XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 19:17

Özbəkistanda boşanan cütlüklərin fotolarını TV-də göstərəcəklər –İlginc qərar

bosanma-evlenme

Daşkənd şəhər hakimiyyəti boşanan cütlüklərin fotolarını "Veçernı Taşkent" və "Daşkənd okşomi" qəzetlərində dərc etmək təşəbbüsü ilə çıxış edib.

Strateq.az xəbər verir ki, Daşkənd hokimi (meri) Rahmonbek Usmanov boşanmaların sayını azaltmaq üçün belə bir orijinal üsul tapıb.

O, nikaha son qoyan cütlüklərin soyadlarını "Daşkənd" TV kanalında oxunmasını da lazım bilib. "Biz boşananların adlarını hər 15 gündən saat 23:00-da açıqlayacağıq", – deyə R.Usmanov bildirib.

Özbəkistan Respublikası Qadınlar Şurasının rəhbəri isə digər tərəfin iştirakı olmadan cütlükləri boşadan məhkəmə hakimlərinin işdən azad etməyi təklif edib.

Xatırladaq ki, Daşkənddə Özbəkistan Respublikası ərzində boşanmaların sayında ilk yeri tutur.