XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2016 - 19:24

Heydər Əliyev Azərbaycanın MDB-yə üzv olmasını necə şərh etmişdi? –Təhlil

29 ÿíâàðÿ â Ìàðèèíñêîì äâîðöå â Êèåâå ïðîøëî  ïëåíàðíîå çàñåäàíèå ïðåçèäåíòîâ ñòðàí Ñîäðóæåñòâà.  öåíòðå âíèìàíèÿ âîñüìè ëèäåðîâ ñòðàí Ñîäðóæåñòâà, ïðèáûâøèõ íà íåôîðìàëüíûé ñàììèò â óêðàèíñêóþ ñòîëèöó, íàõîäèëèñü âîïðîñû ýêîíîìè÷åñêîãî õàðàêòåðà.  ÷àñòíîñòè, ñîçäàíèå çîíû ñâîáîäíîé òîðãîâëè. Íà ñíèìêå: ïåðåä íà÷àëîì ïëåíàðíîãî çàñåäàíèÿ ïðåçèäåíòîâ ñòðàí Ñîäðóæåñòâà.

Keçmiş sovet respublikalarını birləşdirən Müstəqil Dövlətlər Birliyinin (MDB) Qırğızıstanın paytaxtı Bişkekdə yubiley – 25-ci sammitinin keçirilməsi bir daha “SSRİ-nin kölgəsi” kimi yaradılan təşkilatın tarixi,  mövcud vəziyyəti və perspektivi barədə müzakirələr açılmasına səbəb olub.

Bu müzakirələrdə MDB-yə münasibətdə son illərin bədbinliyi bir daha özünü qabarıq göstərir. Bişkek sammiti qurumun hələ uzun müddət sadəcə müzakirə klubu formatında qalacağını növbəti dəfə nümayiş etdirdi.

Təsadufi deyil ki, sammitdə əslində formal qərarlar qəbul olunub. Təşkilatda otimallaşdırma prosesinin başlanması,  2020-ci ildə MDB-də əhalinin siyahıya alınmasının keçirilməsi qərara alınıb.

 

MDB-nin  tarixçəsi

 

21 äåêàáðÿ 1991 ã. Àëìà-Àòà. Ïîäïèñàíèå ñîãëàøåíèÿ î ñîçäàíèè Ñîäðóæåñòâà íåçàâèñèìûõ ãîñóäàðñòâ. Íà ñíèìêå: îáñóæäåíèå ïðîåêòà ñîãëàøåíèÿ çà êðóãëûì ñòîëîì. Ôîòî Âëàäèìèðà Âèò÷åíêî, ÁåëÒÀ

Xatirladaq ki, MDB Belarus SSR, Rusiya SFSR və Ukrayna SSR rəhbərləri tərəfindən 1991-ci il 8 dekabr tarixində "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş"in imzalanması vasitəsilə təsis edilib.

Preambula və 14 maddədən ibarət sənəd SSRİ-nin beynəlxalq hüquq və geosiyasi reallığın subyekti kimi ləğv olunmasını bəyan edirdi. Lakin millətlərin tarixi birliyini, onların arasında əlaqələri, ikitərəfli sazişləri nəzərə alaraq, tərəflər Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında razılığa gəliblər. 1991-ci il 21 dekabr tarixində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rəhbərləri Alma-Ata Bəyannaməsini imzalayıblar. Bəyannamə SSRİ-nin ləğv olunaraq, MDB-nin yaradılmasını qeyd edir, həmçinin təşkilat məqsəd və prinsiplərini özündə əks etdirirdi. Təşkilati mərhələ 1993-cü ilin 22 yanvar tarixində Minsk şəhərində təşkilatın başlıca sənədi olan Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsinin qəbul edilməsi ilə başa çatıb.

Azərbaycanın MDB-yə daxil olması parlamentin prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi barədə qərarından sonra baş verib. Azərbaycan MDB-yə qoşulmaq haqqında 21 dekabr 1991-ci il tarixli  qərarı 1993-cü ilin sentyabrında ratifikasiya edib və MDB-nin tam hüquqlu üzvü olub.

