XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 16:18

Uçan avtomobillər:gələn il satışa çıxarılacaq

Tezliklə fantastik filmlərdə nümayiş etdirilən uçan avtomobillər reallığa çevriləcək. Belə ki, 2017-ci ildə "AeroMobil 3.0" adlı uçan avtomobil satışa çıxarılacaq.

Slovakiya şirkəti həmin avtomobillərin istehsalını həyata keçirəcək.

"AeroMobil 3.0" avtomobilinin təqdimat videosu hələ 2014-cü ildə "YouTube" videohostinqində yerləşdirilib. İndi bu çarxa baxış sayı 10 milyona bərabərdir.

Bu avtomobil səmada saatda 200 kilometrədək sürət yığa biləcək. Avtomobil uçmaq üçün qanadlarını açmalı və ən azı 300 metr uçuş zolağı məsafəsində boş məkana malik olmalıdır. Gələcəyin avtomobili havada 1 saat uçmaqdan ötrü 15 litr yanacaq işlədir.

"AeroMobil" uçan avtomobilinin qiyməti 200 min avro təşkil edir. Bundan başqa, belə avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi deyil, həm də pilot lisenziyası tələb olunur(azərtac).