XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

12 Avqust 2016 - 17:16

Avropa Şurasının baş katibi Türkiyə hadisələrindən yazdı: “Baş verənlərin böyük tarixi nəticələri olacaq” – Təhlil

yaqland-22

Tyorbörn Yaqland

Klassekampen (Norveç), 12.08.2016


Avropa Ərdoğanın problemlərini etiraf edə bilmədi. Türkiyə səfərindən sonra keçən həftə Avropa Şurasının Nazirlər Komitəsində hesabat verərkən xoşagəlməz həqiqət haqda danışmağa məcbur oldum. Yəni türklərin “avropalılar” adlandırdıqları adamalardan necə hiddətləndiyi və əsəbiləşdiyi haqda. Çünki onlar dövlət çevrilişi ittihamı ilə bağlı gec çıxış etdilər.

Hamı – həm hökumət təmsilçiləri, həm də müxalifət rəhbərləri Charlie Hebdo”-ya hücumdan sonra nə baş verdiyinə isnad etdi. Avropa liderləri Fransa ilə həmrəylik nişanəsi kimi, dərhal Parisə yollandılar. Avropada yaxınlardakı digər teraktlardan sonra deyirdilər: “Bu – hamımıza hücum idi”.

Türkiyədə deyirdilər: “Bəs niyə bizim yanımıza heç kim gəlmədi? Niyə heç kim demədi ki, bu, hamımıza hücum idi?”

Sui-qəsdçilər xalqı güllələmək üçün hökumət tanklarından istifadə ediblər. F-16 təyyarələri işə salınıb ki, parlament, prezident sarayı və polisin mənzil-qərargahı bombalansın. Tamamilə mümkündür ki, prezidenti, baş naziri və xarici işlər nazirini öldürmək üçün əsgərlər göndərilib.

Bu faktlara baxmayaraq, Avropada şübhə yarandı ki, çevrilişi Ərdoğanın özü hazırlayıb. Türkiyə üzrə mütəxəssis Karl Bildt yazıb: “Nədir, Avropa yatmışdı?” O, ehtiyat edir ki, bu cür şübhələrin vurduğu ziyan hadisələrin sonrakı gedişinə təsir edər. Türkiyə müxalifəti bunu xüsusən ağır keçirir. O da Karl Bildtin ifadə etdiyi əndişəni ifadə edir.

Məşhur jurnalist Ezgi Basaran da eyni şeyi yazır. O, hesab edir ki, Avropa dövlət institutlarında gizli şəbəkənin mövcudluğu, necə təhlükəli olduğu və hələ çevrilişdən xeyli əvvəl Türkiyədə demokratiya üçün böyük problem olduğunu başa düşmədi. Lakin avropalılar bunu yalnız ona görə ciddi qəbul etməkdən imtina etdilər ki, Ərdoğanın adamları belə iddia edirdilər. O, hesab edir ki, Türkiyə ilə yenidən diaoloqa başlamaqda istənilən cəhd bunun etiraf edilməyinə əsaslanmalıdır. Jurnalistlər Türkiyədə nələr baş verdiyi haqda fikir yürütmək istəsəydilər, bunu bacarardılar – sadəcə, qəzetləri oxumaq kifayət idi. Əvvəlkitək xeyli müstəqil qəzet var. Çevrilişdən sonra Ezgi Basaranınkı kimi tam ümidsizliklə dolu bu cür səslər çox olub.

"Hurriet Daily News" bir  neçə gün öncə Britaniyanın Ankaradakı səfiri ilə böyük bir müsahibə dərc edib. O, Türkiyəni yaxşı tanıyır və türkcə danışır. Səfir bildirib ki, Gülən şəbəkəsi mövcuddur və təhlükəlidir. Hətta deyib ki, ola bilsin, bu çevrilişi Gülənin özü təşkil edib, lakin təkzibolunmaz sübutlar təqdim edilərsə, həqiqəti öyrənmək mümkündür.

Bu şəbəkənin üzvləri çıxş edib və necə ələ alındıqlarını nağıl ediblər. Onların hekayəti yoxsul valideynlərin uşaqlarına təhsil və yataqxana verən Pakistan mədrəsələri ilə bağlı əhvalatlara çox oxşayır. “Gülən məktəbləri” də eyni üsuldan istifadə edib. Məqsəd bu şəbəkənin üzvlərini orduya və məhkəmə sisteminə yerləşdirmək idi. “Gülən şəbəkəsi” ora toplayıcılar bölməsi yerləşdirə bilib. Bu cür məktəblərin şagirdləri qəbul imtahanlarında əvvəlcədən elə suallar alırdılar ki, müsabiqələrdə asanlıqla qalib gələ bilirdilər. Onlardan biri nağıl edir ki, o ancaq “the big brother”-yə (böyük qardaşa) tabe olurdu. Ordu komandanlığının müəyyən kabinetlərində dinləmə qurğusu qurduğuna görə, ona pul ödəyirmişlər.

