XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 13:34

ABEL MƏHƏRRƏMOVLA XOŞBƏXT YUSİFZADƏNİ “NOBEL” YOLUNDA NƏ BİRLƏŞDİRİR?

nobel.jpg

Azərbaycanın iki tanınmış alimi və bir nüfuzlu məmurunun adının Nobel Mükafatına birgə namizəd kimi göstərilməsi istiqmətində gərgin iş aparılır. Bu barədə məlumatı Strateq.az-a elmi dairələrə yaxın mənbə verib. Mənbənin sözlərinə görə, bütün bu işləri Nobel Fondunun Azərbaycandakı nümayəndəliyi görür.

Namizədlərin kimya elmi üzrə irəli sürüləcəyi gözlənilir. Söhbət dünya elminə bəxş edilən yeni ixtiradan(?) gedir.

Bizə verilən məlumatda bildirilir ki, bu şəxslər – Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və ARDNŞ-ın birici vitse-prezidenti, geologiya-mineralogiya üzrə elmlər doktoru Xoşbəxt Yusifzadədir.

Ancaq maraqlıdır ki, bu ixtira(?) ilə bağlı indiyə qədər ölkə daxilindəki uyğun sahənin mütəxəsissləri arasında heç bir elmi polemika aparılmayıb və bütün işlər maksimum dərəcədə konspirativ şəkildə görülüb . Buna səbəb kimi, təqdim ediləcək işin o dərəcədə də, elmi yükə malik olmaması göstərilir.

Dünya elminə bəxş edilən ixtiranın(?) hansısa kimyəvi maddənin kəşf edilməsilə bağlı olduğu bildirilir. Fondun yerli nümayəndəliyinin gəldiyi qənaətə görə, həmin maddə quyulara əlavə ediləndə neftin hasilatı artır.

Qeyd edək ki, namizədləri irəli sürən yerli nümayəndəlik alimlərin sırasına bir nəfər də qüdrətli məmurun adının əlavə olunmasını istəyib və bu qərara digər namizədlər etiraz etməyib. Ancaq həmin məmurun elmlə heç bir əlaqəsinin olmaması bu ideyanın müəlliflərini bir qədər düşünməyə vadar edib və hələlik bununla bağlı konkret qərarın verilməsində çətinlik çəkilir.

Xatırladaq ki, həmin məmurun kimliyi və sözügedən kimyəvi maddənin adı da bizə məlumdur. Bəzi faktları tam dəqiqləşdirdikdən sonra, bu mövzuya yenidən qayıdacayıq.

Maraqlıdır ki, dünyada nüfuzlu olan Fondun Azərbaycanda nümayəndəliyinin olmasından çox adamlar xəbərsizdir. İnternetdə apardığımız araşdırmada bu qurum barədə heç bir məlumata rast gəlmədik.

Sən demə, yerli nümayəndəlik bundan əvvəl isə, iki dəfə Allahşükür Paşazadənin namizədliyini “Nobel”ə namizəd kimi göstərib.

Məqalədə adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Məhəmməd

“Strateq.az”