XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 14:12

Kadırov balaca uşaqları “qaydasız döyüş”ə çıxartdı:Rusiya idmançıları kəskin etiraza qalxdılar

kadirov-boks

Çeçenistan lideri Ramzan Kadırov yenə qalmaqalla gündəmə gəlib.

Oktyabrın 4-də Qroznıda onun doğum günü ərəfəsində qarışıq əlbəyaxa döyüş növü üzrə uşaqlar arasında yarış keçirilib. Uşaqlar döyüş vaxtı əlcəkdən başqa heç bir müdafiə vasitəsi geyməyiblər. Əsil döyüş şəraitində keçirilən turnirdə ayaqla həmlə də daxil olmaqla, başa zərbəyə də icazə verilib.

Turnirdə Kadırovun 3 oğlu da iştirak edib: 10 yaşlı Əhməd, 9 yaşlı Zəlimxan və 8 yaşlı Adəm. Onların hamısı qalib gəlib, 14 yaşlı Əhməd isə rəqibini 14 saniyəyə nokauta salıb. 

Uşaqları, parlamentin sədri və respublika liderinin yaxın tərəfdaşı Maqomed Daudov mükafatlandırıb.

Kadırov uşaqlarının döyüş videosunu özünün İnstagram səhifəsində də yerləşdirib: “Əziz dostlar! Balaca Adəm göstərdi ki, həqiqətən də şirdir. Adəm "Grand Prix Akhmat-2016" beynəlxaq turnirin finalında David Xalatovla görüşdü. Rəqiblər güclü idi, amma Adam inamlı qələbə qazanaraq çempion kəmərinə sahib oldu. Təbrik edirəm, Adəm” – deyə o yazıb.

Rusiya “Qarışıq əlbəyaxa döyüş ittifaqı”nın (MMA) prezidenti Fyodor Yemelyanenko uşaqlar arasında belə bir turnir keçirilməsini kəskin tənqid edib və bunun sözügedən döyüş növünün bütün qaydalarına zidd olduğunu, böyüklərə xas olan real döyüş şəraitində keçirildiyini bildirib.

F.Yemelyanenko deyir ki, 12 yaşadək uşaqların bu növ üzrə döyüşdə iştirakı ümumiyyətlə qadağandır, 21 yaşadək olanlar isə mütləq başına qoruyucu vasitə geyməlidir.​ Ona görə də Çeçenistanda keçirilən bu yarış yolverilməzdir.

“Qarışıq əlbəyaxa döyüş ittifaqı”nın prezidenti Fedor Emelyanenkonu qəzəbləndirən faktlardan biri də turnirin Kadırovun gözü qarşısında keçirilməsi və yerli televiziya ilə yayımlanmasıdır: “Kadırovun idman nazirliyindəki müşavirləri bu növ üzrə döyüşün 12 yaşadək uşaqlar arasında qadağan olmasını ona deməyiblər? Biz ilk növbədə balacalara nümunə olmalı və onların sağlamlığının qayğısına qalmalıyıq. Böyüklərlə eyni səviyyədə döyüşə qatılmaq uşaqların fiziki və psixoloji sağlamlığına düzəlməz zərər vura bilər” –  deyə Yemelyaneko bildirib.

Azadliqradiosu.az