XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

28 Fevral 2015 - 18:46

İlyas İsmayılov Nemtsovun qətlinə münasibət bildirib

ilyas.jpg

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Rusiyanın tanınmış müxalif siyasətçilərindən olan Boris Nemtsovun qətlə yetirilməsinə münasibət bildirib.

İlyas İsmayılov bu hadisəni terror adlandıraraq, onun harada və kimə qarşı törədilməsindən asılı olmayaraq, qınanılmalı olduğunu bəyan edib.

Partiya sədrinin fikrincə, B.Nemtsovun qətlə yetirilməsi Rusiya daxilində gərginliyin və vətəndaş qarşıdurmasının yaradılması məqsədilə də törədilə bilər. “Ona görə də, Rusiya hökuməti bu məsələyə həssas reaksiya verməli, sifarişçinin və cinayətkarların tezliklə aşkarlanaraq cəzalandırılmasına nail olmalıdır. Bununla da Putin hakimiyyəti bu hadisədən siyasi məqsədlər üçün istifadə edilməsinin qarşısını almış olar. Eyni zamanda, ictimai fikirdə yaranmaqda olan “Rusiya iqtidarının rəqiblərini fiziki cəhətdən məhv edir” fikirlərini də alt-üst edər.”




Yuxarı Əvvələ Ana Səhifə