XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

19 Sentyabr 2016 - 23:42

ABŞ Kobanidə hərbi baza saldı:Addım-addım "Kürdüstan"a doğru!

 

base

ABŞ Suriyanın Kobanı şəhərində qurduğu hərbi bazasını işə salıb.

Strateq.az xəbər verir ki, ABŞ-a aid 2 yük təyyarəsi bu gün şəhərin cənubunda yerləşən hərbi bazaya enib.

Bildirilir ki, təyyarələr  PKK-nın Suriya qanadı kimi tanınan PYD-nin nəzarətindəki Kobaniyə hərbi silah və sursatlar gətiriblər.

Suriyalı yerli mənbələrdən alınan məlumatlara görə, içərisində hava limanının da olduğu bazadan PYD-yə kömək üçün istifadə olunacaq. Fəqət məqsəd təkcə bu olsaydı, dərd yarı idi. Kobani hərbi bazasının gələcəyi barədə daha dəhşətli mülahizələr yürüdülür.

Bir müddət əvvəl həmin hərbi bazada İncirlikdəki F-16 və F10 tipli reaktiv, C17 və C130 tipli yük təyyarələrinə uyğun eniş sahəsi salındığı bildirilmişdi. Hətta bir sıra hərbi ekspertlər İncirlik bazasındakı təyyarələrlə yanaşı, ABŞ-a aid silahların da Kobaniyə köçürüləcəyi ehtimalından bəhs edirdilər. İncirlikdə isə ABŞ-ın atom silahları saxlanılır və Vaşinqton Türkiyədə təhlükə altında olduğuna “inandığı” bu arsenalı başqa yerlərə transfer etmək istəyir. Transfer ediləcək məkan ehtimallari arasında İordaniya, Şərqi Avropa ölkələri ilə bərabər, Suriyanın şimalının da adı çəkilir.

coulmncxyaagrh0

Sözsüz ki, ABŞ İncirliyi Kobaniyə köçürəcəksə, bu ərazilərin təhlükəsizliyi tam təmin edilməlidir. Həm də artıq istifadəyə verilən yeni strateji baza qurulması nəzərdə tutulan siyasi-inzibati ərazinin tam ortasında yerləşməlidir ki, sərhədlərdən gələcək təhlükələrə qarşı özünü qoruya bilsin. Kobani isə Türkiyənin tam sərhəddində yerləşir və qardaş ölkənin “1 nömrəli” düşmən hesab etdiyi PYD-nin nəzarətindədir. Nəzərə alsaq ki, Türkiyənin cənub-şərq vilayətlərində PYD-yə (PKK) bağlı separatçı qüvvələr ayrılıq rüzgarları əsdirir və zaman-zaman Qərbdən, o cümlədən ABŞ-dan yetərincə dəstək alırlar, gələcəkdə bu problemin necə öz həllini tapa biləcəyi ehtimalı ortaya çıxır.

Ən üzücü hadisə isə odur ki, Türkiyənin “Fərat qalxanı” adıyla Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar da artıq öz əvvəlki hədəflərindən yayınıb. Başlıca məqsədi PYD separatçılarının Suriyanın şimalında “kürd zolağı” yaratmasının qarşısını almaq olduğu irəli sürülən və Münbic  “dördbucağını” yad ünsürlərdən təmizlənməyi hədəf olaraq göstərən “Fərat qalxanı” əməliyyatının əhatə dairəsi  qısa müddətdən sonra Cerablus-Rəqqa xətti ətrafında məhdudlaşdı. Raqqanın İŞİD-dən azad olunmasından sonra isə Türk ordusu xilas etdiyi əraziləri yerli qüvvələrə verib geri çəkilməlidir.

Ərazilərin təhvil veriləcəyi yerli qüvvələrin kimliyi isə xeyli mübahisə doğurur. Nədən ki, bu ərazidə yaşayanlar arasında kürdlər sadəcə əhalinin 30%-nı təşkil edirlər. Buna baxmayaraq, Hələb ətrafında 1 milyondan artıq kürdün yaşadığı və onların PYD-nin nəzarəti altındakı ərazilərə köçürüləcəyi güman olunur.

suriye-harita

Bu ehtimal reallaşarsa, şərti olaraq “kürd zolağı” adlandırdığımız ərazidə qüvvələr nisbəti separatçıların xeyrinə dəyişəcək. Ehtimala görə, köçlər nəticəsində kürdlərin sayı 50%-i keçəcək. Üstəlik, müxtəlif silahlı qüvvələrin basqılarına məruz qalan yerli əhalinin artıq “kürd zolağı”nı tərk etməyə başladığı da diqqətdən yayınmamalıdır. Suriya sərhədləri daxilində qalan “Kürdüstan”ın  bir ucu Raqqadan başlayacaqsa, Kobani cənub istiqamətindən də bəhs etdiyimiz bölgənin tam ortasına düşəcək.

Bütün bu ehtimalları və onları qüvvətləndirən faktları bir araya gətirəndə ABŞ-ın PYD-nin nəzarətindəki bölgədə yeni hərbi baza qurmasının əsl səbəbi ortaya çıxır. Və bu hərbi baza kürd separatizminin ən böyük zəmanəti ola bilər…

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə