XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

28 Fevral 2015 - 20:54

Hacı Məmmədovun bacısı oğlu Elçin Əliyev azadlığa çıxıb- ÖZƏL

haci_memmedov1.jpg

Strateq.az xəbər verir ki, Azərbaycanda silsilə qətllər və digər ağır cinayətlər törətməyə görə ömürlük azadlıqdan mərhum edilən Hacı Məmmədovun məhkum həyatı yaşayan bacısı oğlun Elçin Əliyev azadlığa çıxıb.

Qeyd edək ki, həbsindən əvvəl banklardan birinin filial müdiri işləyən Elçin Əliyevin adı Hacı Məmmədovun törətdiyi bir çox cinayət işlərində hallanıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Elçin Əliyev

9 il müddətinə azadlıqdan mərhum edilmişdi. Bir çox hüquqşunaslar sabiq bank işçisinə verilən cəza müddətinin onun törətdiyi cinayət əməllərinə adekvat olmadığı haqda fikirlər səsləndirib. Elə həmin məhkəmənin çıxardığı hökmə əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəsi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.

Zamində olan üç nəfərdən biri – İbrahim Bağırovun işi xətm edilib. Digər iki nəfər – Azər Əliyev və Aqil Hüseynov isə iki il şərti cəza alıblar. Onlar saxta sənəd hazırlamaqda, dələduzluq və sair bu kimi əməllərdə təqsirli bilinirdilər. Qalan 13 nəfərə isə 8 ildən 15 ilədək həbs cəzası verilib.

Apardığımız araşdırmadan məlum olub ki, Elçin Əliyev ona təyin edilən cəzanın bir hissəsini “Qobustan” həbsxanasında çəkdikdən sonra, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəsissəsində saxlanılıb. Elçin Əliyev 9 il həbsi günə-gün çəkərək azadlığa çıxıb. Penitensiar Xidmətə yaxın olan mənbəmiz məlumatın doğruluğunu təsdiqləyib.

Görünən budur ki, Elçin Əliyev və onun yaxınları bu xəbərin ictimailəşməsində maraqlı olmayıb. Sabiq bank işçisinin hazırda Azərbaycanda və ya ölkə hüdudlarından kənarda olması haqda dəqiq məlumat isə hələ ki, yoxdur.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə