Afrika və Avrasyanın qovşaq nöqtəsində yerləşən Yaxın Şərq, İstanbul boğazı, Mərmərə dənizi, çanaqqala boğazı və Egey dənizi yoluyla Ukraynadan Ağ dənizə uzanan su yolu baxımından da çox mühüm bir məkandır. Orta Asya, Avropa və Afrika ticarəti üçün “olmazsa olmaz”, strateji bir coğrafiya olduğuna görə də bu bölgənin min illərdir xarici müdaxilə və təsirlərdən kənar dönəmi olmamışdır. Dünyanın neft rezervlərinin yarıdan çoxuna sahib olan Yaxın Şərq əhalisinin böyük əksəriyyəti isə müsəlmanlardan ibarətdir. Ərəbcə, türkcə və farsca bu coğrafiyanın əsas ünsiyyət dilidir. Elə Osmanlıca da bu üç dil – “sac ayağı” üzərində yüksələn bir türk ləhcəsi, ümməti birləşdirən bir dildir.
Türkiyəni Birinci Dünya müharibəsindən sonra bu bölgədən çıxardılar və o gündən bu günə, bölgə həqiqi sükunətə qovuşmadı. Dünyanın üç səmavi dininin beşiyi olan Yaxın Şərq, Yunan və Roma mədəniyətinin, İran, Turan, Mesopotomiya kimi qədim kültürəl mirasın da çuğlaşdığı bir məkandır. Bu gün Avropa geyimdən yeməyə, inanca, elmə qədər bir çox sahədə Yaxın Şərq kültürünə borcludur. Dünyanın strateji dəngələrinin şəkilləndiyi bu coğrafiyaya Türkiyə kimi bir dövlətin ilgisiz qalması mümkündürmü? Əslində, burada həyata keçirilmək istənən ən strateji planlar imperialistlərin Lozannada qazana bilmədiklərini əldə etmək, yarımçıq qalmış müstəmləkəçilik planlarını tamamlamaq üçün deylmi? Hədəf yenə Türkiyə və özlərinə təhdid olaraq gördükləri İslami yüksəlişdir.
Bəs, Türkiyənin Yaxın Şərqdəki hədəfləri nədir?
Əlbəttə ki, AKP iqtidarının Suriya, Quzey İraq məsələsi kimi bir sıra məsələlərdə formalaşdırdığı siyasət müzakirə və tənqid edilə bilər. Ancaq AKP-dən öncə bölgədə bir nizamlama prosesi vardı. Türkiyənin strateji maraqları baxımından Körfəz müdaxiləsi sırasında rəhmətlik özalın Mosulu və Kərkükü almaq istədiyini də bilirik. Bu gün baş verən hadisələri anlamaq üçün son iki yüz ildə Ortadoğunun, Osmanlının tarixində baş verən hadisələri anlamaq vacibdir. Onda görərik ki, bütün bu baş verənlər əslində Türkiyəni birbaşa maraqlandırmaqdadır.
Strateji dəngələrin dəyişməsi, bölgənin taleyi, dünya ağalığının davamlılığı baxımından ingilis-Amerikan ittifaqının lehinə işləyən ən müəyyənedici proseslər Birinci Dünya savaşıyla başladı və İkinci Dünya muharibəsi sonrasında inkişaf edərək yeni miqyas qazandı. Böyük dövlətlərin birləşərək Osmanlıya qarşı başlatdıqları yeni “səlib yürüyüşləri”ylə Yaxın Şərqdəki Osmanlı hakimiyyətinə son verilmiş oldu.
Yaxın Şərqdə ingilis hegemonluğu
Burada Osmanlının dağılmasına gətirib çıxardan yüzillik prosesləri təhlil etmədən, üç qitəyə hökm etmiş müsəlmanların son cahan dövlətinin çöküşünün daxildən qaynaqlanan obyektiv və subyektiv səbəbləri üzərində durmadan, sadəcə, onu deyə bilərəm ki, artıq 1914 -cü illərə gəldiyimizdə Yaxın Şərq coğrafiyası da daxil, bütün Osmanlı coğrafiyasını dərin bir ingilis, Avropa təsiri sarmışdı. Birinci Dünya müharibəsi öncəsi və sonrasında Ərəbistan hardasa ingilis hakimiyəti altına girmişdi. Anadolu və Orta İran müvəqqəti olaraq bu təsirdən qurtulmuş bir bölgə olsa da, imperialist Britaniya oraları da öz müstəmləkə sahələri olaraq görməkdə və zamanı gələndə o coğrafiyalarda yatmış antitürk hücrələrinin oyandırılmasına hazırlaşmaqdaydı.
