XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 19:24

Orta Asiya hakimiyyətlərində nəsil dəyişikliyi –SSRİ yetirmələri necə əvəzlənib?

F 

…SSRİ-nin keçmiş respublikalarının rəhbərlərindən yalnız Qazaxıstan prezidenti Nursultan Nazarbayev hakimiyyətdə qaldı. Tarix durmadan irəliləyir və Özbəkistan prezidenti İslam Kərimovun getməsi ilə 20 illik suveren idarəetmədən sonra Orta Asiya respublikalarında hakimiyyətdə nəsil dəyişikliyi artıq başa çatmaq üzrədir.

İlk dəyişiklik Qırğızstanda baş verdi. 11 aprel 2005-ci ildə parlament prezident Əsgər Akayevin istefasını qəbul etdi. Bundan əvvəl 24 mart 2005-ci ildə Akayev hakimiyyətinə qarşı etiraz edən kütlə prezident adminstrasiyasını mühasirəyə almışdı. Akayev isə ölkədən qaçaraq Qazaxıstana gəlmişdi. Bundan sonra isə Belarus prezidenti Lukaşenko onun və ailəsinin Minskə gətirilməsi üçün prezident təyyarəsi göndərmişdi. Akayev 1990-2005-ci illərdə Qırğızıstana rəhbərlik etmişdi. Beləliklə, 46 yaşında hakimiyyətə gələn Akayev 15 il hakimiyyətdə qaldıqdan sonra 61 yaşında prezident kürsüsünü tərk etməli oldu.

Akayevin istefasından 1 il  8 ay sonra 1990-cı ilin yanvarından Türkmənistana rəhbərlik edən Saparmurat Niyazov (Türkmənbaşı) 21 dekabr 2006-cı ildə vəfat etdi.  S.Niyazov 1990-cı ildə Türkmənistan SSR Ali Sovetinin sədri, 27 oktaybr 1990-cı ildə Türkmənistan Respublikasının prezidenti,  2003-cü ildə isə Türkmənistan Xalq Şurasının ömürlük sədri seçilmişdi.  50 yaşında ölkənin birinci şəxsinə çevrilən Niyazov 16 il Türkmənistana rəhbərlik etdi və 66 yaşında dünyasını dəyişdi.

İslam Kərimov isə 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.  O, 27 il əvvəl Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi vəzifəsinə, 24 mart 1990-cı ildə isə Özbəkistan Respublikası prezidenti postuna seçilmişdi.  2002-ci ildə keçirilən referendumda prezidentlik müddəti 5 ildən 7 ilə artırılmışdı. 23 dekabr 2007-ci il və 29 mart 2015-ci il prezident seçkilərində İ.Kərimov qalib gələrək prezident seçilmişdi…

Akayevdən sonra Qırğızıstana Bakiyev, Roza Otunbayeva rəhbərlik edib. Hazırda isə 31 dekbar 2011-ci ildən bəri Almazbəy Atambayev rəhbərlik edir.  

Türkmənbaşıdan sonra hakimiyyətə 49 yaşlı Qurbanqulu Berdiməhəmmədov gəldi. 14 fevral 2007-ci ildə Türkmənistan prezidenti seçildi.  O, 2001-ci ildən həm də  Nazirlər Kabinetinin sədri postunu tutan S.Niyazovun müavini vəzifəsində işləyirdi.

Hazırda Qazaxıstana 1989-cu ildən bəri 76 yaşlı Nursultan Nazarbayev, Tacikistana isə 1994-cü ildən bəri 64 yaşlı Emoməli Rəhmon rəhbərlik edir.

Sovet İttifaqı dağıldıqdan sonra keçmiş SSRİ-nin Orta Asiya respublikalarında sovet nomenklaturasının yetirmələri hakimiyyətə gəldilər.  Akayev və Türkmənabaşını da  hakim elitanın təmsilçiləri əvəzlədilər. Otunbayeva Qırğıztanın ilk xarici işlər naziri olmuşdu.  Atambayev isə prezident seçilməmişdən əvvəl iki dəfə Baş nazir postunu tutumuşdu.

Türkmənbaşını isə səhiyyə naziri postunu tutmuş, sonra Nazirlər Kabinetində 5 il Niyazovun müavini işləmiş Berdiməhəmmədov əvəzlədi.

Hazırda Orta Asiya respublikaları üçün daxili və xarici siyasətdə son 20 ildəki  status-kvonu saxlamaq prioritetdir. Bu ölkələr Rusiya, Çin və ABŞ-ın maraqlarının kəsişməsində yerləşir və onlar üçün bu maraqları tarazlaşdırmaq və daxili sabitliyi təmin etmək çox vacibir. Moskva, Pekin, yaxud Vaşinqton üçün də indiki məqamda bu, çox əhəmiyyətlidir. Bu respublikalarda radikal dini qüvvələrin baş qaldırması ehtimalı çox yüksəkdir və bu baxımdan hakim elitanın sərt idarəçiliyi təmkinlə qarşılanır.

Qırğızıstanda 2005-ci ildəki “rəngli inqilab” isə uğursuz eksperiment oldu. Bir neçə illik ABŞ-la yaxınlaşmadan sonra Bişkek yenidən ənənəvi xarici siyasət kursuna qayıtdı və ölkə ərazisindəki ABŞ hərbi bazası bağlandı.  2005-ci il “rəngli inqilab”ı Qırğızıstana iqtisadi və sosal inkişaf baxımdan elə də çox nailiyyət qazandırmadı və hazırda ölkə 9 il əvvəlki vəziyyətindən elə də uzağa gedə bilməyib.  

Orta Asiya respublikalarında hakimiyyətin ötürülməsi də yuxarıda qeyd etdiyimiz məsələlər prizmasından qiymətləndirilir və adətən, hakim elitada konsensusa nail ola bilən namizədin birinci şəxs statusu alması problemə çevrilmir.

Özbəkistan da istisna deyil və böyük ehtimalla, hakim elitanın seçimi ölkə xaricində də dəstək alacaq.

 

Zaur İBRAHİMLİ

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə