XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

09 Sentyabr 2016 - 12:49

Əfqanıstan prezidentinin azərbaycanlı qatilləri… –"Fırtına-333" əməliyyatı

qromiko-emin

1979-cu ilin dekabrında Əfqanıstan prezidentinin “Tac-Bəy” iqamətgahına silahlı hücum baş verdi. Dövlət başçısı Hafizullah Əmin öldürüldü.

Strateq.az tarixi mənbələrə istinadən xəbər verir ki, qətlə yetirilənlər arasında prezidentin iki azyaşlı oğlu da vardı. Onları sonradan adsız məzarlarda dəfn etdilər. Prezidentin hücum zamanı sağ qalan arvadı və qızı bir müddət Kabil həbsxanasında saxlanıldı. Lakin sonradan onlar SSRİ-yə üz tutdular.

Sovet ordusunun Əfqanıstana müdaxiləsindən azca əvvəl baş vermiş bu hadisədə azərbaycanlıların iştirakı barədə ümumiyyətlə danışılmayıb. Uzun illər bu fakt KQB arxivlərində, necə deyərlər, toz udub.

“Fırtına-333” əməliyyatı tam məxfilik şəraitində hazırlanmışdı. Prezident H.Əminin iqamətgahına həmlə üçün sovet hökumətinin öz məntiqinə görə səbəbləri vardı.

Üzdə SSRİ-ni dəstəkləyən əfqan dövlət başçısı ölkədə avtoritar hakimiyyət yaradır, müxaliflərini, o cümlədən sələfi N.Tərakini, bir-bir aradan götürür və Qərblə gizlicə anlaşırdı.

qromiko-emin

SSRİ xarici işlər naziri Qromıko ilə görüşən H.Əmin (Fotoda sağda)

Göz görə-görə Əfqanıstanın əldən çıxması faktı qarşısında qalmış sovet rəhbərliyi müdaxilə barədə qərar qəbul elədi. Xüsusi xidmətlərin hərbi qruplarından başqa, Əfqanıstana gizli şəkildə “müsəlman batalyonu” yeridildi. Bu qrupdakı hərbiçilər əslən orta asiyalı idi.

Lakin təxribat qruplarının gəlişindən çox-çox əvvəl “Tac-Bəy” sarayına KQB casusları yeridilmişdi. Onlardan biri azərbaycanlı idi (sarayda ondan başqa iki rus ofisiant qadın da çalışırdı).

tac-bey-sarayi

"Tac-Bəy" sarayı hücumdan sonra

Mixail Talibov (yəqin ki, Talıbov) haqda Qərbə qaçmış KQB zabitləri və xarici kəşfiyyat mütəxəssisləri bir-birindən azca fərqli məlumatlar verirlər. Elə Rusiya mənbələrində də bir-birinə zidd məlumatlar çoxdur. Lakin bu şəxsin Azərbaycanın cənub rayonlarından birindən olması və H.Əminin sarayında aşpaz işləməsi faktını hamı təsdiqləyir.

“Fırtına-333”ün həyata keçirildiyi gün baş verənlər barədə də ikili rəy var:

Bir fərziyyəyə görə, 1979-cu il dekabrın 27-də H.Əmin M.Talibov tərəfindən zəhərlənək ölüb; ikinci fərziyyə görəsə, prezident zəhərlənib, səfirlikdəki sovet həkimləri köməyə çağırılıb və onların yardımı ilə H.Əmin azca özünə gəlib. Yalnız bundan sonra saraya hücum olub və H.Əmin sovet kəşfiyyatçıları tərəfindən güllələnib.

Yeri gəlmişkən, prezidentin mühafizəçiləri sovet kəşfiyyatçılarına layiqli müqavimət göstərib. Ümumi itki iyirmi nəfər təşkil edib.

“Tac-Bəy”də aşpaz işləyən M.Talibovun da məhz atışma zamanı həlak olduğu iddia olunur. Əsas fərziyyəyə görə, onu prezident qvardiyasının əsgərləri güllələyib. Lakin M.Talibovun adı itkilər siyahısında, nədənsə, yoxdur.

“Fırtına-333”ün uğurlu nəticəsindən sonra bir sıra şəxslər mükafatlandırılıb. M.Talibov bu siyahıda da yoxdur. Əvəzində Kabildə qeyri-leqal rezidentlərə dəstək qrupunun rəhbəri İsmayıl Murtuza oğlu Əliyevin adı var. Güman ki, M.Talibovun prezident sarayına yeridilməsində onun “barmağı” olub.

İsmayıl Əliyev bu əməliyyata görə “Qırmızı Ulduz” ordeni ilə təltif edilib.

Ötən əsrin 70-80-ci illərində İranda sovet xəfiyyəsi olmuş Vladimir Kuzmiçkin “KQB-də” kitabında qeyd edir ki, “M.Talibov fars dilini bilirdi və Kabildə artıq bir neçə il idi ki, yaşayırdı. Saxta sənədlərlə Hafizullah Əminin sarayında aşpaz kimi işə düzəlmişdi. Ona verilən tapşırıq H.Əmini zəhərləmək idi. Lakin Əfqanıstan prezidenti tez-tez yeməkləri və paltarlarını dəyişirdi, sanki zəhərlənəcəyini əvvəldən duymuşdu…”. 

M.Rzasoy,

Strateq.az