Expert.ru, 18.09.2016
“İttifaqımızda hələ heç vaxt bu cür parçalanma, yaxınlaşmağa istəyin az olduğunu görməmişdim”, – deyə Avropa komissiyasının sədri Jan-Klod Yunker Avropa Birliyinin (AB) sentyabrın 16-da Bratislavada baş tutmuş sammitini bu cür sözlərlə qabaqlayıb. Yüksək səviyyəli görüş 28 dövlətin klubunun hələ də nominal üzvü olaraq qalan Böyük Britaniyasız ilk görüş olub. Paris və Berlində hələ də ümidvardırlar ki, London çıxdıqdan sonra AB “əbədi müxalif”dən qurtularaq möhkəmlənə bilər. Həqiqətdə isə ziddiyyətlər ancaq güclənir: Şərqi Avropa ölkələri mühacirətə, Cənubi Avropa ölkələri isə büdcə qənaəti siyasətinə qarşı getdikcə daha çox çıxış edirlər.
Brüsselin özündə də problemlərlə üzləşirlər. Bunlardan başlıcası cazibədən məhrum deyil: Avropa Birliyinin ali vəifəli şəxsi, 61 yaşlı Yunker spirtli içkilərlə hədsiz dərəcədə sıx təmasa görə, sarı mətbuatın qəhrəmanı olub. Yunker (iddia edildiyi kimi, sərxoş vəziyyətdə) Macarıstan baş naziri Viktor Orbanı təhqir və "Brexit"dən sonra istefa verməkdən imtina edərək, nə zamansa malik olduğu populyarlığı itirib. Siyasətçi etiraf edir ki, Avropa Birliyinə dəyişikliklər lazımdır, lakin onun təklif etdiyi ehtiyatlı islahatlar layihəsi Avropada heç kimi ruhlandırmır.
Heç kim AB uğrunda ölməyə hazır deyil
Angela Merkel sammit ərəfəsində bildirib ki, AB böhranlı durumdadır, çünki hamısının bir görüşdə həlli mümkünsüz hədsiz dərəcədə çox problem yığılıb. “Bizim vəzifəmiz hər şeyi dərhal həll etmək deyil, daha yaxşı bacardığımız göstərməkdir”, – deyə kansler xülasə edib. Angela Merkel və müttəfiqi Fransa prezidenti Fransua Olland tərəqqini əsas məsələlərdən birinə – kollektiv təhlükəsiziyin təminatına nail olmaqda görürlər. Həmişə Avropa ordusunun yaradılması layihəsinə qarşı çıxış edən Böyük Britaniyanın birlikdən çıxmasını Paris və Berlində bu mövzuya yenidən dönmək imkanı kimi qəbul ediblər. Jan-Klod Yunker öz fikirlərini eyhamsız ifadə edib: “Bizə Ümumavropa Baş Qərargahı lazımdır, ümumi silahlı qüvvələrin yaradılmasına doğru hərəkət etməyə borcluyuq”.
Avropa müxdafiə strukturlarının gücləndirilməsi Rusiya üçün sərfəlidir, çünki NATO-nun bəzi funksiyalarının dubl edilməsinə, lakin artıq alyansın baş sponsoru Vaşinqton tərəfdən nəzarətin olmamasına aparır. Lakin Avropa silahlı qüvvələrinin yaradılması filosof Alen Finkelkrautun dürüst ifadə etdiyi psixoloji maneəyə ilişir: milli vətəndən fərqli olaraq, “heç kim öz həyatını Avropa birliyin naminə qurban verməyə hazır deyil”.
Mütəfəkkirin vətəni – Afrikada terrorizmlə mübarizədə AB ölkələrindən heç bir yardım görməmiş Fransa bunu öz üzərində tam şəkildə hiss edib.
Frau Merkel nasist formasında
AB 16 sentyabr sammitinə başqa problemlə – həqiqətən ekzistensial ölçüyə malik olan geopolitik müşküllə yaxınlaşdı. “Milli cəbhə” lideri Marin Le Pen hələ "Brexit"ə qədər Fransua Ollandı “Fransa əyalətində Berlinin siyasətini həyata keçirdən Almaniya vitse-kansleri” adlandırmışdı. Böyük Britaniyanın çıxmasından sonra Almaniyanın AB-də rolunun hədsiz dərəcədə dominant olacağı barədə əndişələr güclənib. London Britaniya iqtisadiyyatının təsirli həcmi ilə möhkəmləndirilən AB-yə üzvlük faktı ilə Berlini tarazlaşdırırdı. Adalılar Avropadan çıxmaqla təkcə öz talelərini müəyyən etmədi, həm də almanlara “badalaq qoyublar”. Angela Merkel o vaxtdan seçim qarşısındadır: Avropa Birliyinin vahid lideri rolunu öz üzərinə götürməyə hazırdırmı? “Bəli” cavabı alman imperiyasının kabusunu dirçəltməyi ifadə edir və bu yenidən peyda olma “iqtisadi azman, lakin siyasi cırtdan” roluna alışmış almanların əksəriyyətini qorxudur.