Daha sonra Anadoluda başlayan erməni üsyanlarında Qərbin bu coğrafiyalara açıq müdaxilə etdiyini gördük. Əslində, Birinci Dünya müharibəsi dövründə müttəfiq dövlətlər aralarındakı gizli bir anlaşmayla İstanbul və boğazları çar Rusyasına, Qərbi Anadolunu İtalya və Fransaya, Ərəbistan və Orta İranı da ingilis müstəmləkəçiliyinə daxil etmək haqqında razılığa gəlmişdilər. Anadoludakı Türk varlığı da böyük təhlükə altındaydı.
Yaxın Şərqdəki Britanya təsirindən danışarkən, əlbəttə ki, Birinci Dünya savaşı sırasında şəkillənən geoplitik şərtləri anlamaq lazımdır. 1917 – ci il İnqilabı Rusyanı Yaxın Şərq uğrundakı mübarizədən müvəqqəti olaraq uzaqlaşdırdı və beləliklə, Britanyanın bölgə üzərindəki hakimiyyətinin önündəki bütün əngəllər də qalxmış oldu.
Geopolitik tarazlığı nə dəyişdirdi?
Ancaq Anadolu Türklüyünün yenidən ayağa qalxaraq külləri üzərində yeni bir qurtuluş və diriliş mübarizəsinə başlaması, Rusyada baş verən inqilabla dəyişən geopolitik şərtlər Birinci Dünya müharibəsi dövründə müttəfiqlərin gizli müstəmləkəçi anlaşmalarının həyata keçirilməsinə imkan verməsə də, Ərəbistan coğrafiyası, faktiki olaraq, ingilislərin təsiri altına girdi. Ruslar bu paylaşım müzakirələrindən çıxsalar da, Türkiyəyə məcburən qəbul etdirilmək istənilən “Sevr anlaşması”yla Avropa boğazlara nəzarəti ələ keçirməyi, Şərqi Anadoluda Ermənistan və Kürdüstan dövlətləri qurmağı, İzmiri, Trakyanı, İstanbulu öz şəhərləri halına gətirməyi düşünürdülər. Türkiyəylə Sovet Rusyası arasında əldə edilən anlaşmayla anti – Avropa ittifaqının şəkillənməsi və qurtuluş savaşının qəhrəmanlıqlar və fədakarlıqlarla dolu heykayəsi ingilislərin bütün Yaxın Şərqi əhatə edən müstəmləkəçi planlarının həyata keçməsinə imkan vermədi.
Ancaq Lozanna anlaşmasıyla çizilən süni sərhədlər, Mosul – Kərkükün , Quzey İraq və Suriyadakı kürd-türkmən bölgələrinin yeni Türkiy
ə Cümhuriyətinin milli sərhədlərinə daxil edilməsinə ingilislərin qəti etirazı sonradan bölgə üzərindəki müstəmləkəçi əməllərdə “kürd kartı”nın önəmli bir silah olacağını göstərirdi. Quzey İraqda de-fakto bir kürd dövlətinin qurulması, Eynəl- ərəbə (Kobaniyə) Amerikan silah yardımı bu həqiqəti ortaya qoydu.
İnglislər Türkyənin bir dövrdən sonra təkrar güclənərək bütün Yaxın Şərqdə, Ərəbistanda ingilis ağalığına mane ola biləcəyi ehtimalını göz önündə tutaraq, Türkiyəyə qarşı belə bir kartı əllərində tutmağa qərar vermişdilər. Sonrakı dövrlərdə baş verən proseslər bir daha bu İngilis ağalığının planının qüvvədə olduğunu göstərdi.
Bu gün Türkiyənin yeni imperial vizyonla inglis-Amerika ittifaqının əlində daimi bir kart olan “kürd kartı”nı onların əlindən almağa çalışmasını da bu kontekstdə anlamaq lazımdır. Türkiyənin bütün Yaxın Şərqdə varlığının bir daha ortaya qoyması üçün Mosul və Kərkükə tam hakim olması lazımdır. Ankaranın kürdlərin içindəki xarici təsirləri deşifrə edərək minillik qədər qardaşlığını qorumaq yönündəki fəaliyyətləri də bütün bu tarixi proseslərin, planlamaların kontekstində daha yaxşı anlaşılmaqdadır.
Yaxın Şərq uğrundakı əsrarəngiz mübarizəyə İkinci Dünya müharibəsi sonrası qurulmuş olan İsrail dövləti ilə yanaşı, İraq, Səudiyə Ərəbistan və Küveyt kimi ölkələrdə çıxarılan neftlə yeni çalarlar da əlavə olundu. Əslində, bütün bu proseslər həm də Osmanlının çöküşü sonrası bölgədə başlayan planlı proseslərin də davamıydı. Zatən, neft və yəhudi amili Osmanlıya qarşı başlayan yürüşün də əsas təməl faktorlarındandı.
