XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

15 Avqust 2016 - 15:09

Azərbaycan iqtisadiyyatında son vəziyyət:Rəqəmlər, faktlar

İqtisadiyyat

Starteq.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ölkə iqtisadiyyatının 2016-cı ilin son 7 ayındakı vəziyyətini əks etdirən ümumiləşdirilmiş statistikanı təqdim edir. 

2016-cı ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27002,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz az ümumi daxili məhsul istehsal edilib. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə azalması olubr.

Əlavə dəyərin 38,5 faizi sənayedə, 11,8 faizi ticarət,  nəqliyyat vasitələrinin təmiri, 9,1 faizi tikinti, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 16,3 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2809,7 manata bərabər olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında 14,75 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çox sənaye məhsulu istehsal edilib. 

Sənaye məhsulunun 64,6 faizi mədənçıxarma sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda məhsul istehsalı 0,6 faiz, o cümlədən neft hasilatı 0,4 faiz artıb.  Əəmtəəlik qaz hasilatı isə 8,8 faiz, tikinti materiallarının istehsalı 23,5 faiz, maşın və avadanlıqların istehsalı 23,0 faiz azalıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,4 faiz, neft sektorunda isə 0,4 faiz artıb.

2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,4 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,8 faiz artıb.

2016-cı ilin yanvar-iyun aylarında əsas kapitala 6769,6 milyon manat məbləğində vəsait yönəldilib.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında 106,9 milyon ton yük və 916,9 milyon sərnişin daşınıbr. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,3 faiz azalıb, sərnişin daşınması isə 1,9 faiz artıb. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 6381,4 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 3050,0 milyon dollarını və ya 47,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 3331,4 milyon dollarını (52,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 281,4 milyon dollar məbləğində mənfi saldo yaranmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 18,0 faiz, o cümlədən ixrac 17,7 faiz, idxal isə 18,3 faiz azalıb. Ticarət dövriyyəsinin 40,0 faizi Avropa İttifaqı ölkələrinin, 16,0 faizi MDB üzvü ölkələrinin, 44,0 faizi isə digər ölkələrin payına düşüb. 

2016-cı ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 32,2 faiz azalaraq 457,8 milyon dollar təşkil edib.

2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,5 faiz artıb.

2016-cı ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz artaraq 489,5 manat təşkil edib. 

2016-cı ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,4 faiz artaraq 21493,9 milyon manata çatıb.

Gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 9,8 faizi isə yığıma yönəldilib. 

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 6133,8 milyon manat vəsait daxil olub, büdcədən 6821,5 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yarananan 687,7 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,5 faizi səviyyəsində olub.

Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin iyun ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil edib, onun 4306,1 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il iyun ayının 1-i ilə müqayisədə 11,1 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il iyun ayının 1-nə 7566,0 milyon manat təşkil edib. 
 

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə