XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2016 - 16:45

“Xilafət ordusu” Orta Asiyaya gəlir:Rusiya və Çin bu təhlükəyə qarşı birləşə biləcəkmi? – TƏHLİL

asiya esas

 

Fyodr LUKYANOV,

Rusiyanın ValdayBeynəlxalq disskusiya klubunun elmi direktoru 

“Forbes” jurnalı

 

SSRİ-nin suqutundan sonra Orta Asiya heç vaxt rus siyasəti üçün ciddi prioritet olmayıb. Hətta Qazaxstan prezidenti Nursultan Nazarbayevin Avrasiya İttifaqı təklifi Rusiyanın maraq göstərmədiyinə görə, 17 il havadan asılı qaldı. Son beş ildə məsələyə yanaşmanın dəyişməsi dünya siyasətinin cənuba və şərqə doğru hərəkət etməsi ilə bağlıdır. Çinin yüksəlişi, islam təməlçiliyi dalğası, regional qüdrətə malik dövlətlərin möhkəmlənməsi (Türkiyə, İran) Orta Asiyanı “arxa bağçadan” qabağa çıxardıb.

Ukraynanın itirilməsi Rusiyanı Nazarbayevin köhnə ideyasından yapışmağa məcbur etdi. Mərkəzi Asiya regionu bundan sonra tez-tez KİV-in baş xəbərlərinə çevriləcək. Burada sosial – siyasi sabitlik çat verməkdədir. İyun ayında Qazaxıstanın Aktoba şəhərində (Rusiyanın Orenburq şəhərindən 300 km uzaq) hərbi qarnizona və silah mağazasına kütləvi hücum, ondan bir ay əvvəl torpaq problemi ilə bağlı kütləvi etiraz aksiyası bu keyfiyyət dəyişikliyinin göstəricisidir.

Neftin qiymətinin düşməsi Rusiyaya, Qazaxstana zərbə vurdu.  Qırğızıstan, Özbəkistan və Tacikstan isə vətəndaşları kütləvi şəkildə bu iki ölkədə əmək miqrantları kimi çalışdığı üçün Rusiya və Qazaxıstandan asılıdırlar. Gələcək üçün qeyri-müəyyənlik daha kəskin formada özünü göstərir. Nə Astanada, nə də Daşkənddə varis və varislik mexanizmi yoxdur.

Regionun kütləvi antihökumət aksiyalarının yatırılması üçün (Əndican 2005)  sərt avtoritar üsul-idarədən bir az yumşaq idarəyə keçid (Türkmənistan 2007), rejim süqutundan sonra idarəetmənin yenidən bərpası (Qırğızstan 2005, 2010), hətta vətəndaş müharibəsindən sonra dövlət quruculuğuna keçid (Tacikstan) təcrübəsi olub. Lakin indi vəziyyət başqadır. Bir çox təhlilçilərin fikrincə, “ərəb baharı”nın təkrarlanması üçün şərait yetişib. Ekspertlər hesab edir ki, Mərkəzi Asiya xilafət tərəfdarları üçün Liviyadan daha perspektivli görünə bilər.   

Moskva, görünür, cənubda Əfqanıstandan keçməklə baş qaldıra biləcək sabitsizlik riskindən narahatdır. Bu təhlükənin qarşısını necə almağın yolları isə bəlli deyil. Hərbi alyans olan Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı (KTMT) xaricdən olacaq təhlükəyə qarşı müdafiəni nəzərdə tutur. Lakin daxili sosial-iqtisadi partlayış nəticəsində dini moizəçilərin və silahlı dəstələrin kütləvi hücumu ilə bağlı mümkün ssenari necə olsun? Düşənbə və Bişkekdə bayrama yığşan gənclər böhranı alovlandıra biləcək kütləyə çevrilə bilər. O zaman çətin ki, Rusiya ordusu, yaxud KTMT-nin hərbi qüvvələri suveren ölkənin daxilində baş verən kütləvi iğtişaşları yatırmaqla məşğul olsun.

2013-cü ildən etibarən, “oyun meydanında” yeni oyunçu peyda olub: Çin. Si Szinpinin İpək Yolu İqtisadi qurşağının yaradılması ilə bağlı təşəbbüsü region infrastrukturuna böyük miqyasda investisiya yatırmağı nəzədə tutur. Amma Çinin beynəlxalq aləmdə sürətlə yüksəlişinə baxmayaraq, o, təhlükəziliyin təmin olunması ilə bağlı istənilən tədbirlərdən “oddan qaçan kimi qaçır”. Odur ki, Rusiya üçün bu planda alternativ yoxdur.

Təhlilçilərin yekdil fikri budur ki, Moskva və Pekinin Mərkəzi Asiyada üz-üzə gəlməsi labüddür. Rusiyanın, guya, Çinə “arxa plan” kimi baxmağa öyrəşməsi, Çin nufuzunun artmasına göz yumacağına dözəcəyi barədə şərhləri bir yana atmaq lazımdır. Bu olmayacaq. Amma sağlam məntiqlə düşünsək, rəqabət üçün də heç nə yoxdur. Bu regionda əsas problem – inkişafda gerilikdir. Bu isə dediyimiz təhlükələri artırır. İnkişaf isə böyük investisiyalar olmadan mümkün deyil. Bu investisiyalara isə təhlükəsizlik qarantı vacibdir. Çində pul var, Rusiyada isə hərbi-siyasi resurs… Bunların heç biri ayrılıqda işləmir, birlikdə olsalar, bu şansdır.  

Mərkəzi Asiya Moskvanın müasir dünyanın quruluşu ilə üst-üstə düşəcək yeni davranış modelini sınaqdan çıxara biləcək poliqonu ola bilər. Rusiya imperiya variantına öyrəşib – Ekskluziv nəzarət və digər böyük dövlətləri regiona buraxmamaq! Amma  bir-biri ilə bağlı, iç-içə  olan qrupların mövcud olduğu  bu günkü dünyada eksklüziv hüquqa iddia etmək səmərəli deyil. Nəhəng dövlətlər məsuliyyəti bölməyə, xırdalar isə imkanlardan daha çox istifadə etməyə can atırlar. Qərblə Rusiya arasında qarşılıqlı anlaşma mümkün olmadı, Çinlə hələlik mənfi təcrübə yoxdur. Əvəzində razılaşmaq üçün böyük maraq var. Mərkəzi Asiya belə razılaşma üçün ən təbii predmetdir.

 

Tərcümə Strateq.az- a aiddir