Bir ingilis vətəndaşının İran hökümətindən icazə alaraq Yeni Şərqdə ilk neft kəşfiyyat işlərinə başlaması da hər halda təsadüf ola bilməz. Ancaq 1951- ci ildə Böyük Britaniyayla İran arasında İran neftinin bölüşdürülməsi mövzusunda ixtilaf çıxdıqdan sonra (İngilislər neft gəlirin yarısına sahib olmaq istəyirdilər) ingilis-İran neft şirkətinin fəaliyətlərinə son verildi və Ərəbistan neftinin əhəmiyyəti artmağa başladı. 1950-ci ildə ərəb-Amerika neft şirkəti (“Aramca”) Səudiyyə Ərəbistanıyla neft gəlirlərinin yarı-yarıya bölüşdürülməsi məsələsində bir anlaşma imzalamış oldu. Ərəb neftinin çıxarılması işində ildən-ilə baş verən artım Səudiyyə krallığı kimi fərqli ərəb xanədanlıqlarını gücləndirməklə yanaşı, bölgəni bir ingilis- Amerika bazası halına da gətirdi.
“Yaşıl İslam” – yeni təhdid ünsürü
Bu gün bölgədə baş verən hadisələrin pərdə arxasını anlamaq üçün tarixi proses boyu inkişaf edən ingilis müstəmləkəçiliyinin sərhədlərini də anlamaq lazımdır. Sovet dövlətinin dağılmasıyla neft, İsrailin təhlükəsizliyi, kürd faktoruyla yanaşı, imperialist mərkəzlərdə Yaxın Şərqin mərkəzinə daha bir təhdid faktoru oturduldu: artıq NATO-nun öncəlikli təhdid sıralanmasında düşmən olaraq “Yaşıl İslam” da vardı.
Buna uyğun olaraq da “İslam terroru” və ünsürləri də formalaşdırılmağa başlandı. Bölgə ağalığı, İsrailin təhlükəsizliyi, neft hakimiyəti, yüksələn Türkiyənin yenidən köhnə mədəniyyət və hakimiyyət coğrafiyasına – Yaxın Şərqə dönüşünü əngəlləmək, İslam birliyi fikrini baltalamaq və müsəlmanlar arasında özlərinə güvən hissinə, mötədil yüksəlişə mane olmaq üçün də İslam adına qan və cəhalət istehsal edən belə bir anlayışdan yaxşı silah ola bilməzdi. Məncə, belə radikal anlayışlara münbit zəmin formalaşdırmaq üçün öz for-postları olaraq gördükləri Ərəb ölkələrində ənənəvi İslam anlayışlarını baltalayan təlimlərin yayılmasına, Türkiyənin təbii təsir coğrafiyalarında bu cərəyanların güclənməsinə də planlı bir şəkildə şərait yaratdılar. Həm də fərqli bölgələrdə fərqli dövlətlərə qarşı yeni geopolitik nizamlamalarda aktiv istifadə etmək üçün İŞID tipli təşkilatlara əsgər toplamaq lazımdı. Konkret halda İŞID hücumları Yaxın Şərqdə İraq və Suriyanın faktiki olaraq parçalanmasına, kürd milli kimliyinin, birlik arayışlarının qüvvətlənməsinə səbəb oldu, bütün dünyada antiİslam dalğasını bərabərində gətirdi, Türkiyəni bəzi çətin suallar qarşısında qoydu. Yəni, “bir daşla bir neçə quş vurmaq” siyasətiydi bu.
Əlbəttə, bütün bu planlara qarşı Türkiyənin, Rusya və İranın da planları vardır. İlk öncə, İŞID sıradan çıxarılmalıydı ki, bölgə ölkələrinin parçalanması zəminini hazırlayan şərtlərdən biri ortadan qalxsın. Bu məsələdə razılaşma mümkündür ki, İraq və Suriyanın idarə edilməsində, bu ölkələr üzərindəki təsirlərin balanslaşdırılmasında razılıq olmadığı üçün proseslər kontrol altına alına bilmir. İran və Səudiyyənin bölgə üzərindəki məzhəb təməlli qarşıdurması da planlayıcı üst ağlın maraqlarına xidmət etməkdədir. Belə bir şəraitdə irəlidə baş verəcək prosesləri proqnozlaşdırmaq çətin olsa da, Yaxın Şərqdə oynanılan çirkli oyunların ancaq İslam ölkələrinin Suriya və İraqın gələcəyiylə bağlı anlaşma əldə etməsiylə durdurulması mümkündür.
Artıq tarix belə bir anlaşmanı diktə edir.