XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 October 2016 - 16:53

Dubayda tropik meşəsi olan otel açılacaq- FOTOLAR

Dubayda dünyada ilk dəfə olaraq tropik meşəsi olan otel açılacaq.

Azərtac “Billionnews” saytına istinadla bildirir ki, tikintisi 2018-ci ildə yekunlaşdırılacaq “Rosemont Hotel & Residences” otelinin dəyəri 300 milyon dollardır.

“ZAS Architects” memarlıq studiyasının layihəsi ilı inşa edilən beş ulduzlu oteldə 450 nömrə, gözəl restoranlar, VİP salonlar, SPA mərkəzləri, konfrans zalları və s. nəzərdə tutulub.

Maraqlısı odur ki, otelin 5-ci mərtəbəsində 7 min kvadratmetr sahəyə malik tropik meşə salınacaq və burada ekzotik ağaclar əkiləcək.

Layihədə, həmçinin qonaqların istirahəti üçün süni çimərlik və hovuz da planlaşdırılıb.