XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 March 2015 - 21:59

Çeçen liderdən Putinə növbəti sədaqət andı


“Putinə pislik etmək istəyənlər eşitsin: buna imkan verməyəcəyəm!”

“ABŞ və Qərb, onların xüsusi xidmətləri Vladimir Putinə sədaqətli olan şəxslərə zərbə vurmağa cəhd edirlər. Onların maliyyələşdirdikləri KİV-lər və digər təşkilatlar tərəfindən çeçen Respublikasının rəhbərini ləkələmək üçün hər bir imkandan istifadə olunur. Əgər piyada küçəni düz keçmirsə “Kadırov günahkardır”, əgər kimi isə cinayətdə ittiham edirlərlsə yenə o günahkardır”. “Strateq.az” bildirir ki, bu sözləri çeçenistanın rəhbəri Ramzan Kadırov özünün “tvitter” səhifəsində yazıb. Onun sözlərinə görə, ABŞ və Qərb Rusiyada vəziyyəti qarışdırmaq, iqtisadiyyatını sındırmaq və ölkəyə xaos salmaq niyyətindədir: “Son günlər Rusiya DİN daxili qoşunlarının keçmiş hərbi qulluqçusu Zaur Dadayevin həbsi ilə mənə qarşı kampaniya qaldırılıb. Mən yenə deyirəm: Dadayevi əsl hərbçi və vətənpəvər kimi tanımışam. Əgər onun həqiqətən Boris Nemtsovun qətlində əli olubsa, Rusiya qanunları ilə mühakimə olunmalıdır”.

Daha sonra Kadırov Putinə sədaqətli olduğunu bir daha bəyan edib: “Mənə qarşı qaldırılan bu kampaniyanın təşkilatçıları bilir ki, Əhmət Kadırovun komandası bütün hallarda Rusiya Prezidenti ilə bir yerdədir. Bizim xalq bir nəfər kimi Putini dəstəkləyir. Buna görə bizi qaralamaq istəyirlər. Bir daha bəyan edirəm: mən vəzifə tutmağımdan asılı olmayaraq, yaxud işləməyəcəyim halda belə, Putinə sədaqətliyəm və son günümə qədər Rusiyanın düşmənlərinə qarşı müqvmət göstərməyə hazıram“.

Kadırov bəyanatını bu hədələrlə bitirib: “Putinə qarşı pislik etmək istəyənlər eşitsinlər: mən buna imkan verməyəcəyəm! Buna şübhə etməsinlər!”

X. Səfərli

Strateq.az