XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

15 Avqust 2016 - 15:09

15 iyul “uğursuzluğu”nun ən önəmli səbəbi:Türkiyəni atomsuzlaşdırmaq üçün zəmin hazırlandı

 

incirlik1

Ərdoğanla Putinin görüşündən sonra ABŞ mətbuatı Türkiyə ilə müttəfiqliyi müzakirə mövzusuna çevirib.

Strateq.az-ın bildirdiyinə görə, amerikalıları ən çox narahat edən İncirlik hərbi bazasındakı nüvə silahlarıdır. Məlumata görə, bu bazada 90-a yaxın taktiki nüvə silahları saxlanılır və Türkiyənin siyasi xarakteri dəyişilərsə, bu silahların islam fundamentalistlərinin əlinə keçməsindən narahatlıq ifadə olunur.

“Wall Street Journal” qəzetinin yazarlarından Steven Kukun fikrincə, bu vaxta qədər  Türkiyə ilə ABŞ əlaqələri 1974-ci ildə qardaş ölkənin Kipr əməliyyatı zamanı, 2003-cü ildə isə ABŞ-ın İraqı işğalından sonra özünün ən pis dövrünü yaşamışdı. 15 iyul çevriliş cəhdindən sonra yaranan vəziyyət isə daha mürəkkəbdir: “ABŞ-ı çevriliş cəhdində ittiham edən Türkiyənin İncirlik təhdidinə qarşı Pentaqon boynuna yeni missiyalar götürməlidir. Ərdoğan ABŞ-ın hərbi bazalara daxil olmasını qadağan edə bilər və bu ehtimala qarşı super güc hərbi qüvvələrini Kipr, İordaniya və İraqdakı Kürd bölgəsinə daşımalı, həmin coğrafiyaların hava sahələrindən istifadə etməlidir”.

Adanadakı İncirlik bazasının strateji əhəmiyyətinə diqqət çəkən Kuka görə, yeni dövrdə ABŞ ilə Türkiyə eyni dəyər və maraqları paylaşmadığından, "yeni müttəfiq axtarışının zamanı gəlib".

Əslində Steven Kuk açıq deməsə də, İncirlik bazasındakı qüvvələri Türkiyənin perspektivdə strateji düşməni ola biləcək coğrafiyalara daşınmasını təklif edərkən, nüvə silahlarını nəzərdə tutur. Prinsipcə, bu fikir təkcə Kukun ağlına gəlməyib.  Ötən günlərdə bir sıra ABŞ mediası da “uğursuz” çevriliş cəhdindən sonra İncirlik hərbi bazasında nüvə silahların təhlükəsizliyinin şübhə altına düşdüyünü açıq şəkildə ifadə edir və onların Türkiyədən necə çıxarılmasının yollarını araşdırırdı.

ABŞ-ın düşüncə quruluşu “Foreing Policy” üçün yazı qələmə alan Cefri Levis də bu silahların etibarlı yerdə olmadığını iddia edənlərdəndir. Onun yazdığına görə, ilin əvvəlində ABŞ Müdafiə Nazirliyi İncirlikdəki hərbçilərin ailələrini bazadan çıxartdı: “Bunun ardınca aprel ayında bazaya girən bir neçə nəfər ABŞ əsgərlərinin başında çuval keçirmək istədi. Bütün bunlar nüvə silahlarının bir kilometr kənarında baş verirdi. Digər tərəfdən, Türkiyənin təhlükəsizliyi ciddi mənada pisə doğru gedir".

Müəllif İncirlikdəki nüvə silahlarından bəhs edərək yazırdı: “ABŞ-a aid nüvə silahları İncirlik bazasındakı yeraltı sığınacaqlarda saxlanır. Sığınacaqlarda eyni zamanda təhlükəsizlik çevrəsi var. ABŞ və NATO müttəfiqləri son illərdə bu bazaya nüvə silahlarının təhlükəsizliyi üçün 160 milyon dollar sərmayə yatırıb. Çevrilişçilərin silahları əldə etməsi üçün əhəmiyyətli təhlükəsizlik kodlarını bilməsi lazımdır”.

The New Yorker” jurnalı da NATO ölkələrinin təyyarələrdən atılan atom bombalarının bir hissəsinin İncirlik bazasında olduğunu, NATO-nun nizamnaməsinə görə, bu silahların təhlükəsizliyinin ABŞ tərəfindən yox, yerləşdirildikləri ölkənin əsgərləri tərəfindən qorunduğunu xatırlatmışdı. İncirlikdəki Türk komandirinin çevriliş cəhdi ittihamıyla həbs olunduğunu vurğulayan “The New Yorker” bu vəziyyətin nüvə bombalarının təhlükəsizliyi məsələsində narahatlıq doğurduğunu yazmışdı.

ABŞ mediasının dilə gətirdiyi bu əndişələr çevriliş cəhdi ssenarisinə İncirlik hərbi bazasının niyə əlavə olunduğuna kifayət qədər aydınlıq gətirir. Belə görünür ki, Türkiyənin cənub sərhədlərində yaradılması nəzərdə tutulan “Böyük Kürdüstan”ın təhlükəsizliyini qorumaq üçün ABŞ-ın strateji silahları bu ərazilərə köçürülməlidir. Bundan sonra həmin ərazilərə ediləcək hər hansı hərbi müdaxilə ABŞ-a qarşı müharibə mənasına gələcək və kimsə, o cümlədən artıq müttəfiq hesab olunmayan Türkiyə də buna cəsarət etməyəcək. Əllərinə tarixi fürsət keçən kürd separatçıları isə bölgədə istədikləri “islahatları” aparacaqlar.

Zənnimizcə, uğursuz 15 iyul çevrilişinin əsas səbəblərindən biri də bu həqiqətdə axtarılmalıdır. Başqa sözlə, “ayının yüz oyunu bir armudun başındaymış”.

Heydər Oğuz

Strateq.az