XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 11:12

Türkiyə Suriyada hərbi əməliyyata başladı –"Fırat qalxanı" - Video

Bordo-beret

Türkiyə xüsusi təyinatlı qüvvələri və koalisiya aviasiyası Suriyanın  Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə hərbi əməliyyatlara başlayıb. NTV kanalının məlumatına görə, əməliyyatda Türkiyənin F-16 qırıcı təyyarələri də iştirak edir. 

Türkiyə xüsusi təyinatlıları Suriya ərazisinə sızaraq İŞİD mövqelərinin məhv edilməsi üçün diversiya əməliyyatları həyata keçiriblər.

Havadan 12, yerdən isə 70 hədəf məhv edilib. 

Əməliyyata "Fırat qalxanı" adı verilib.  Əməliyyat bu gün axsam saat 4.00-da top və idarəolunan rakeketlərin atəşi ilə başlayıb. 

Azad Suriya Ordusu da Cerablus şəhərində İŞİD-ə qarşı vuruşur.  

Cerablusdan atılan mərmi isə Türkiyə ərazisində Karakamış yaşayış məntəqəsində boş ərazidə partlayıb.  

Strateq.az