XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2016 - 15:07

“Stratfor” Rusiyanın tələskənliyinin səbəbini açdı:"Obamanın getməyinə 4 ay qalır" – Təhlil

]U.S. President Barack Obama boards Air Force One to depart at the conclusion of his participation in the ASEAN Summits, from Wattay International Airport in Vientiane, Laos September 8, 2016. REUTERS/Jonathan Ernst - RTX2OMU8

İnoTV, 16.09.2016

 

"Stratfor" analitiklərinin fikrincə, Rusiya Obama administrasiyanının son günlərindən istifadə edir ki, Suriya və Ukrayna üzrə sazişə gəlsin. Həm Rusiya, həm də ABŞ Obamanın qalan prezidentlik müddətindən maksimum şəkildə faydalanmağa çalışır. ABŞ prezidenti öz mirası haqda tərəddüd edir, Moskva isə yeni administrasiya ilə hər şeyi əvvəldən başlamaq lazım gəlməmiş “məlum şər”lə saziş arayır.

"Stratfor" yazır: “Suriya və yaxud Ukraynada münaqişənin yekun nizamlanmasına nail olmaq, çətin ki, mümkün olsun, lakin bu, onlara qeyd edilən yöndə cəhd göstərməyə maneçilik törətmir”.

Suriyada atəşkəs haqda saziş əldə edildikdən cəmi bir neçə gün sonra analoji saziş Moskva və Vaşinqtonun maraqlarının toqquşduğu hərbi əməliyyatların başqa bir teatrında – Ukraynada da  nəzərdə tutulur. Donetsk və Luqansk xalq respublikalarının liderləri çərşənbə axşamı birtərəfli qaydada sentyabrın 15-ə keçən gecə atəşkəs rejiminin müəyyən edilməsini elan edib, lakin Ukrayna silahlı qüvvələrini barışığa əməl etməyə çağırıblar.

"Stratfor" hesab edir ki, Birləşmiş Ştatlar və Rusiya Suriya və Ukrayna – qarşılıqlı münasibətlərində iki ən mübahisəli məsələ üzrə dönüş məqamına çatıb. Barak Obamanın prezidentlik müddətinin bitməyinə cəmi dörd ay qalır, buna görə də Ağ Evə yeni administrasiya gələnə qədər və hər şeyi təzədən başlamaq lazım gələcəyinə görə, istiqamətlərdən hər hansı birində əsaslı müvəffəqiyyətə nail olmaq üçün Moskva və Vaşinqtonun tələsməyi lazımdır.

Suriyada atəşkəs rejimi təzəcə qüvvəyə minsə də və Ukraynada barışıq danışqıları hələ qarşıda olsa da, bu tərpənişlər Moskva və Vaşinqtonun lap tezliklə qarşılıqlı anlaşma əldə etməyə yönəlmiş və uzlaşdırılmış diplomatik səylərindən xəbər verir. Son nəticədə Obama öz postunu tərk edənə qədər hiss ediləcək irəliləyiş əldə edilərsə, hər iki ölkə yalnız udur.

Obamanın prezidentlik müddətinin sonu sürətlə yaxınlaşdığından özündən sonra hansı mirası buraxacağı haqda düşünməyi lazımdır. Rusiya isə danışıqlar üzrə naməlum tərəfdaşı Vaşinqtonda hakimiyyəti götürməmişdən əvvəl “məlum şər”lə iş görməkdə maraqlıdır.

Buna baxmayaraq, Rusiya-Amerika əməkdaşlığının uğuruna heç nə zəmanət vermir. Ukrayna və Suriyada hərbi əməliyyatların dayandırılması üzrə planların həyata keçirilməsini bir sıra amillər mürəkkəbləşdirir. Bu mərhələdə Suriyada Moskva və Vaşinqtonun maraqları üst-üstə düşsə də, Vaşinqtonun mötədil müxalifləri Moskva ilə birlikdə mübarizə aparmaq niyyətində olduğu terrorçulardan ayırmağı asan olmayacaq. Türkiyənin səyləri əvvəlki tək kürdlərin zəiflədilməsinə yönələcək. Ankara atəşkəsdən istifadə edir ki, ona müttəfiq üsyançıları möhkəmləndirsin. Suriyada İranın uduşda qaldığı Moskva-Vaşinqton əməkdaşlığından pərt olmuş Səudiyyə Ərəbistanı da dəstəklədiyi qruplaşmaların mövqelərini möhkəmləndirməyə cəhd edir.

Məsələlər Ukraynada da oxşar durumdadır. Separatçılar keçmişdə Minsk sazişinin bəzi tələblərinə əməl ediblər. Məsələn, döyüş zonasından ağır silahları çıxarıblar. Lakin ölkənin şərqində döyüşlər yeni qüvvə ilə qızışarkən ağır silahlar atəş xəttinə qaytarılıb.

Bundan savayı, DXR və LXR statusunun müzakirəsi dalana dirənib. Moskva təkid edir ki, döyüşlərin kəsilməsi üçün Kiyev Donbasa daha geniş muxtariyyət versin. Kiyev öz növbəsində təhlükəsziliyə dair Minsk sazişinin bəndləri yerinə yetirilməyincə siyasi sahədə güzəştə getməkdən imtina edir.

"Stratfor" qənaətə gəlir ki, Rusiya və ABŞ-ın növbəti bir neçə ayda irəliləyiş həyata keçirəcəyinə inanmaq çətindir.

 

Tərcümə Strateq.az-ındır.