XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 19:12

Kərimovsuz “Daşkənd triumviratı”:Kobud Şövkət, çekist İnoyatov və liberal Azimov - TƏHLİL

kerimov

Pyotr Boloqov,

Beynəlxalq icmalçı

“Московский Центр Карнеги”

 

Ötən illər ərzində prezident İslam Kərimovun ölüm xəbəri bir neçə dəfə yayılsa da, hər dəfə yalan çıxıb. Amma bu dəfə, deyəsən, vəziyyət çox ciddidir: Prezidentin ağır vəziyyətdə olması rəsmən təsdiqlənib, onun tam formada ölkənin idarəetməsinə qayıdışı, çətin ki, baş tutsun.  

Buradan da ölkənin gələcək taleyi barədə spekulyasiyalar baş qaldırır. Bütün proqnozlar Özbəkistan üçün xoş heç nə vəd etmir. Bu ölüm dini radikalizm, etnik münaqişələr, hakimiyyət klanlarının qarşıdurması, hətta vətəndaş müharibəsi təhlükəsi vəd edir.  

Gələcək Özbəkistan barədə fikir söyləmək mümkün deyil. Burada həyat səviyyəsi həmişə aşağı, etiraz və siyasətdə iştirak etmək isə minmimum olub. 2005-ci ildə Əndicandakı qanlı hadisələrdən sonra ölkədə nisbi sakitlik hökm sürüb. Bu sabitiliyin davamlı olacağı isə Kərimovun varisini seçəcəyi siyasətdən çox asılı olacaq. Bunu başa düşmək üçün isə kimlərin hansı şanslarla prezident kreslosuna iddia etməsini bilmək lazımdır.

Bunu özbək elitasının qapalı olması səbəbindən müəyyən etmək çox çətindir. İnformasiya qıtlığının səviyyəsini göstərmək üçün bir epizodu demək olar: 2003-cü ildən baş nazir olan Şavkat Mirziyayevin fotosu yalnız 3 il əvvəl KİV-də nümayiş olunub.  

Buna baxmayaraq, ölkənin ali hakimiyyətinə iddialı olan şəxslərin adlarını cızmaq olar. Bunlar 3 nəfərdir: Baş nazir Şavkat Mirziyayev, maliyyə naziri Rustam Azimov və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rustam İnoyatov.

Birinci iki nəfərə növbəti prezident seçkilərində namizəd kimi baxılsa da, İnoyatov “boz kardinal”  kimi təcəssüm olunur.

 

 “Çekist”

inoyotov01

İnoyatov 1944-cü ildə Surxandərə vilayətində anadan olub. Daşkənd Unversitetinin şərqşünaslıq fakultəsini “iranşünaslıq” üzrə bitirib. Fars, rus, ingilis dillərində sərbəst danışır. Orduda qulluq edərkən, DTK-ya daxil olub. 1995-ci ildən Özbəkistan MTX-nin rəhbərlik edir.

İnoyatovun karyerasında əhəmiyyətli dəyişiklik Əndican hadisələri zamanı yaranıb. Kütləvi iğtişaşları yatıran Daşkənd bununla Qərbin ciddi etirazı ilə qarşılaşdı. Bundan sonra Kərimov üzünü Kremlə tərəf tutdu. Baş vermiş hadisələr Özbəkistanın daxili işlər naziri Zakir Almatovu bütün güc nazirlikləri üzərində əsas şəxsə çevirmişdi. İnoyatov isə onunla daima rəqabət aparırdı. DİN rəhbəri "Səmərqənd klanı"nı, İnoyatov isə "Daşkənd klanı"nı təmsil edirdi. 10 il əvvəl Özbəkistanda elitalar arasında daxili çəkişmələrdə regional faktor hələ öz əhəmiyyətini saxlamışdı. Bu gün isə bunu demək olmaz: indi hər şeyi biznes maraqları və qohumluq münasibətləri həll edir.

