XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 20:14

Dünyanın ən ağır zərgərlik qarnituru- Qiyməti 1,5 milyon dollardır

Səudiyyə Ərəbistanının Ciddə şəhərində hazırlanmış 33 kiloqram çəkisi olan qadın qızıl qarnituru “Ginnesin rekordlar kitabı”na daxil edilib. Bu barədə ölkədə nəşr edilən “Məkkə” qəzetinə “At-teyiba” zərgərlik zavodunun icraçı direktoru İsam əl-Əşrəfi məlumat verib.

Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, icraçı direktorun sözlərinə görə, nəhəng boyunbağı, qolbaq, sırğa və üzükdən ibarət qızıl qarniturun düzəldilməsi bir ilə başa gəlib. Bununla yanaşı, dizaynın işlənib hazırlanmasına yarım il vaxt sərf edilib.

Dünyanın ən ağır zərgərlik qarniturunun yaradılması üzərində 100 nəfər çalışıb. Onun qiyməti 6 milyon Səudiyyə rialı (1,5 milyon ABŞ dolları) təşkil edir.