XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2016 - 15:36

“Google” mobil telefon bazarına girir:“Pixel” smartfonunu təqdim etdi

“Google” şirkəti “Pixel” smartfonunu təqdim edib.

Smartfon iki versiyada təqdim olunub: 5 düymlük diaqonala malik ekranla təchiz edilmiş “Pixel” və 5.5 düymlük ekranla təchiz edilmiş “Pixel XL”. “iPhone”nun rəqibi olan aparat 12.3 meqapiksellik kamera ilə təchiz edilib. “Google”un nümayəndələri əmindirlər ki, həmin smartfon öz xüsusiyyətlərinə görə analoqlarını geridə qoyur. “DxOMark” internet resursunun mütəxəssislərinin qiymətləndirməsi bunu sübut edir. Smartfonun 8 meqapiksellik ön kamerası da var.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, internet nəhənginin smartfonları dördnüvəli “Snapdragon 821” prosessoru, 4 giqabayt (QB) əməli yaddaş, 32 və 128 QB daxili yaddaşla təchiz edilib. Korporasiyanın mütəxəssislərinin qiymətləndirməsinə görə, akkumulyatorun şarjı gözləmə rejimində 7 saat üçün kifayət edir və onu 15 dəqiqə ərzində enerji ilə doldurmaq mümkündür.

Tayvanın “HTC” şirkəti tərəfindən yığılan qurğular “Android” əməliyyat sisteminin “Nougat” adlı yeni versiyası ilə işləyir. Yeni versiyada enerji sərfiyyatını optimallaşdıran və əməli yaddaşa yüklənməni azaldan xüsusi iş rejimi mövcuddur. Şirkətin nümayəndələri “Pixel” smartfonuna inteqrasiya edilmiş virtual səs köməkçisinə xüsusi əhəmiyyət verirlər.

Aparat gümüşü, qara və ağ-göy rənglərdədir. “Pixel” smartfonu virtual reallıq effektinin yaradılması üçün “Daydream” platformasını dəstəkləyir.