XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

18 Avqust 2016 - 07:24

ABŞ-ın İncirlik bəhanəsi:Hərbi bazadakı nüvə bombalarının məsələsi niyə gündəliyə gətirilib?

incir

Türkiyə HHQ-nin təyyarələri  İncirlik bazasına enir

© AP Photo, Əmrah Gurel

 

Taha Dağlı

Haber 7 (Türkiyə),17.08.2016

 

ABŞ avqustun 6-da belə bir hesabat dərc edib: “Bizim İncirlik bazasındakı atom bombalarımız təhlükə altındadır”.

Prezident Ərdoğan avqustun 8-də Rusiyaya yola düşdü; Rusiya-Türkiyə münasibətlərində yeni səhifə açıldı.

Avqustun 15-də isə ABŞ daha bir hesabat dərc edib və İncirlik bazasındakı nüvə mərmiləri haqda məsələni yenidən gündəliyə çıxarıb.

Çox gözəl, lakin bütün bunlar nə deməkdir? ABŞ illərlə haqqında danışılmayan mövzunu niyə məhz indi qızışdırır? Çünki bu hesabatların sətirləri arasında son dərəcə mühüm detal gizlənir.

On gün ərzində İncirlik haqda iki hesabat hazırlanıb. Və hər birində Amerikaya məxsus olan və İncirlik bazasında yerləşdirilmiş nüvə silahı haqda danışılır. Rəqəmlər göstərilir, modellər təsvir olunur. Məlum olur ki, söhbət ümumilikdə nüvə başlığı ilə təchiz edilimiş B61 tipli 50 bombadan gedir və bu hərbi məlumat nəşr edilib.

Qeyd olunub ki, “Türkiyədə münaqişə yarana bilər, bu zaman atom bombaları özgə güclərin əlinə keçər və təhlükə yarada bilər”.

Məruzədə həmçinin bu təhlükənin miqyasları barədə ekspertlərin rəyləri göstərilib. Onlar təklif edirlər: “Bu nüvə silahı terrorçuların əlinə düşə  bilər, buna görə də bu bombaları Türkiyədə saxlamamalıyıq”.

Digərləri qeyd edirlər: “Bu silahlar kimin əlinə düşür-düşsün, ondan istifadə edə bilməzlər, çünki bu mərmilərdə kod var və onlar bu kodlarsız heç nə deməkdir”.

Amerika İncirlik bazasında yerləşdirilmiş nüvə mərmilərini təfərrüatıyla təsvir edib.

Əvvəlcə  avqustun altısında. Lakin başqa beyin mərkəzi də hesabatı eyni məlumat və şərhlərlə dərc edibsə, ehtimal ki, bu, yetərli deyildi. Bunlar “Türkiyədə daxili qarışıqlıq yaransa, bu nüvə silahı necə olacaq?” mövzusunda hesabat idi.

Bu hesabatlardan nə başa düşürük? Amerika nə etməyə cəhd edir?

Deməli, ABŞ Türkiyədə nüvə bombaları saxlayır. Dövlət çevrilişinə cəhddən sonra yeni hərc-mərclik durumundan danışır. Qeyd edir ki, münaqişə meydana çıxa, bu zaman nüvə mərmiləri arzuedilməz əllərə düşə bilər. Lakin hətta bu, baş versə də, ondan istifadə edə bilməzlər, çünki mərmilər şifrələnib. Hətta Türkiyədə bunları daşıya biləsi təyyarə də yoxdur.

Lakin bu hesabatlarda bir detal gözdən qaçırılır: “Mərmilər türklərin əlinə keçsə, onu işlədə bilməzlər, lakin Rusiya və İranla yaxınlaşıb nüvə silahı hazırlaya bilərlər”.

Yəni bu ekspertlərin fikrincə, Rusiya halqasına hələ İran da əlavə olunur. Vurğulanır ki, “Türkiyə bu durumda nüvə silahının hazırlanması yoluya gedə bilər”.

Nüvə silahı haqda on gün ərzində iki dəfə dərc edilmiş hesabatın sətirləri arasında bu cür siqnalı oxumaq olar. Başqa sözlə, Türkiyə və Rusiya Amerikanın İncirlik bazasındakı mərmilərinə yiyələnib eynisini istehsal edə bilər.

Və o, bunu məhz Rusiya ilə Türkiyənin yaxınlaşmağa başladığı vaxtda deyir.

Bu siqnaldan nə başa düşürük?

Deyəsən, təhlükə var.

2003-cü ildə Amerikanın İraqı işğal etdiyini və nüvə bombaları haqda quraşdırılmış hesabatları xatırlayaq: “İraq nüvə silahı istehsal edir”.

İraq bu yalan ideya ilə də işğal edildi.

Doğrudanmı, ABŞ İncirlik haqda məruzələrlə bu cür üstüörtülü siqnallar verir? Niyə də yox?

İyulun 15-də çox inanırdılar və bu əminliyin əsas qaynağı İncirlik bazası idi. Bütün hesablar alt-üst olub, lakin görünür, İncirliklə bağlı yeni planların qurulması davam edir…

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə