XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2016 - 13:07

BVF prezidenti Kristin Laqardın məqaləsi:"Biz rolumuzu oynamağa hazırıq"

kristin-laqard-5

Kristin Laqard

Le Huffington Post (Fransa), 19.09.2016

 

Bu həftə dünyanın əsas liderləri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasına toplaşarkən, Yaxın Şərq və Şimali Afrikada müharibənin viranə qoyduğu şəhərlərin bütün yeni kadrları, həmçinin sığınacaq və yaşayış üçün vasitə axtaran insanların kütləvi köçü gözümüzün qabağında durur.

Bölgədə 20 milyon köçkün və 10 milyon qaçqın qeydə alınıb. II dünya savaşından bəri misli görünməmiş fəlakət! Bu münaqişələrə görə insanların nə qədər yüksək bədəl ödədiyini təsəvvür etmək çətindir. İqtisadi nəticələr də olduqca mühümdür. Münaqişə zonalarında istehsal kapitalının böyük hissəsi dağıdılıb, sərvət və gəlir itkisi, sadəcə, çox böyükdür, insan kapitalı isə məşğulluq və təhsil problemləri üzrə təslim olur.

Münaqişələr bitdikdən sonra iqtisadiyyatının bərpası üçün BVF və beynəlxalq ictimaiyyətə öz qiymətli hədiyyəsini vermək xahişi ilə müraciət edəcəklər. Buna görə də münaqişə ilə bağlı iqtisadi çətinlikləri, həmçinin hərbsonrası inkişaf üçün liderlərdə olan imkanları təfərrüatı ilə nəzərdən keçirmişik.

İcazə verin, BVF-nun bu gün (dünən-tərc.) nəşr edilmiş araşdırmasından üç əsas qənaəti çatdırım.

Birincisi, münaqişələrin iqtisadi dəyəri son dərəcə mühümdür. İraq, Liviya, Suriya və Yəmən kimi ölkələrdə müharibə insan həyatının itirilməsi faciəsi və maddi ziyandan savayı onsuz da yüksək olan yoxsulluq və işsizliyin səviyyəsini artırıb, həmçinin bütöv bir nəslin inkişafı planında əldə edilmiş nailiyyətləri silərək əhalinin ən zəif zümrələrinin vəziyyətini daha güclü şəkildə laxladıb. Deməli, Suriyada 2013-cü ildə məktəbə getməyən uşaqların sayı 52%-ə çatıb, ömrün uzunluğu isə 7 6-dan 56 yaşa düşüb.  

Bundan başqa, münaqişələr inflyasiyanı sürətləndirib, maliyyə və büdcələrə zərbə vurub, geriləmə törədib və dövlət institutlarını zəiflədib. Məsələn, Suriyada dördillik döyüşlərədn sonra ÜDM hərböncəsi 2010-cu il göstəricisinin yarısından azını təşkil edir, halbuki 2015-ci ildə inflyasiya, demək olar, 300% sıçrayıb (son ayın bizdəki məlumatına əsasən).

Yəməndə ÜDM təkcə 2015-ci ildə 25-35% azalıb. Rəqəmlərdən baş fırlanır. Münaqişələr dərin iz buraxır. Bizim dəyərləndirməyə görə, Suriya iqtisadiyyatının hətta nisbətən yüksək artmı (4,5%) halında daha 20 il lazım gələcək ki, 2010-cu ilin ÜDM səviyyəsinə dönüş mümkün olsun.

Münaqişələr milli sərhədlərdən kənara çıxır və İordaniya, Livan, Tunis, Türkiyə kimi qonşu ölkələr üçün ciddi nəticələr doğurur. Bu dövlətlər qaçqın axınının yerdəyişimi, sosial inam, təhlükəsizlik və birliyin  zəifləməsi kimi çətinliklərlə müxtəlif dərəcədə üzləşməli olur. Bütün bunlar institutların iş keyfiyyəti və zəruri iqtisadi islahatları keçirmək qabiliyyətində əks olunur.

