XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2016 - 10:01

Rusiyadan ABŞ və müttəfiqlərinə qarşı qisas əməliyyatı:Məxfi mərkəz vuruldu, 30 zabit həlak oldu!

raket

Qanadlı “Kalibr” raketinin Aralıq dənizində Qara dəniz donanmasının kiçik raket gəmisindən buraxılışı (Foto: RF Müdafiə nazirliyinin mətbuat xidməti/SİTA)

 

Mişel Xosudovski

Svpressa.ru, 22.09.2016

 

ABŞ və müttəfiqləri Hələb rayonunda xüsusi xidmətlərin şəxsi heyətindən komplektləşdirilmiş səhra “Əməliyyat Mərkəzi” yaradıb. Sentyabrın 20-də Rusiya raketləri ilə zərbə endirilmək üçün hədəf qismində seçilənədək bu “yarıməxfi” obyektdə ABŞ, Britaniya, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin xüsusi xidmətlərinin əməkdaşları fəaliyyət göstərib.

“Fars News” informasiya agentliyinin məlumatına əsasən, kəşfiyyat mərkəzinə Rusiya tərəfdən hava zərbəsi ABŞ HHQ-nin Deyr-əz-Zor rayonunda İŞİD-ə dəstək kimi Suriya silahlı qüvvələrinə endirdiyi zərbədən birbaşa sonra endirilib: “Suriyanın sahil sularında durmuş Rusiya hərbi gəmiləri tuşlama həyata keçirib və xarici əməliyyat mərkəzini məhv edərək, 24-dən çox İsrail və Qərb zabitini öldürüb”.

“Rusiya hərbi gəmiləri Hələbdən qərbə Samən dağının yaxınlığında Dar Əzza rayonundakı xarici əlaqələndirmə-əməliyyat zabit mərkəzinə üç “Kalibr” raketi buraxıb və 30 nəfər İsrail və Qərb zabitləri öldürülüb”.

Əməliyyat mərkəzi Hələb əyalətinin qərb hissəsində xeyli mağaranın olduğu Samən dağı rayonunda yerləşir. Bölgə dağ silsiləsinin dərinliyindədir.  

“Fars” agentliyinin məlumatı təəssürat doğurur ki, əməliyyat mərkəzi əsasən İsrail zabitlərindən komplektləşdirilib. Bütün ehtimallar üzrə, obyektə rəhbərliyi ABŞ edirmiş və obyektdən Vaşinqtonun yerli müttəfiqlərinin Amerika hərbçiləri və xüsusi xidmətləri ilə koordinasiyası həyata keçirilib.

Fars və “Sputnik Arabic agentlikləri istisna olmaqla, koalisiyanın kəşfiyyat obyektinə Rusiya hücumu haqda xəbər başlıqlara düşməyib. Faktiki olaraq kürəsəl bləkaut (ingiliscə: "elektrik cərəyanının kəsilməsi", yəni "qaranlığa qərq olmaq" -tərc.) müşahidə olunur. “Fars” agentliyinin məlumatının mötəbərliyinin təsdiqi hələ qarşıdadır.

Mühüm məqam budur ki, Hələb rayonunda yaraqlıların əlində olan ərazidə yerləşmiş əməliyyat mərkəzi İŞİD“Əl-Qaidə”nin əsas sponsoru olan dövlətlərin, yəni ABŞ, (aviahəmlələrdə fəal iştirak edən) Britaniya, həmçinin bölgənin dörd dövlətinin – Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail və Qətərin şəxsi heyətlərindən komplektləşdirilmişdi. Bu dörd ölkənin  cəlbetmə, hazırlıq, logistika və terrorizmin maliyyələşdirilməsində müvafiq rolu tam şəkildə yetərincə sənədləşdirilib. 

Hələb rayonundakı bu əməliyyat (yəni döyüş-informasiya) mərkəzi (yaraqlıların nəzarətində olan) digər rayonlardakı səhra-əməliyyat mərkəzləri kimi ABŞ, İsrail və müttəfiqlərinin hərbi komandanlıq mərkəzlərinin daimi nəzarətindədir və onlarla əlaqə saxlayır.

Yada salmaq lazım gəlir ki, Obama 2015-ci ilin oktyabrında bildirib ki, ABŞ xüsusi əməliyyat qüvvələrini Suriya daxilində İŞİD-ə qarşı terror əleyhinə mübarzədə fəaliyyət üçün göndərib. ABŞ-ın bu “xüsusi əməliyyat qüvvələrinin tərkibində Suriyanın şimalında İŞİD-ə qarşı vuruşan qüvvələrlə işləyən, lakin döyüş əməliyyatlarında birbaşa iştirak etməyəcək xüsusi əməliyyatlar üzrə 50-ə yaxın müşavir olmalıydı”. ("Washington Post", 30 оktyabr 2015-ci il).