Bu cür dönüş fransızları da hövsələdən çıxardır, çünki Fransa elitası öz ölkəsini böyük dövlətlərin sırasında görmək imkanının uzadılmasını Almaniya ilə ittifaqda görür.
Hələ yunanlardan danışmırıq: onlar 2009-cu ildən Berlin tərəfdən zorakılığa məruz qaldıqlarına işarə etməklə alman liderlərin karikaturalarını nasist fomasında dərc edirlər. Afinada deyirlər: “Bundan sonra Almaniya? Bircə bu olmasın”.
Bundesrespublikanın AB-də mümkün təkbaşına liderliyi avropalıları təkcə aşkar tarixi paralellərə görə qorxutmur. Məsələ həm də başqa şeydədir: Berlin 2008-ci ildən başlayaraq ümumavropa büdcə qənaəti siyasətinin ruhlandırıcısı kimi çıxış edir. Almaniya bunu həyata keçirməyə nail olmaqda Böyük Britaniyanın dəstəyinə söykənirdi. Lakin "Brexit"in ardınca əsas müttəfiqdən məhrum olub. London çıxdıqdan sonra Berlin yalnız Avropa Birliyində nüfuzu zəif olan Skandinaviya dövlətlərinin yardımına güvənə bilər. Yaranmış durum Almaniyanı mənəvi təcridlə təhdid edir: qazanmaqdan daha çox xərcləməyə hazır olan güney ölkələri bundan sonra Avropada çoxluq qazanır.
Şərqdən təhlükə
AB sammitinin Bratislavada keçirilməsi daha çox şəraitdən doğur, lakin bu ilin sentyabrında görüşü keçirən məhz Slovakiya AB siyasəti lövhəsində əsas oyunçuya çevrilir. Hökumətinə ultrasağların daxil olduğu balaca dövlət ümumavropa debatlarında ən tünd məsələlərin müzakirəsində özünü ən gözəçarpan iştirakçı kimi büruzə verib. Məsələn, Slovakiyanın baş naziri Robert Fitso bildirir ki, müsəlman dünyasından mühacirlər onun ölkəsinə lazım deyil və Praqa, Budapeşt, Varşavanın dəstəyini qazanır. Dörd ölkə Avropa arenasında birgə hərəkət edən “Vışeqrad qrupu”nu yaradıb. Bu gün birlik iştirakçılarından birinə – Macarıstana heç vaxt olmadığı qədər kömək tələb olunur, çünki bu dövlətin AB-dən çıxarılması haqda səslər eşidilir. Qalmaqal qaçqınların qəbulu haqda Macarıstan hökumətinin oktyabrın əvvəlində keçirməyə hazırlaşdığı referendumla bağlı qızışıb. Şərqi Avropa ölkəsində antimühacir əhvalı o qədər güclüdür ki, səsvermənin nəticələri çoxları üçün gözləniləndir. Məsələn, Lüksemburqun xarici işlər naziri Jan Asselborn Brüsselə Macarıstan arasındakı “dəyərlərdə fikir ayrılığına” görə onu AB-dən çıxartmağa çağırıb. Budapeştdə Slovakiya və Çexiyanın dəstəyinə güvənirlər, lakin hər iki ölkə iqtisadiyyatının sıx bağlı olduğu Almaniyada da onlardan yardım gözləyirlər. Bu cür gərginlikdən Vışeqrad qrupunda parçalanma qeydə alınıb. Bratislava və Praqa Berlinin tərəfinə keçmək hədəsi gəlməklə sammit ərəfəsində Budapeştdən mötədillik tələb edir. Macarıstan cavabında Polşa ilə əlaqələri möhkəmləndirir. Varşavada isə çoxdandır ki, Brüsseldən çox Vaşinqtona bel bağlayırlar.
Sonra nə olacaq?
Hələ 2016-cı ilin yayında "Brexit"dən dərhal sonra Avropa KİV-ləri etiraf etdi ki, Bratislava sammitindən irəliləyiş gözləməyinə dəyməz. Angela Merkel də rəhbərlərin görüşündə bu barədə bildirdi. "Brexit"in keçməmiş şokundan savayı digər səbəb Avropa siyasətinin təqvimindədir – yaxın perspektivdə eyni zamanda bir neçə elektoral silsilə başlanacaq. 2017-ci ildə Almaniya və Fransada parlament seçkiləri olacaq, V respublika isə bundan savayı dövlətin yeni başçısını da seçəcək.
AB ilə Ukrayna arasında assosiativ sazişin əleyhinə səs vermiş Niderlandlar həmin ilin yayında parlamentin yeni tərkibini müəyyən edəcək. Dörd parlament partiyasının artıq doqquz aydır ki, koalisiya hökumətini formalaşdıra bilmədiyi İspaniyadakı qeyri-müəyyən durumu da bura əlavə edək.
Bu cür tərtibdə AB-yə gələn ilin “yenidən yüklənmə”sini gözləməkdən başqa heç nə qalmır.
Tərcümə Strateq.az-ındır.