Əndican hadisələrindən sonra Almatovu ordenlə təltif edib təqaüdə yola saldılar. Lakin onun yerini yenə səmərqəndli olan Bahodir Mətləbov tutdu. İnoyatov öz adamı olan Ədhəm Əhmədbəyevi DİN-ə rəhbər gətirmək üçün 7 il gözləməli oldu. Nəticədə bu gün İnoyatov bütün əsas güc nazirliklərinə nəzarət edir. Müdafiə naziri Kabul Berdiyev ambisiyasız adamdır, odur ki, onun İnoyatova rəqib çıxacağı ehtimal olunmur.

Bundan əlavə, MTX-nin hər vəziyyət üçün öz ordusu var. Bura ən döyüş qabiliyyətli hissələr daxildir: 5000 nəfərlik xüsusi təyinatlı çevik briqada, Termez donanmasının daxil olduğu sərhəd qoşunu, xüsusi təyinatlı “S” və “OK Daşkənd” dəstəsi daxildir. Demək olar ki, İnoyatov özünün prezident aparatındakı adamları ilə region rəhbərlərinə və nazirliklərə tam nəzarəti əldə saxlayır.

Onun hüdudsuz hakimiyyətini göstərən bir məsələ prezidentin qızı Gülnarə Kərimovanı ev həbsinə salması idi. Gülnarənin təqibini məhz MTX aparmışdı.

İnoyatov 20 ildir Kərimovun yaxın ətrafında olsa da, onun fəaliyyəti çox az görünür. Onun fotoşəkli geniş kütlələrə yalnız 2014-cü ildə Çinə səfəri zamanı bəlli oldu. Çin KİV-ləri İnoyatovun görüşünün fotosunu yaydılar.

Aparat məmuru 

sahvkat

Ölkəyə rəhbərlik etmək üçün ən çox şanslı sayılan 59 yaşlı baş nazir Şavkat Mirziyayevi Özbəkistanda sevmirlər. Səmərqənd hakimindən baş nazir postuna gələn Şavkat pambıq yığımına cavabdeh olub. Bu sahə yaxın illərə qədər ən ağır və hətta uşaqların kütləvi şəkildə yığıma məcburi cəlb edildiyi bir sahə olub.  

Mirziyayev kobud adam kimi tanınır. Öz tabeçiliyndə işləyənlərə əl qaldırmaq, döymək onun üçün adi işdir. Hüquq müdafiəçilərinin məlumatına görə, o, Cizak vilayətinin hakimi işlədiyi zaman yağışlı havada tələbələri pambıq sahəsinə çıxarmaqdan imtina edən ali məktəb müəllimini ölənə qədər döyümüşdü. Müəllim xəstəxanada keçinmişdi. Bir vaxtlar Mirziyayevin qohumluq əlaqələri bir sıra KİV-lərə onu “rusmeyilli siyasətçi” olması adlandırmasına da yol açmışdı. Məsələ bundadır ki, Mirziyayevin qardaşı qızı rusiyalı özbək əsilli milyarder Alişir Usmanovun qardaşı oğlu və onun varisi sayılan  Babur Usmanova ərə getmişdi. Lakin bir neçə il əvvəl Babur Daşkənddə avtomobil qəzasında həlak oldu. Odur ki, indi “rusyönümlü siyasətçi” söz kifayət qədər şərti sayıla bilər. Lakin “sui-qəsd nəzəriyyəsi”nin tərəfdarları deyirlər ki, məhz Kərimovun tapşırğı ilə Babur aradan götürülüb. Kərimov Mirziyayevin rus biznes elitası ilə yaxınlaşmasından və ona hakimiyyətə gəlmək üçün dəstək verilə biləcəyindən qorxub.   

Məlumatlara görə, Mirziyayev təkcə Kərimovla yox, onun ailə üzvləri ilə də yaxındır. MTX sədri İnoyotov ilə onu təkcə “saray qulluğu” deyil, həm də biznes maraqları birlşədirir. Məlumdur ki, İnoyotvla əlaqələri Şövkət hələ Daşkəndin Mirzə Uluqbəy rayonunun hakimi vəzifəsində işləyərkən yaranıb. Sonradan Mirziyayev MTX-nın xidmətlərindən istifadə edərək özünün ailə kapitalını xaricə çıxara bilib.

