XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2016 - 18:41

Rus mətbuatı “İskəndər” məsələsini belə şərh edir:"Moskva Qarabağ nizamalaması prosesindən narazıdır və Bakıya siqnallar verir"

is

İrina Corbenadze

Rosbalt.ru, 27.09.2016

 

Ermənistan keçən həftə respublikanın müstəqilliyini təmtəraqla qeyd edib. Yubiley tədbirləri bütün ölkə üzrə keçirilib. Lakin bayram proqramının “məğzi” İrəvanda Rusiyanın “İskəndər” əməliyyat-taktiki raketləri və “Qasırğa” reaktiv yaylım atəşi sistemlərinin ilk dəfə nümayiş etdirildiyi hərbi parad olub.

Ehtimal ki, Ermənistan hökuməti bütün bu “malları” gözə çaprdırmaqla, birincisi, respublikanın hərbi gücünü nümayiş etdirmək və Azərbaycanı qorxutmaq istəyirdi.

İkincisi, öz xalqına göstərmək istəyirdi ki, hökumət nahaq yerə çörək yemir və ölkənin müdafiə qabiliyyətinin qeydinə qalır.

Üçüncüsü, hərbi texnikanın nümayişi Ermənistan cəmyyətindəki antirusiya əhvalının dərəcəsinin azalmasına hesablanıb – cəmiyyət bundan narazıdır ki, Rusiya Azərbaycana silah satır və uyğun müqavilə milyaradlarla dollara çatır.  

Ermənistanda deyirlər: “Ruslar bizə heç nə vermir, ancaq əlimizdən alırlar”.

İrəvanda son dərəcə güclü silahların nümayişi hərbi-taktiki və siyasi planda xeyli suallar doğurur. Xüsusən də, doğrudanmı, Moskva “İskəndər”ləri Ermənistanın balansına verib, yoxsa bunlar parad üçün Gümridə dislokasiya olunmuş Rusiya bazasından götürülüb? Əgər veribsə, onda bunu müstəsna hal saymaq olar. Çünki KTMT-yə üzv dövlətlərin heç birinin ordusunda “İskəndər” yoxdur. Düzdür, o, Minskdə paradda da görünüb, lakin deyildiyi kimi, Belarus SQ-nin balansında yoxdur və KTMT-yə məxsusdur.

Sonra. Ermənistanda “İskəndər”in olması Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsi kontekstində hərbi balansı dəyişə bilərmi? Moskva bunu həqiqətən edibsə, “İskəndər”ləri İrəvana hansı şərtlərlə satıb? Şübhəlidir ki, hətta cəbhə xəttində durum güclü şəkildə kəskinləşsə, Rusiya bunları Azərbaycana qarşı işlətməyə icazə verər. Beləliklə, “İskəndər”lərin Ermənistan ordusunun silahlanmasında olub-olmadığı məlum deyil. Ya da bu, sadəcə, ermənilər üçün sakitləşdirici “aldadıcı fənd”dir və əməliyyat-taktiki komplekslər Cənubi Qafqazda Rusiyaya lazım olan müddətcə Ermənistanda qalacaq.

“İskəndər”lər Azərbaycanı qorxudubmu? Çətin ki. Lakin bunlar onun  qabağını almaq amili ola bilər. Aydındır ki, Rusiyanın icazəsi olmadan “İskəndər”lər İrəvan paradında görünə bilməzdi. Bu isə fikir doğurur ki, Moskva Qarabağ nizamalaması prosesindən narazıdır və Bakıya uyğun siqnallar verir. Bu, onu bildirmirmi ki, Ermənistanla Azərbaycan arasında irimiqyaslı hərbi qarşıdurmaya az qalıb?

Lakin müstəqil hərbi ekspert Pavel Felgenhauer diqqəti buna yönlədir ki, “Moskva kompleksin verilməyini təsdiq etməyib və bu, Ermənistanı pis vəziyyətdə qoyur. Bu, şübhəni gücləndirir k, Ermənistanda nümayiş etdirilən “İskəndər” Rusiya hərbi bazasının cəbbəxanasındandır. Lakn ehtimal var ki, Rusiya hər halda Ermənistana “İskəndər” satıb”.