İlk illərdə MDB Moskvanın SSRİ-ni başqa formatda bərpa etmək ideyası kimi qəbul edilirdi.  Lakin bu ideya özünü doğrultmadı, daha doğrusu Moskvanın buna qüdrəti çatmadı. SSRİ-nin dağılması ilə Rusiya uzun müddət əvvəlki gücünü bərpa edə bilmədi. Əksinə, Rusiya özü yaşamaq uğrunda mübarizə aparmalı oldu. MDB-nin yaranmasından 7 il sonra 1998-ci ilin avqustunda Rusiya hökuməti ölkənin defolt olduğunu bəyan etdi. Rusiya uzun müddətə beynəlxalq donorlardan maliyyə aslılığına düşdü.

 

Putin Kremlin  MDB planlarını dəyişmədi

 

MDB-nin SSRİ məkanında münaqişələrin həlli,  daha sıx iqtisadi inteqrasiya kimi məsələləri həll etmək gücündə olmadığı da öz rolunu oynadı.  1999-cu ildən sonra Vladimir Putinin Rusiyada hakimiyyətə gəlməsi ilə də vəziyyət dəyişmədi. Təşkilatın formal və qeyri-formal lideri Rusiyanın MDB ilə bağlı ciddi planının olmadığı bir daha yəqinləşdi. Rusiya-Gürcüstan arasında 5 günlük  (8-12 avqust) müharibədən sonra, 14 avqust 2008-ci ildə Tbilisi təşkilatdan ayrıldığını bəyan etdi. 

Təsadufi deyil ki, MDB məkanındakı münaqişələrin həllində təşkilat özü səmərli vasitəçilik mexanizmləri təklif edə bilmir. İstər Qarabağ münaqişəsində, istərsə də Rusiya-Gürcüstan, Rusiya-Ukrayna münaqişələrində vasitəçi kimi ATƏT, Avropa İttifaqı çıxış edir.

Putinin təşəbbüsü ilə 2014-cü ildə Rusiya, Qazaxıstan, Belarus, Ermənistanı birləşdirən Avrasiya İttifaqının yaranması rusların MDB-ni sadəcə "müzakirə klubu" kimi mövcud olması planlarını dəyişmədiyini bir daha nümayiş etdirdi.

Baxmayaraq ki, Qazaxıstan hələ  2011-ci ildə MDB-də əsaslı islahatlar aparılmasını təklif etmişdi. Keçən il Qazaxıstanda keçirilən MDB sammitində prezident Nazarbayev bir daha bu məsələni gündəliyə gətirərək, qəbuluna nail oldu.  Amma MDB üzvlərindən Azərbaycan və Ermənistan, Rusiya və Ukrayna faktiki olaraq elan olunmamış müharibə şəratində olduğu bir vaxtda bu təşkilatda hansı səmərli islahatların aparıla biləcəyi sual altındadır. Bişkek sammitində Ukrayna-Rusiya, Azərbaycan-Ermənistan mübahisələri də Nazarbayevin planlarının kağız üzərində qalacağından xəbər verir.

 

Heydər Əliyev Azərbaycanın  MDB-yə üzv olmasını necə şərh etmişdi?

 

mdb-4

Xatırladaq ki, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev 10 oktyabr 1993-cü il tarixdə andiçmə mərasimində çıxış edərkən Azərbaycanın MDB-yə üzvlüyündən də bəhs edərək, bu fikirləri söyləyib: "Biz əminik ki, Azərbaycanın MDB-yə daxil olması respublikanın iqtisadiyyatının inkişaf etməsi üçün yaxşı şərait yaradacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın MDB-yə daxil olmasını təhlükəli bir hal kimi qələmə verməyə çalışırlar. Bu, səhv fikirdir. Azərbaycan MDB-də öz müstəqilliyini daim qoruyacaq və MDB-də iştirak etmək Azərbaycanın müstəqilliyinə qətiyyən xələl gətirməyəcəkdir. Azərbaycan müstəqil bir dövlət kimi demokratik yolla gedəcək, beynəlxalq demokratiya normalarına riayət edəcəkdir. Azərbaycanda kommunist ideologiyası, kommunist rejimi bir daha bərpa olmayacaqdır. Güman edirəm ki, Azərbaycan vətəndaşlarının əksəriyyətinin də fikri belədir. Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır!".

Tarix bu çıxşdakı yanaşmanın nə qədər doğru olduğunu bir daha göstərdi…

Zaur İBRAHİMLİ

Strateq.az