Məlumdur ki, bu şəbəkə Osloda Ərdoğanın elçiləri ilə PKK arasında aparılan danışıqları dinləyib. Məqsəd danışıqları pozmaq və Ərdoğanı xəyanətə görə məhkum etmək idi. Çevriliş cəhdindən dərhal sonra Ərdoğanın bu çevrilişi nə dərəcədə təşkil etdiyi haqda spekulyasiyalar başlandı. Bu mövzu NRK materiallarında xeyli müddət müzakirə edildi. Bundan sonra əsas diqqət çevrilişi təşkil edənlərə nisbətdə insan haqlarına riayət edilməsinə yönəldi. İnsan hüquqları və hüquqi dövlət prinsiplərinin pozulduğu çevriliş nəticəsində meydana çıxmış dramatik durumu göstərmək üçün çox az iş görülüb. 239 nəfər öldürülüb. Bu, insanın əsas haqqı – yaşamaq hüququna qarşı cinayətdir (Avropa insan haqları konvesnsiyasının 2-ci maddəsi).

Gizli şəbəkə dövlət institutlarında da var idi. Hansı hüquqi dövlət hakimlərin gizli əlaqəsinə dözə bilər? Yaxud hərbçilərin “bayrağa”, ölkənin qanuni hökumətinə tabe olmayıb əvəzində xaricdəki qaranlıq güclərdən əmrlər almağına? Mətbuat, xüsusən də Norveç mətbuatı çevriliş cəhdindən sonra Ərdoğana qarşı özəl materiallar dərc etməyə başladı, Türkiyədə gedən diskussiyalara və sui-qəsd haqda məlumatların meydana çıxmağına az yer ayırdı.

Hazırda Türkiyədə baş verənlərə yaxından nəzər salmağına dəyər. Bəli, hədsiz dərəcədə geniş ittihamlar irəli sürülür və mən bunu Ankarda qeyd etmişəm. Lakin olmaz ki, Ərdoğana qarşı bütün şübhələr ictimaiyyətin mühüm məlumatlar almağına mane olsun. Müstəqil yazar və jurnalist Mustafa Akyol bu yaxınlarda mənim də mövqeyim olan mətləbləri təsvir edib. Yəni çevrilişdən sonra qayda-qanun yaradılması çox uzağa gedə bilər. Gülən şəbəkəsi ilə bağlı KİV-də işlədiklərinə görə ittiham edilən jurnalistlər mənim kimi onda da təşviş doğurur. Onların nəsə bir cinayət etməyi vacib deyil. Onlar orada iş tapıb, qabiliyyətlərindən istifadə edərək öz ideya və biliklərini bölüşüblər. Lakin bu bildirmir ki, onlar Gülən şəbəkəsinin üzvü olub, yaxud onun qaranlıq yönü, xüsusən də hərbi qiyama aparan qanunsuz tərəfləri haqda nəsə bilirdilər.

Eyni sözü Gülənin çoxsaylı məktəblərində iş tapmış müəllimlər və ali məktəb tələbələri haqda da söyləmək olar.

İndi Türkiyədə baş verənlərin böyük tarixi nəticələri olacaq. Çevriliş yeni Türkiyənin başlanğıcını bildirə bilər. İnanmaq mümkün olan Avropanın bu halda iştirakı zəruridir. Lakin Avropaya bu cür inam onun ancaq çevrilişin Türkiyə dövlətinin qaranlıq gücləri tərəfindən həyata keçirildiyi və Türkiyənin öz daxilində qayda-qanun yaratmağa haqqı olduğunu etiraf etməyinə əsaslana bilər. Lakin bununla belə, general və hakimləri hakim partiyanın adamları ilə əvəz etmək olmaz. Ona görə də orduda və məhkəmə sistemində hakimiyyət uğrunda uzun mübarizə davam edir. Türkiyəyə müstəqil məhkəmə sistemi və müdafiə lazımdır. Avropa Şurası hazırda öz diqqətini ittiham edilənlərin Avropa insan haqları konvensiyası və Avropa məhkəməsinin hüquqi praktikasında təsvir edilmiş hüquqi haqlarına cəmləşdirib. Günahı sübut edilməyincə hər kəsin günahsız olduğu bardə təməl prinsip qüvvədə qalmalıdır. Sübutlar təkzibedilməz olmalıdır. Hamının vəkil xidməti əldə etməyə hüququ olmalıdır. Vəkillərlə söhbət məxfi olmalıdır, ilkin həbsdə keçirilən günlərin sayı isə son dərəcə məhdud olmalı və hakimlər tərəfindən müəyyən edilməlidir. Bu öhdəliklərin icrası Türkiyə və Avropa Şurasınn marağındadır. Əks halda Avropa İnsan Haqları Məhkəməsinə minlərlə yeni şikayətlər gələ bilər.

Mən işimiz haqda Avropa liderlərini məlumatlandırmışam. Şübhəsiz, onu yüksək qiymətləndirirlər. Ehtimal ki, durumun inkişafına təsir etmək imkanlarımız var…

 

Tərcümə Strateq.az-ındır.