XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2016 - 21:12

Bu tort 15 min dollara satılır- FOTO

Yaponiyanın paytaxtı Tokionun mərkəzində yerləşən “Takasimaya” elit universal mağazasında qiyməti 1,5 milyon yen (təxminən 15 min dollar) olan tortlar satışa çıxarılıb.

Hündürlüyü 1,5 metrə çatan rəngbərəng tortlar Yaponiyanın məşhur “Anri Şarpentyo” qənnadı fabriki tərəfindən hazırlanır. Qənnadı möcüzənin yaradıcıları məhsullarının toylar, yubileylər, həmçinin korporativ mərasimlər üçün sifariş olunacağını gözləyirlər. Sifarişçinin zövqünə uyğun hazırlanan tortlar təxminən iki ay ərzində başa gəlir.

Bu qənnadı fabriki ötən əsrin ilk yarısında ABŞ-da yaşayan və dünyanı kulinar məharəti ilə fəth etməyi bacaran əfsanəvi fransızın adını daşısa da, onunla birbaşa əlaqəsi yoxdur. Yaponiyanın məşhur fabriki Şarpentyonun ölümündən 8 il sonra – 1969-cu ildə yaradılıb. Əvvəlcə əyalət şəhərciyində kiçik mağazadan ibarət olan müəssisə hazırda Yaponiyada 6 kafeyə və 100-ə yaxın mağazaya, Sinqapurda isə daha 2 mağazaya sahibdir(azərtac).