Onlar döyüşlərdə iştirak etməyəcək, yəni həm qiyamçı bölmələrdə, həm də səhra-əməliyyat mərkəzlərində “müşavirlik” fəaliyyəti ilə məşğul olacaqlar.

Vaşinqton son aylarda təsdiq edib ki, ABŞ xüsusi əməliyyat qüvvələrinin şəxsi heyətindən 250 nəfər Suriyada yerləşdirilməlidir. Kəşfiyyatın məxsusi seçilmiş əməkdaşlarının müəyyən qismi səhra-əməliyyat mərkəzlərinə aid edilməli idi. ABŞ xüsusi təyinatlı qüvvələrinin yola salınması yeni cəlb edlmiş, müxtəlif terrorçu birləşmələrin sıralarına qoşulan minlərlə “muzdlu-cihadçı”nın axını ilə zamanca üst-üstə düşdü. Məlumat verilirdi ki, 2016-cı il mayın əvvəlində “minlərlə terrorçu”  Türkiyə-Suriya sərhədini keçib ki, hökumət qüvvələrinə qarşı hərbi əməliyyatların aparılması üçün  Hələb rayonunda yerləşdirilsin.

Hələb rayonundakı əməliyyat mərkəzi pilotsuzların kəşfiyyat fəaliyyətini yerdəki fəaliyyətlə əlaqələndirmək və havadan zərbə endirmək üçün istifadə olunurdu.

“Fars” agentliyinin məlumatına əsasən, mərkəzin kəşfiyyat heyəti həmçinin barışıq haqda Cenevrə sazişinin imzalanmasından birbaşa sonra ABŞ HHQ-nin Suriya SQ-ə hücumlarının planlaşdırılması və həyata keçirilməsində də iştirak edib. 

Hələb rayonunda əməliyyat mərkəzinin varlığı və yeri həm Rusiya hərbçilərinə, həm də Suriya hökumətinə məlum olmalı idi. Və onlar (bu yaxınlara kimi) bununla barışırdı. Bu mərkəzə qarşı bu günlərədək heç əməliyyat keçirilməmişdi.

Fars News Agency” agentliyinin məlumatına uyğun olaraq, məsələ bu cür təsəvvür edilir ki, Pentaqonun Deyr-əz-Zorda İŞİD terrorçularına qarşı hərbi əməliyyatlarda iştirak edən Suriya hökumət qoşunlarına hava zərbəsi endirmək əmrindən birbaşa sonra Moskva Hələb rayonundakı əməliyyat qərargahını seçməyi qət edib.

ABŞ-NATO kəşfiyyat obyektinə qarşı Rusiya hücumu haqda Fars News Agency”-nin məlumatının ardınca hələlik digər KİV-lərdə hər hansı məlumat gəlməyib. Rəsmi səviyyədə təsdiq gəlmədiyi kimi.

Fars New Report”-un məlumatının mötəbərliyindən çıxış edilsə, Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın əməliyyat mərkəzinə Rusiya hücumu ciddi nəticələrə malikdir. Rusiya Deyr-əz-Zorda Suriya silahlı qüvvələrinə hücuma cavab qismində Birləşmiş Ştatların rəhbərlik etdiyi obyektə hücum edib?

Bu, Suriyada hərbi əməliyyatların daha geniş kontekstdə nəzərdən keçirilməsi zəruri olan müharibənin təkamülündə potensialca təhlükəli suayrıcını ifadə edir.

Lakin bununla bərabər, əməliyyat mərkəzi rəsmən elan edilməmiş kəşfiyyat obyektidir. Vaşinqton onun varlığını etiraf etməyib, Moskva isə hücum haqda rəsmi təsdiq təqdim etməyib.Vaşinqton kimi Rusiya KİV-ləri də bu haqda susur. Tərəflərin heç biri bu problemi ictimailəşdirməkdə maraqlı deyil.

Müəllif – Mişel Xosudovski Ottava universitetinin (Kanada) professoru, kürəsəlləşməni araşdıran Mərkəzin (Centre for Research on Globalization) qurucusu və direktorudur. İnkişaf etməkdə olan ölkələrin və beynəlxalq təşkilatların müşaviri işləyib. 11 kitabın müəllifidir.

 

Tərcümə Strateq.az-ındır.