XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

20 Avqust 2016 - 13:19

“Azadlıq” qəzeti Faiq Əmirlinin həbsiylə bağlı bəyanat yaydı:"Hədəfdə birbaşa Əli Kərimlidir"

ali-kerimli-1

Avqustun 20-də "Azadlıq" qəzetinin direktoru Faiq Əmirli yaşadığı evin yaxınlığında hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları tərəfindən saxlanılaraq, aparılıb. Məlumata görə, o, hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindədir, evində axtarış aparılır.

faiq-emirli-2

"Azadlıq" qəzeti Faiq Əmirlinin həbsiylə bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Faiq Əmirlinin həbsi hakimiyyətin uzağa gedən planlarından xəbər verir:

"Əvvəla, bir neçə gün qabaq hakimiyyət daxilindən redaksiyaya məlumat sızmışdı ki, Azadlıq qəzetini bağlamaq istəyirlər. Faiq Əmirlinin həbsi həmin niyyəti həyata keçirməyə zəmin yaratmaq üçün ola bilər.

İkincisi, məlumdur ki, Faiq Əmirli həm də AXCP üzvü və partiya sədri Əli Kərimlinin köməkçisidir. O da məlumadur ki, hazırda hakimiyyətin AXCP-yə qarşı repressiyası güclənib və hədəf birbaşa partiya sədri Əli Kərimlidir. Artıq neçə gündür ki, hakimiyyətin təbliğat ruporları, hətta Rusiya kanalları da cəfəng iddialarla Əli Kərimlini Fətullah Gülənlə əlaqədə şərləyir. Son günlərdə AXCP-nin bir neçə fəalı müxtəlif bəhanələrlə həbs edilib. Onlardan barəsində həbs-qətimkan tədbiri seçilmiş Fuad Əhmədli rəsmən Gülənçi kimi təqdim olunub. Partiya bu ittihamı saxta və AXCP-yə qarşı şərləmənin tərkib hissəsi adlandırıb. Bu baxımdan Faiq Əmirlinin həbsi həm də AXCP sədri Əli Kərimlinin özünün hədəfə alınması kimi qiymətləndirilə bilər".

Faiq Əmirlinin həbsini tam qanunsuz və əsassız sayan qəzet hesab edir ki, bu addım digər həbsləri davam etdirməyə yol açmaq üçün düşünülüb: "Azadlıq qəzeti tələb edir ki, heç bir qanuni əsas olmadan həbs edilmiş Faiq Əmirli təcili azadlığa buraxılsın. Bütün oxucularımıza, yerli və dünya ictimaiyyətinə bildiririk ki, Azadlıq qəzetinin özünün taleyi təhlükədədir. Repressiyaları durdurmaq üçün yubanmadan təsirli addımlar atılmalıdır. Azadlıq qəzeti ən çətin şəraitdə də fəaliyyətini davam etdirəcək, sonuna qədər azad söz uğrunda mübarizəsinə sədiq qalacaq".




Yuxarı Əvvələ Ana Səhifə