XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 18:07

Tacik xüsusi təyinatlı komandirin İŞİD rəhbərliyinə gətirilməsinin sirri:Orta Asiya dövlətlərini bu ad silkələyəcək - Təhlil

tacik-gulmurad-1

Albert Narışkin

Politrussia.com, 07.09.2016

 

Tacik fərari, Tacikistan Daxili İşlər Nazirliyinin keçmiş polkovniki və respublika OMON-unun keçmiş rəisi, İŞİD-in tərəfinə keçmiş Gülmurad Həlimovun Suriyada bu yaxınlarda aviazərbə ilə öldürülmüş Əbu Ömər əş-Şişaninin əvəzinə “hərb naziri” təyin edilməsi haqda xəbər fəal şəkildə müzakirə olunur.

Bu hadisənin hansı nəticələri ola bilər? İŞİD-in güclənəcəyi, yaxud onun döyüş dəstələrinə indi mütəxəssisin komandirlik etdiyi ilə bağlı daha təkmil əməliyyatlar gözləmək lazım gəlirmi?

 

Terrorçu olmuş Tacikistan "omon"çusu

 

Gülmurad Həlimov 1975-ci ildə Tacikistanda anadan olub – deməli,  sovet dövründə orta məktəbdə idi: 1991-ci ildə Sovet İttifaqı dağılarkən  cəmi 16 yaşı var idi. O, OMON-da sıravi döyüşçü kimi döyüşməyə yalnız 1997-ci ildə gəlib. Yəni sovet hərbi hazırlığından danışmaq lazım gəlmir. O, Orta Asiyada bütün “rəngli inqilablar”ın baş verdiyi dönəmlərin OMON-unun təmsilçisidir. Və onun  polkovnik rütbəsinə qədər xidmət etməsi və respublika OMON-una başçı olması faktı daha çox Həlimovun siyasi bacarığından xəbər verir.

DTK-nın istefaya çıxmış polkovniki Sergey Şestov İŞİD-in yeni hərbi rəisini bu cür səciyyələndirib: “Həlimovun hazırlığı Şərq tənbəlliyinə bağlıdır. Ondan superhərbçi, rəhbər, yaxud sərkərdə düzəldiblər. Nəzəri biliklərdə xüsusən axsayır. Həlimovun xüsusi nüfuzu yoxdur. O, daha çox leybl kimi lazımdır ki, guya, keçmiş SSRİ-nin müsəlmanları İslam ideyası uğrunda döyüşməyə gəliblər. Onlar orada indi külli miqdardadır. Dağılmış SSRİ-nin ölkələri ən əlverişli ərazidir, orada hökumətdən narazı xeyli adam yaşayır. Onlar mürtəce müsəlmanlıq üçün sərfəli hədəfdir və bundan da qorxmaq lazımdır”.

Polkovnik iki əsas məqamı göstərir. Həe şeydən əvvəl, Həlimov hərbi mütəxəssis kimi, xüsusi təhlükə təşkil etmir, çünki məhz irimiqyaslı hərbi əməliyyatların aparılmasını heç vaxt öyrənməyib. Lakin bununla belə, İŞİD-in təkcə Taciksitanda deyil, həm də bütün Orta Asiya üzrə öz sıralarına yeni adamlar cəlb etmək üçün fəal şəkildə istifadə edəcəyi rəmz kimi təhlükəlidir. O, faktiki olaraq, İŞİD-in müdafiə naziri olub! Şestovun haqlı qeyd etdiyi kimi, “bundan qorxmaq lazımdır”.

Həlimovun peşəkarlıq bacarığına qalınca, onun həqiqətən də lovğalanmağa heç nəyi yoxdur. Xüsusən də bu faktı nəzərə almaq lazımdır ki, İŞİD ordusunda professional şəklildə hazırlanmış, sadəcə, hərb elminin bütün təcrübəsindən keçməmiş, həm də bölgənin özəllik və çalarlarından yaxşı baş çıxardan zabitlər onsuz da kifayət qədərdir.

