XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2016 - 17:23

Trampdan yəhudilərin dəstəyini qazandıracaq vəd:"Qüds İsrailin paytaxtı olmalıdır"

tramp-2

ABŞ-da prezidentliyə namizəd Donald Tramp daha bir sensasiyalı vəd verib.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, o, İsrailin baş naziri Netanyahu ilə görüşdə "əgər prezident seçilsəm, Qüdsü İsrailin paytaxtı olaraq tanıyacam" deyib.

Tramp, onu da deyib ki, bölgədə barışı da bir şərtlə qəbul edəcək: "Barışı yalnız fələstinlilərin nifrət və şiddətdən əl çəkib, İsraili bir yəhudi dövləti kimi qəbul etməsindən sonra təmin etmək mümkün olacaq. Bundan başqa, mən, prezident olandan sonra ABŞ-ın Təl-Əvivdəki səfirliyini də Qüdsə köçürəcəm. Qüds şəhəri yəhudi xalqının 3 min illik əbədi paytaxtı olduğunu haqq edir".

Qeyd edək ki, ABŞ səfirliklərinin yerləşdirmə və ya köçürülmə ilə bağlı qərar səlahiyyəti birmənalı prezidentlərin sərəncamındadır. Bu hüquq 1995-ci ildə çıxarılan qərarla tənzimlənir.

Maraqlıdır ki, elə həmin il, yəni 1995-ci ildə ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi ilə bağlı qərar qəbul edib.

Ancaq nə Bill Klinton, nə Buş bu qərarı həyata keçirmədi. ABŞ-ın hazırkı prezidenti Barak Obama da 2011-də təhülkəsizlik səbəbi ilə Təl-Əvivdəki səfirlliyin Qüdsə köçürülməyəcəyini bəyan etdi.

F.ƏHMƏD