Maliyyəçi

azimov

Məşhur özbək alimi Sodiq Azimovun oğlu olan maliyyə naziri Rüstəm Azimov öz əmək fəaliyyətinə “Foton” zavodunda başlayıb. Daha sonra komsomol və partiya işində çalışıb. SSRİ dağılan ərəfədə o, artıq Özbəksitanın ilk özəl bankı olan “İpak Yuli” ("İpək Yolu") bankının idarə heyətinin sədri idi. Daşkənd Unversitetinin tarix fakultəsini bitirən Azimov daha sonra Oksfordda magistraturda  oxuyub. Magistraturanı bitirdikdən sonra o, hökumətin ən yüksək təhsilli şəxsi olaraq, 1998-ci ildə maliyyə naziri təyin olunub. Bazar mexanizmlərini yaxşı bilən Azimov tezliklə karyera quraraq yaxşı biznesmenə və Kərimovun sadiq komanda yoldaşına çevrildi.

Özbək cəmiyyətinin və emiqrant dairələrində Azimov nədənsə liberal şəxs kimi tanınır. Halbuki o, digər özbək rəhbərlərindən fərqlənmir. Onun belə qəbul olunmasına görünür fəaliyyəti səbəb olub. O, Mirziyayev kimi ölkədə fərqli düşünənlərin təqib olunmasında iştirak etməyib, pambıq sahələrində kütləvi katorqa rejiminin qurulmasında əli yoxdur.

Digər tərəfdən ölkənin maliyyə sistemi Azimovun vaxtında tam yararsız olub. Son illərin total valyuta defisitini göstərmək olar. Azimov da prezidentin qızı Gülnarə Kərimova ilə qalmaqalda olub. 2013-cü ilin yazında Gülnarə fəal şəkildə maliyyə nazirini tənqid etməyə başladı. Özünün tvitterində Gulnarə, Azimovu “dələduz” adlandırdı və yazdı ki, “yaxşı sxem quran və pulu lapatka ilə yığan” Əzimovun 4 milyard dollar pulu var. Bu isə Mirziyayevin 2 milyard dollarından çox idi.

Məhz Azimova hucumdan sonra Gülnarə xüsusi xidmət tərəfindən təzyiqlərə məruz qaldı. Bunu MTX rəhbəri ilə maliyyə nazirinin razılaşmada olduğunu göstərən bir detal kimi qeyd etmək olar. Təsadüfi deyil ki, prezidentin ölüm xəbərindən sonra Azimovun həbs olunması xəbəri yayıldı. Xəbərin dərhal təkzib olunması onu göstərdi ki, İnoyatov və Azimov arasında rəqabətin olması barədə deyilənlər uydurmadır. Onların həmçinin prezidentin kiçik qızı Lola Kərimova ilə də yaxşı biznes əlaqələri var. Kərimovanın biznes imperyası MTX sədrinə məxsus olan “Asia Аlliance Bank”la sıx şəkildə işləyir. Bu bank isə öz növbəsində Özbəkistandan valyuta çıxararaq Azimova məxsus “Uzbekinvest” investisiya şirkətinin əli ilə çirkli pulları “yuyur”.  

Bütün bunları nəzərə aldıqda İnoyatov, Mirziyayev və Azimovdan ibarət “üçlüy”ün tam tablosu üzə çıxır.

Hazırda Özbəkistanda Təhlükəsizlik Xidmətinin rəhbəri İnoyatov, baş nazir Mirziyayev və maliyyə naziri Azimovdan ibarət "triumvirat"ın ilkin cizgiləri görünməkdədir. Onlar üç əsas istiqamətin göstəriciləridir: təhlükəsizlik, daxili və xarici siyasət, iqtisadiyyat. 

Prezident kürsüsündə kimin oturacağı isə başqa məsələsidr. Bu “üçlük” bu məsələni öz aralarında razılaşdırmalıdır. Ola bilsin, bu “üçlük”dən kimsə artıq olsun və triumvirat tandemə çevrilsin.

Prezident İslam Kərimovun xəstəliyi ilə bağlı rəsmi məlumatdan sonra yaranan pauza onu göstərir ki, Özbəkistanda prezident postu uğrunda ciddi mübarizə gedir.   

Tərcumə Strateq.az-ındır