XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

28 Avqust 2016 - 11:29

 “Türkiyədə ikinci hərbi çevriliş gözlənilir”Hərbi çevrilişlər üzrə ixtisaslaşmış alimdən maraqlı açıqlamalar

 

ozdag

 

“Türkiyədə ikinci hərbi çevriliş gözlənilir”.

Bu iddianı hərbi çevrilişlər və müdaxilələr üzrə ixtisaslaşmış alim, MHP millət vəkili, professor Ümit Özdağ irəli sürüb.

“Sözcü” qəzetinə müsahibə verən alimin fikrincə, əslində ilk çevriliş üçün zəmin yox idi. Sadəcə həmin çevriliş cəhdiylə ordudakı FETÖ qruplaşması ölkədəki stabilliyi pozmaq, daxili ziddiyyətləri körükləmək, terror üçün münbit zəmin hazırlamaq, hərbi qüvvələri Türkiyənin xaricinə çəkmək və ona ağır itkilər verdirmək məqsədi güdürdü. Bütün bunlardan sonra Türkiyədə yaşanacaq xaos ictimai şüuru da siyasi dəyişiklik üçün kökləyə və əsl çevriliş də bundan sonra baş verə bilər.

Ümid Özdağın bu maraqlı müsahibəsini Strateq.az oxucularına təqdim edirik:

 

– Biz sizinlə həmişə PKK və İŞİD terroru üzərindən Türkiyəni gözləyən risklərdən danışmışıq. FETÖ-dən belə bir təşəbbüs gözləyirdinizmi?

– Türkiyə Silahlı Qüvvələri (TSQ) içərisində çox güclü FETÖ qruplaşması olduğu bu mövzunu çox yaxşı bilən əsgər yoldaşlarım tərəfindən dilə gətirilirdi. Hətta “21. Yüzyıl Türkiye Enstitüsü”nün internet səhifəsinə bundan bir il əvvəl hərbi kəşfiyyat mənşəli bir hüquqşünas dostumuz FETÖ-çü çevriliş olacağıyla bağlı yazı qələmə almışdı. O gecə vurulan və yanındakı qoruması da şəhid edilən Terrorla Mübarizə Dairə başçısı Turqut Arslanla da zaman-zaman görüşər, bu barədə söhbət edərdik. O da cənub-şərqi Anadoluda FETÖ-çü generalların terrora qarşı təsirli mübarizə aparılmasına maneə törətdiyini demişdi. Bu səbəbdən TSQ-dan FETÖ-cü zabit və generalın atılacağını gözləyirdim. İşarə fişəyi 8 iyulda casusluq iddiasıyla İzmirdə açılan təxribatçı admiral və zabitlərlə əlaqədar istintaqın başlamasıyla atılmış oldu. Amma çevriliş olacağını gözləmirdim, doğrusu …

– Bu qədər xəbərdarlığa baxmayaraq, niyə gözləmirdiniz?

– Mən doktorluq və dosentlik işində hərbi çevriliş və müdaxilələri araşdıran, ali təhsil məktəblərində uzun illər Türkiyədə və dünyada baş vermiş hərbi çevrilişlərdən dərs deyən aliməm. Hərbi çevrilişlər siyasi, iqtisadi sabitsizlik mühitlərində, cəmiyyətin əhəmiyyətli hissəsinin məmnuniyyətsizliyi şəraitində baş verir. Halbuki son FETÖ-çü çevrilişin belə bir ictimai zəmini yox idi. FETÖ-ü çevriliş “saray dəyişikliyi” dediyimiz iqtidar elitası içərisində güc transferini qarşıya məqsəd qoyan tərzdə reallaşdırılmağa çalışıldı. Çevrilişlə əlaqədar daha sonra görüşdüyüm bir çox əsgər planın yaxşı tərtib olunduğunu, hər bir fərdə verilən vəzifənin diqqətə çarpan şəkildə təyin olunduğunu söylədi. Lakin yenə də məni narahat edən bəzi şeylər var. Məsələn, çevrilişə qatılan general, admiral və zabit sayı TSQ içindəki FETÖ-çülərin çox kiçik bir hissəsini təşkil edir.

– Bu nə anlama gəlir?

– Baş nazir 15 iyuldan sonra etdiyi çıxışlarının birində – ki, məncə, bu çıxışa ehtiyac yox idi, – FETÖ-çülərin TSQ-dəki polkovnik və üstrütbəli zabit nisbətinin 80% olduğunu söylədi. Generalların sayı zatən 300 qədər idi. 15 iyulda nəzarət altına alınan zabit sayı jandarmayla birlikdə 39 min idi. 80%-i rəqəm olaraq hesablayın: orduda nə qədər FETÖ-çü var? Yaxşı, niyə bütün FETÖ-cü zabitlər, 15 iyul gecəsi hadisələr başlayınca, silahlarını götürüb çölə çıxmadı? Üstəlik, 50 minə yaxın FETÖ-çü polisin olduğu bildirilir.

– Çox sayda nəzarət və həbs var. Buna baxmayaraq, hələ özlərini gizləməyi bacaran və hiyləgər planlarını davam etdirən FETÖ-çülərin olduğunu düşünürsünüz?

– Zənnimcə, Türkiyə siyasi, diplomatik, maliyyə və hərbi olaraq bir stabilsizləşdirilmə prosesinə soxulur. Əhəmiyyətli olan bu böyük qeyri-sabitlik nəticəsində gətirilmək istənilən şeyin nə olduğu… Məncə, Türkiyə vətəndaşlarında “demokratiya ilə bu işi həyata keçirmək olmaz" qəanəti yaradıb, xalqın bir hissəsində bu düşüncəni meydana gətirdikdən sonra ikinci bir FETÖ çevrilişi ola bilər. Hal-hazırda düşünülməzləri düşünməmizin lazım olduğu zamandan keçirik. Çünki qarşımızda çox güclü casusluq və terror şəbəkəsi var. Önümüzdəki 1 il çox kritik zaman kəsimidir. Baş nazirin yerində olsam, tankları Çankırıya göndərmək yerinə şəhərdə tutar, hərbi birliklərin başına etibarlı komandirləri, zabitləri gətirərdim.

“Fırat Qalxanı” əməliyyatı haqqında nə deyərdiniz? Bu əməliyyata TSQ-ın etibarını geri qazanma əməliyyatı da deyə bilərikmi?

-“Fırat” əməliyyatı Türkiyə üçün bir zərurətdir. Əks halda PKK Kürd Dağı bölgəsinə çatacaq, Türkiyəni Orta Şərqdən böyük ölçüdə qoparacaktı. Aralıq dənizinə çıxmaq üçün Hatay və Türkmən dağı bölgələrinə yönəlik böyük bir PKK hücumu başlayacaqdı. Cerablus əməliyyatının məqsədi bu hücumu dayandırmaq, “PKK-istan”ın qurulmasını əngəlləməkdir. Türk Ordusunun ağır travmadan keçdiyi bir mərhələdə dünyanın ən çətin coğrafiyasında bufer zona qurmaq xeyli çətin hərbi missiyadır. Üstəlik, qarşımızda PKK və İŞİD kimi müxtəlif əlaqələri olan iki terror təşkilatı var. Türk Ordusu qanla yuyunar, ancaq bu şəkildə FETÖ-nün vurduğu zərbənin təsirlərini qısa zamanda zəiflədə bilər. İndi Türkiyəyə yönəlik hesabları olanlar Suriyada Türk Ordusunu hədəf olaraq görəcəklər. Sanmayalım ki, ilk günlərdə olduğu kimi, proses çox asan keçəcək. Ayrıca, İŞİD və PKK Türkiyədə terror aktlarını artıracaq. Türk hərbi birliklərinin bölgəyə yerləşməsiylə birlikdə, türkmənlər kəndlərinə geri dönəcəklər və 500 minə yaxın türkmən bir araya gələcək. Bu addım Suriyanın ərazi bütövlüyünə töhfələr verəcək.

Tərcümə Strateq.az-a məxsusdur.