Dəqiqləşdirməyinə dəyər ki, Həlimov Rusiyada hərbi hazırlıq deyil, təcrübə keçib – həm də konkret olaraq onun OMON-dakı xidmət xətti üzrə. Amma ABŞ-da təlim keçmək isə tam başqa əhvalatdır. O, orada Dövlət Departamentinin hərbi məşq proqramlarında iştirak edib ki, bunu Amerika müəssisəsinin özü də təsdiqləyir. Dövlət Departamentinin məlumatına görə, Həlimov bu kurslarda teraktların qarşısnı almaq və dəf edilməsini öyrənib. Halimovun özü etiraf edib ki, ABŞ-a üç dəfə səfər edib, həmçinin "Blackwater" özəl şirkətində hərbi təlim keçib.  

Sual doğur: ABŞ-da terrorizmə qarşı fəaliyyətdə nəyi öyrədiblər ki, o, həmin bu terrorçuların yanına qaçıb? Bu cür insidentlər deyilmiş versiyanı təsdiqləyir ki, ABŞ-ın İŞİD-də adamları çoxdur – həm də önəmli rollarda.

Medalın başqa üzü də var – qismən az qalmaqallı, o qədər də maraqlı olmayan, lakin gerçək təhlükə ifadə edən tərəfi. Bu, İŞİD-in fəaliyyətinin ən mühüm tərkib hissəsidir – yeni tərəfdarların ələ alınması və radikal islamçı özəklər vasitəsilə İŞİD-in gəlmək niyyətində olduğu ölkələrdə dövlət hakimiyyətinin “çalxalanması”. O, bununla məşhurdur ki, hazırlanmamış bölgələrdə kavaler hücumuna heç vaxt atılmır. Əvvəlcə orada fəaliyyətdə olan hökumətin nüfuzdan salınması və ictimai əhvalın radikallaşdırılması uzun müddət və diqqətlə həyata keçirilir.  “Ümumdünya xilafəti” artıq bu dalğada yeni ölkəyə gəlir.

 

Təşviqat və təbliğat

 

Və bu məqamda hətta Həlimovdan deyil, onun sələfindən – Ömər əş-Şişanidən (Tarxan Batiraşvili və yaxud çeçen Ömər) başlamağına dəyər. Tarxan Batiraşvili də heç bir məxsusi biliyə sahib deyildi və hərb elmindən baş çıxartmırdı.

Həlimov öz sələfinin taleyini xeyli dərəcədə təkrar edir. İŞİD-in indi yeni planı var – Əfqanıstanı ələ keçirməyə və Mərkləzi Asiyaya sızmağa hazırlaşır. Buna görə də “hərb naziri” Həlimov – əl-Taciki olub. Lakin bu dəfə təmtəraqlı media effekti ilə daha yaxşı hazırlanmış ssenari görürük.

2015-ci ilin mayında sosial şəbəkələrdə “Furat” media mərkəzinin İŞİD-in tərəfinə keçdiyini bildirən Həlimovun rus dilində müraciəti ilə videosu göründü. O, Tacikistan hökumətini müsəlmanları ləkələmək və sıxışdlırmaqda ittiham edirdi. Həmçinin Rusiyadakı əmək mühacirlərini “kafirlərin köləsi” deyil, “Allahın qulu” olmaq, cihada qoşulmaq və İŞİD-ə üz tutmağa çağırırdı.

Həlimov bundan sonra öz arvadları və bəzi övladlarını səliqəli şəkildə İŞİD-in nəzarətində olan əraziyə keçirir. Vətəndə Həlimovun özünə qarşı dövlətə xəyanət, cinayətkar icmada və başqa dövlətlərdəki münaqişələrdə qanunsuz iştirak maddələri üzrə cinayət işi qaldırılır. Həlimov polkovnik rütbəsi ilə Ədliyyə Nazirliyində işləyən öz doğma qardaşı Səidmurad Həlimovun qayıtmaq və məhkəmə qarşısında durmaq xahişinə cavab verib ki, qardaşı onun əleyhinə çıxsa və “kafir” olsa, onun başını kəsəcək.

Hökumət həmçinin Həlimovun İŞİD-ə getmiş, Gömrük Xidmətinin mətbuat xidmətinin rəisi, ikinci arvadına qarşı da cinayət işi qaldırıb. ABŞ hökuməti avqustun 30-da Həlimovun yeri haqda məlumat verənə 3 milyon dollar mükafat elan edib. Dövlət Departamenti onu İŞİD-in "açar lider"lərindən biri adlandırıb.