O, həmçinin istisna etmir ki, Azərbaycan kompleksin Ermənistanda dislokasiyasına etiraz etsə, onu əldə etmək Azərbaycana da təklif olunacaq. Lakin Azərbaycan güclü RƏM sistemlərinin tədarükü üzrə İsraillə də sazişə gələ bilər. Ancaq güman etmirəm ki, bu cür variant Moskvanı qane edər.

İrəvanda hansı silahların nümayş etdirildiyinə görə fikir yürüdülsə, ermənilər hava hücumundan müdafiəyə vurğu edirlər. Bəzi ekspertlərin məlumatına görə, ermənlərin tank parkı və tank leyhinə vasitələri güclü şəkildə “axsayır”, halbuki Rusiyadan tədarükün hesabına qarşı tərəfin – Azərbaycanın tankları əladır.

Beləliklə, indi bədnam “hərbi balans”ın olub-olmadığını demək çətindir, çünki həqiqətdə Rusiyanın hazırda Ermənistana hansı hərbi texnikanı yamadığı “geniş ictimaiyyət”ə məlum deyil. İstənilən halda dördgünlük aprel müharibəsindən sonra aydın oldu ki, bununla bağlı Ermənistanın işləri yaxşı deyil.

Ümumiyyətlə, müstəqilliyin şərəfinə parad baş tutub və burada “eyni zamanda” azadlıq və suverenliyin 25 ilinin Ermənistana nə verdiyini yada salmaq maraqsız olmaz. Hələlik isə əsrin dörddə biri ərzində öz ölkəsinin “ciddi uğurları”ı haqda raport vermiş Ermənistan prezidenti Serj Sərkisyanı dinləyək. O, konkretsizliyə üstünlük verməklə ötüşüb və nitqi, prinsipcə, buna yönəlib ki, ermənilər öz azadlıqlarını qorumaqda tam qətiyyətlidirlər. O bildirib: “Bunun sübutu bu paraddır”.

Prezidentin sözləri yalnız təsdiqləyir ki, parad daha çox “xarici istifadə”, yəni Azərbaycanın diqqəti üçün keçirilib. Sərkisyan Ermənistanın “tərəqqisi üçün sadə formul” qismində “İş, iş, yenə də iş” deyib.

Amma, budur, “Sosiometr” sosioloji araşdırmalar Mərkəzinin direktoru Aqaron Adıbəyyan məsələyə iqtisadi baxımdan yanaşıb. Onun sözlərinə əsasən, ermənilər müstəqilliyin 25 ili ərzində “alverçilər və fermerlər” milləti olub.

"Novosti-Armeniya" agentliyinin xəbər verdiyi kimi, SSRİ dağılandan sonra Erməınistanda minlərlə zavod dayanıb, 250 konstruktor bürosu, 900 kolxoz fəaliyyətini dayandırıb: “Biz peşəkar işçilərdən ibarət milyonyarımlıq işsizlər ordusu qazanmışıq”.

Onun sözlərinə görə, indiki anda 2741 şirkətin 65%-i əsasən qida məhsullarının emalı ilə məşğuldur, 22-25%-i enerji və qaz sahəsinə xidmət edir. Və yalnız 15%-i sənaye sahəsindədir.

Adıbəyyan bildirir ki, “25 ildə ölkə əhalisi 5 milyona qalxmalıydı, lakin bu gün gerçk say bunun, təxminən, yarısını təşkil edir”.

O, BMT-nin məlumatına isnadən deyir k, Ermənistan əhalisi 1 milyon 700 min nəfərə qədər azala bilər. Nəticə kimi daxili istehlakın səviyyəsi düşəcək və respublika xarici yatırımçılar üçün cazibəsiz olacaq.

Ümumiyyətlə, Ermənistan “müstəqil” olsa da, həqiqətdə ancaq yetərincə inkişaf etmiş iqtisadiyyat, elm, mədəniyyət və s.-dən azad olub. Mahiyyətcə, əsrin dörddə biri ərzində gerçəkləşdirməyə borclu olduğu imkanları əldən buraxıb. “Müstəqllik” Rusiyadan tam hərbi-siyasi və iqtisadi asılılığa dönüb. Ola bilsin, yalnız Ermənistan ordusu müəyyən inkişafa nail olub – bu da ölkənin bütün strateji önəmli obyektlərini ələ keçirmiş Rusiyanın sayəsindədir.

 

Tərcümə Strateq.az-ındır.