Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov "Yeni Müsavat"a Qarabağ ətrafında cərəyan edən proseslərdən, rəsmi Bakının Rusiya və Qərb seçimi qarşısında qalmasından, habelə qarşıdakı referendum gözləntilərindən bəhs edən müsahibə verib.
Strateq.az Musavat.com-a istinadən həmin müsahibəni oxuculara təqdim edir:
– Ayaz müəllim, məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsini bundan sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyan tutacaq. Bu, Azərbaycana qarşı təhlükə riskini artırırmı?
– Yox, nigarançılığa əsas yoxdur. Ermənistan nümayəndəsi özbaşına deyil. Böyük dövlətlərin rəyi olmasa, o adam kimdir ki? Əksinə, son zamanlar Azərbaycanın yürütdüyü xarici siyasət onu deməyə əsas verir ki, müəyyən dəyişikliklərin şahidi ola bilərik.
– Yəni Sizə görə hələlik hərbi əməliyyatların zamanı deyil?
– Amma Sərkisyanın “canımı verərəm, Qarabağı vermərəm” bəyanatından sonra danışıq aparmağın mənası qalırmı?
– Bu yaxınlarda Qarabağdakı separatçı qurumun 25 illiyini qeyd etdilər. Üstəlik, separatçı Abxaziya rejimi də Xankəndində nümayəndəlik açıb. Bu kimi addımlar davamlı xarakter ala, adiləşə bilərmi?
– Bilirsiniz, biz gərək öz işlərimizlə ciddi məşğul olaq, öz problemlərimizi həll edək. Müharibə aparmaq çox ciddi və ağır məsələdir. İqtisadiyyatımızda da problemlər az deyil. Hələlik müharibə olmaz. Amma qorxuya əsas yoxdur.
– Mən düşünürəm ki, bu məsələnin həllində tələskənliyə yol vermək olmaz. Proseslər öz-özünə gedir. Allahın hökmü ilə qələbə bizim tərəfimizdədir.
– Moskvanın Azərbaycanı öz orbitində görmək istədiyi məlumdur. Rəsmi Bakı mövcud situasiyada necə davranmalıdır ki, ciddi təhlükələrlə üzləşməsin?
– Sizcə, Azərbaycan daha çox hansı tərəfə meyl etməlidir?
– Açığı, bu saat Azərbaycanda Rusiyanın mövqeyi daha güclüdür, nəinki bir neçə il bundan qabaq. Buna ayıq gözlə yanaşmaq lazımdır. Yoxsul əhalidə belə fikir çoxdan yaranıb ki, Rusiya bazarı bizə lazımdır. Bizim Rusiya ilə 600 km ümumi sərhədimiz var. Əgər şimal tərəfdən yollar bağlansa, cənubdan da bir əngəl törədən olsa, onda biz boğula bilərik. İqtisadi nöqteyi-nəzərdən biz Rusiya ticarət məkanını əldən buraxmamalıyıq. Bunun əsasında da müvafiq siyasətimizi yürütməliyik. ABŞ-ın özü indi Rusiya ilə çox gözəl əməkdaşlıq edir. İngiltərə, başqa dövlətlərin nəhəng bazarlarda marağı var, biz niyə bazarımızı itirməliyik?
– Hələ Qorbaçov zamanından bizim doğrudan da Rusiyadan, Moskvadan inciməyə əsasımız olub. Çünki ozamankı Moskvanın hərəkətlərini siyasət də adlandıra bilmərəm. Qorbaçovun hərəkətləri siyasətəbənzər bir şey deyildi, avaraçılıq idi. Deməli, emosiya bir tərəfdə, real, praqmatik məsələlər digər tərəfdə idi. Reallıqda sovet Moskvası ilə də hesablaşmalı idik, postsovet Moskvası ilə də hesablaşmalıyıq. Bundan heç cür qaçmaq mümkün deyil. Rusiya nəsə deyə bilər. Amma deməliyik ki, mənim milli maraqlarım var, mən bunları realizə edəcəyəm. Mənim addımlarım harada sənə təhlükə yaratsa, oturaq, danışaq. Demək ki, “Moskva bizim düşmənimizdir”, “Ayaz Mütəllibov Moskvaya bağlanıb”, bu cür söhbətlər Azərbaycanla bağlı lazım olmayan təəssüratlar yaradırdı. Bu məsələlər həmişə Rusiyanın özünün diqqət mərkəzindədir, səfirlikdə vəziyyəti izləyirlər, müəyyən sənədlər hazırlayıb Moskvaya göndərirlər.
Ona görə də burada ehtiyatlı olmaq lazımdır. Mənə sual verirlər ki, Ayaz müəllim, sizcə, Moskva Azərbaycandan nə istəyir? Deyirəm, Moskvanın Azərbaycandan bir istəyi var. Moskva istəyir ki, Azərbaycandan ona bir xəta gəlməsin. Rusiya bundan başqa Azərbaycandan heç nə istəmir. Əksinə, Azərbaycan Rusiyadan istəməlidir.
– Ayaz müəllim, Rusiyanın Qarabağı azad edəcəyi barədə məlumatlara şübhə ilə yanaşanların sayı kifayət qədər çoxdur. Siz təcrübədən çıxış edib bu barədə nə deyə bilərsiniz?
– Rusiyanın Qarabağ siyasəti ilə bağlı fikrinizi demədiniz…
– Rusiya Qarabağ məsələsini həll etməlidir və edəcək. O zaman ki, danışıqlar əsasında müzakirə olunan təkliflər razılaşdırılsın. Yəni həm Rusiyanı, həm də Azərbaycanı qane etsin.
– Yəni Rusiya hətta Şuşa daxil olmaqla, bütün ərazilər geri qaytarılmasına qərar verə bilər?
– Ayaz müəllim, sizinlə söhbətimiz referendum ərəfəsinə təsadüf edir. Ümumxalq səsverməsinə çıxarılacaq müddəalar, prezidentlik zamanının artırılmasına, vitse-prezidentlik institutunun yaradılmasına münasibətiniz necədir?
– Referendumdan sonra hansı addımların atılmasını istərdiniz?
– Ciddi iqtisadi-siyasi islahatların aparılması zəruridir. Həmçinin hökumətdə dəyişikliklər olmalıdır. Çünki bu, olmasa, islahatlar yarımçıq olar. Təki olsun. Vaxt gələr ki, biz də demokratik ölkədə yaşadığımızı dünyaya nümayiş etdirərik. İndinin özündə çox diqqətli olmalıyıq.
– Sabiq prezidentlərdən həyatda olan yeganə şəxssiniz. İqtidar və müxalifətə sözünüz, çağırışınız varmı?
– Daxildəki dedi-qoduya qoşulmamalıyıq, birliyi təmin etməliyik. Səmimi deyirəm, kim hardandır, regionçuluq, tanış-tunuş məsələləri aradan götürülməlidir. Azərbaycanda yeni səhifə açmalıyıq. Onda bütün dünya bizə inanacaq. Azərbaycanda həmrəylik, barış yeganə çıxış yoludur. Başqa cür olmaz. Allah eləməsin! Müxalifət meydana çıxacaq, o halda hakimiyyət də öz növbəsində tədbirlər görəcək və qalmaqal yaranacaq. Bu da bizə lazım deyil. Bu qarışıqların olmasında kiminsə həvəsi var, elə Qərbin özündə də. Amma elə etməliyik ki, bizə qarşı heç nədən istifadə olunmasın.