İkincisi, münaqişələrin miqyasını zəruri tədbirlərin görülməsi yoluyla məhdudlaşdırmaq olar:

İqtisadi institutların saxlanması. Təcrübədən nəticə çıxır ki, müharibə dövründə  əsas inzibati institutların (məsələn, büdcə agentlikləri, mərkəzi banklar) vərəsəliyinin təminatı əhali üçün taleyüklü xidmətləri qoruyub saxlamağa imkan verir. Bu qurumlar maaşları verir, səhiyyə və s.-nin işini təmin edir.

Məsrəflərdə prioritetlərin yerbəyer edilməsi. Münaqişələr büdcəyə basqını gücləndirir. Təhlükəsizlik və müdafiə xərcləri artır, halbuki daxilolmalar azalır. Bu cür şəraitdə əhalinin ən zəif təbəqələrini qoruyan mühüm xidmətləri saxlamaqdan ötrü məsrəf iyerarxiyasının müəyyən edilməsi lazımdır.

Makroiqtisadi sabitliyin təmin edilməsi. Münaqişələr xarici və büdcə disbalansına səbəb olur, halbuki mərkəzi banklar Yəmən və Liviyada olduğu kimi dövlət və iqtisadi fəaliyyətin maliyyələşdirilməsində böyük rol oynayır. Buradan törəyən inflyasiyalar və valyuta ehtiyatlarının azalması müəyyən makroiqtisadi nəzarətin saxlanması üçün qeyri-ənənəvi üsul və inzibati tədbirlərin tətbiqini tələb edir.

Üçüncüsü, xarici tərəfdaşlar və o cümlədən BVF münaqişələrə qarşı durmaq və nəticələrin dəf edilməsi üçün bu ölkələrə yardım etməlidir. İnsan iztirablarının yüngülləşdirilməsi və münaqişə qurbanlarının zəruri tələbatlarının təmin edilməsi prioritet olmalıdır.

BVF bu işə dəyərli hədiyyəsini verib. Xüsusən də bütün bölgənin gücləndirilməsi üzrə konsultasiya və addımlar təklif edərək qaçqınların qəbuluna xərcləri və İraq, İordaniya və Tunislə proqramlarımızda təhlükəsizlik məsrəflərini proqnozlaşdırıb.  

Biz qaçqınları qəbul edən ölkələr üçün əlavə sponsor dəstəyi qazanmağa ümid edirik. Bu ilin fevralında Suriya və bölgəyə yardım haqda Londonda baş tutmuş konfrans zamanı 2016 və 2017-ci illərdə uyğun olaraq 5,9 və 5,5 milyard dollar həcmində humanitar fəaliyyət və inkişaf proqramlarının maliyyələşdirilməsi haqda saziş əldə edilib. Lakin hətta bütün bu vədlərə əməl edilsə də, böhranın miqyası nəzərə alınmaqla onsuz da kifayət etməyəcək. Bundan başqa, bütün maliyyələşmələr hədiyyə və güzəştli borclar formasında həyata keçirilməlidir ki, alıcı ölkələrin maliyyə yükü azalsın.

Daha uzaq perspektivdə prioritet bundan ibarətdir ki, infrastruktur və institutların bərpası, həmçinin bütün bölgənin iqtisadi və sosial dayanıqlığı üçün yardım genişləndirilsin. BVF bu planda yenə də öz yardımını, makroiqtisadi üsullar cəbbəxanası və bütün dünya üzrə münaqişəsonrası zonalarda əldə edilmiş iş təcrübəsini təklif etməyə hazırdır.

Vəziyyətin öhdəsindən gəlməkdə bölgə ölkələrinə yardım məsuliyyəti beynəlxalq ictimaiyyətin üzərinə düşür. Biz rolumuzu oynamağa hazırıq.

 

Tərcümə Strateq.az-ındır.