XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2015 - 09:14

HAMLET İSAXANLININ QIZINI DÖYƏNLƏR ƏLİ ANSUXSKİNİN ŞƏRİKİNİN ÖVLADLARIDIR – ÖZƏL

ulker.jpg

Martın 14-də Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı ülkər İsayevanı döyən Zaur və Elin Məmmədov qardaşlarının kimliyi ilə bağlı strateq.az saytı maraqlı məlumatlar əldə edib. Bəlli olub ki, qardaşlar əkizdirlər və hazırda Rusiyada yaşayan nüfuzlu azərbaycanlı iş adamı – Muxtar Məmmədovun övladlarıdır. Muxtar Məmmədovun özü isə 1996-cı ildə paytaxtın 28 May küçəsində yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilən, əslən balakənli Əli Ansuxskinin şəriki olub. Deyilənə görə, Muxtar Məmmədovla Əli Ansuxskinin qohumluq əlaqələri də mövcuddur. Onun hazırda Rusiyada böyük metal biznesinin olduğu da söylənir.

Eyni zamanda, Muxtar Məmmədovun kriminal aləmdə ciddi nüfuz sahibi olduğu iddiaları var.

Strateq.az-ın əldə etdiyi məlumata görə, polisin həbs etdiyi əkiz qardaşların azadlığa buraxılması üçün Muxtar Məmmədovun Azərbaycandakı nüfuzlu əlaqələri dərhal hərəkətə keçiblər. Ancaq polis orqanları prinsipiallıq göstərərk, cinayət faktını gizlətməkdən imtina ediblər. Maraqlıdır ki, Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai Rayon Məhkəməsinə təqdimat verilsə də, Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova hər iki iki şəxsin məhkəmə zalından azad edilməsi qərarını çıxarıb.

Qeyd edək ki, Raziyə Ataşovanın hansı səbəbdən və kimlərin vasitəçiliyi ilə belə qərar qəbul etməsi haqda da bizə məlumat verilib. Ancaq bu məlumatları faktlarla sübuta yetirmək imkanı olmadığından, onu yayınlamırıq.

Strateq. az




Yuxarı Əvvələ Ana Səhifə