yaxın Şərqdə Türkiyəni sərhədlərindən kənarda aktiv fəaliyyətə sürükləyən hakimiyyət boşluğu yayıldı. Suriyada vətəndaş müharibəsi dayanmadı və Ankara sabitsizliyə və kürd separatizminin yayılmasına görə narahat olmağa başladı. Lakin eyni zamanda Aralıq dənizinin şərq bölgəsini sünnilərin nəzarətinə və Türkiyənin himayəsinə götürməkdən ötrü əlverişli imkandan istifadə etmək istədi. Moskva Suriya münaqişəsində iştirakını fəallaşdırmaq istəyərkən Türkiyə hökuməti kürdlər və İŞİD tərəfdən güclənəın təhlükəni aradan qaldırmaq üçün müdaxilə planları hazırlayırdı.

Türkiyə və Rusiya güclənərkən Qara dəniz bölgəsi, Yaxın Şərqin ayrı-ayrı rayonlarında, Qafqazda və Mərkəzi Asiyada onların nüfuz zonalarının qismən üst-üstə düşməsi meydana çıxır. İndiki geopolitik kəsimdə Türkiyə və Rusiyanın maraq yolları Yaxın Şərqdə ziddiyyətə girib. Və Birləşmiş Ştatlar Rusiya ilə bu məqamda NATO-ya daha çox sədaqət göstərməyə başlayan Türkiyə arasındakı ixtilafdan udsa da, Ağ Ev qət etdi ki, ən yaxşısı Moskva ilə Ankara arasında yaxınlaşmağa şərait yaratmaqdır ki, Suriyada ABŞ-ın da cəlb oluna biləcəyi döyüş meydanında növbəti böyük qarşıdurma riskinin azalmasına şərait yaransın.

Putin və Ərdoğan iqtisadi sahədə ən müxtəlif üsul və vədlərlə dünyaya göstərməyə səy edirlər ki, Rusiya-Türkiyə münasibətləri bərpa edilib və hər şey yaxşıdır. Lakin əslində, ümumi geopolitik dinamikada heç nə dəyişilməyib və iki ölkə arasındakı təməl çəkişmələr qalır. Yəqin ki, Putin və Ərdoğan məhz buna görə ticarət embarqosunun götürülməsi, turist axınının bərpası və energetik əməkdaşlığın təzələnməsi haqda danışıqlardan sonra mətbuat konfransı keçirib və yalnız bundan sonra Suriyanın müzakirəsinə keçiblər.

İqtisadi əməkdaşlıq asandır. Rusiya və Türkiyə ortaq biznesdən fayda götürür. Türkiyə Rusiyanın qazı olmadan yaşaya bilməz, Rusiyaya isə Avropaya alternativ tədarük marşrutu çox lazımdır və bu, Ukrayna tipli problemli dövlətlərdən yan keçəsi “Türk axını” ola bilər. Hətta qiymət təyinini, güzəşt və nizamlayıcı normalara görə əsəbilik meydana çıxsa, Türkiyə və Ərdoğan ən yüksək səviyyəli bu cür iqtisadi əməkdaşlığın irəliləyişindən heç nə itirmir. Lakin Suriya Rusiya və Türkiyə maraqlarının qaçılmaz və diametral şəkildə zidd oluğu sahədir. Bunun ən parlaq timsalı Hələb uğrunda davam edən döyüşdür. Putinlə Ərdoğan Suriyada dinc yolla nizamlamanı istədikləri qədər müzakirə edə bilərlər, lakin danışıqlardakı əsas tərəflər – Türkiyə dəstəyindən istifadə edən sünni qiyamçılar və Rusiya dəstəyindən faydalanan ələvilərin başçılığı ilə hökumət qoşunları – strateji önəm kəsb edən bu şəhər uğrunda əvvəlki kimi vuruşurlar. Tərəflərin heç biri Hələb üzərində nəzarəti möhkəmləndirməsə, ciddi şəkildə danışıqlar masası arxasına əyləşməz. Döyüşlərin iyuldakı xarakterinə görə (hökumət qoşunlarının mühasirəsi, üsyançıların hücumu, rejimin əks-hücumu) fikir yürüdülsə, görürürk ki, tərəflərin heç biri şəhəri öz nəzarətinə götürmək iqtidarında deyil.

Putin Ərdoğanla əməkdaşlıq etsə də, Rusiya Suriyanın Türkiyə ilə qarşıdurmasından bundan sonra da istifadə edəcək.

Rusiya görür ki, Türkiyə NATO-nun Qara dənizdə hərbi iştirakının gücləndirilməsi üzrə çox mühüm önəmə malikdir və Moskvanın Dağlıq Qarabağ mübahisəsi vasitəsilə öz təsirini gücləndirməyə çalışdığı Qafqazda çəkisi olan oyunçudur. Buna görə də Türkiyənin ondan uzaq durmasına nail olmağa cəhd edir. Bu gün Türkiyənin prioritetləri Suriyaya cəmləşərkən Moskva kürd separatçılarına dəstəyi davam etdirərək və döyüş meydanında iştirakını saxlamaq sayəsində Türkiyənin Suriya hərbi planlarını qarışdırıb Ankaranı qarmağa keçirə bilər. Daxili təhlükəsizlik mövzusuna ustalıqla yiyələnmiş Putin Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən sonra Ərdoğan hökumətinə kəşfiyyat məlumatlarının mübadiləsi və çevrilişlərin önlənməsində faydalı üsulların ötürülməsi sahəsində əməkdaşlıq təklif edə bilər ki, Ankaranı özünə yaxınlaşdırsın. Putin və Ərdoğan böyük geopolitik iddialı, hökmlü liderlərdir. Onlara dost qazanmaq maraqlıdır, özlərini tamamilə milli maraqların yeridilməyinə həsr ediblər. Əmin olun: qarşıda Rusiya və Türkiyəni bu milli maraqların yeni toqquşma nöqtələri gözləyir.

 

Tərcümə Strateq.az-ındır.