2015-ci ilin mayında internetdə təbliğat videoçarxı yayıldı – Həlimov bildirib ki, Suriyaya döyüşməyə gedir və ABŞ, Rusiya, Tacikistan hökumətləri ilə silahlı mübarizəyə çağırır.

Tacikistan hökuməti iyunda Həlimovu dövlətə xəyanətdə ittiham edərək beynəlxalq axtarış elan edib. ABŞ 2015-ci ilin sentyabrında beynəlxalq terrorçu kimi Həlimova qarşı sanksiyalar tətbiq edib. BMT də terrorçuya qarşı sanksiyalar tətbiq edib.

Ən maraqlısı sonra başlanır: "Reuters"in məlumatına görə, iyunun 5-6-da Tacikistan güc strukturlarının təmsilçilərinə, guya, Həlimovdan SMS məlumatlar gəlməyə başlayıb: o, “Tacikistanı müstəqilliyin 25 illiyi münasibətilə təbrik etmək” hədəsi edib. Agentlik bu zaman qeyd edib ki, SMS-lərin göndərilməsi Tacikistan müdafiə nazirinin sabiq müavini Əbdülhəlim Nazarzodanın təşkil etdiyi hərbi çevriliş cəhdinin ildönümü ilə üst-üstə düşüb. Qiyam boğulmuş, rəhbəri isə həbsə cəhd zamanı həlak olmuşdu. Prezident İmomali Rahmon qiyam cəhdinə görə yerli islamçıları ittiham etmişdi.

Tacikistanın hüquq-mühafizə qurumları Həlimovdan hədə daxil olduğu faktını təkzib edib. Lakin Həlimovun “hərb naziri” kimi seçilməsi də, bu cür hərəkətlər də analitiklərin uzun aylar ərzində əvvəlcədən dediyi, indi isə artıq rəsmən sübut edilmiş sayılan fikirləri olduqca aydın şəkildə təsdiq edir: İŞİD Orta Asiya istiqamətində dönüş edir və orada zərbə endirməyə hazırlaşır. Söhbət, ən azı, hələlik hərbi əməliyyatlardan getmir. İŞİD bu cür işləmir. O, əvvəlcə ölkədə durumu sabitsizləşdirir, rəsmi rəhbərliyə inamsızlıq yetişdirir və islamçı gizli fəaliyyəti fəal şəkildə hazırlayır ki, sosial partlayış anında bu dalğanı ələ keçirtsin.

Və bu mənada Həlimovdan heç bir peşəkar bacarıq, fəal hərəkət tələb olunmur – sadəcə, onun varlığı yetərlidir. O, Orta Asiya dövlətlərinin əksər sakinləri üçün hərfi mənada bayraq olacaq. Həm də təkcə Tacikistan üçün deyil, digər keçmiş sovet republikaları üçün. Bu, həmçinin hazırda Tacikistandakından çox tacikin yaşadığı Əfqanıstanda İŞİD-in nüfuz uğrunda apardığı mübarizədə də faydalı olacaq.   

 

Həlimov – İŞİD-in Orta Asiyaya dönüş rəmzidir

 

Beləliklə, Həlimovdan qaynaqlanan təhlükədən danışanlar eyni zamanda həm haqlı, həm də haqsızdırlar. Təhlükə həqiqətən qaynaqlanır, lakin bu məqamda məsələ Həlimovda deyil – ondan ümumən heç nə, hətta sağ qalmaq da tələb olunmur, lakin sağ qalması olduqca yaxşı olardı və onu ciddi-cəhdlə gizlədəcəklər. Yaraqlılar qorxurlar ki, Həlimov aviazərbənin hədəfi olar. İŞİD-in bütün liderləri gizli həyat tərzi keçirir, üzə çıxarılaraq məhv edilmək əndişəsinə görə adam içinə az-az çıxırlar. Lakin əsil təhlükəni İŞİD təbliğatçılarının kor etdiyi və Orta Asiyada onun sayəsində xeyli asanlıqla yeni adamlar topladıqları Həlimovun obrazı təmsil edir.

 

Tərcümə Strateq.az-ındır.