XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2016 - 12:29

Cəlilabadlı gənc “Lamborghini” üçün yeni avtomobil dizaynı hazırladı:Şirkət eskizləri istəyib - FOTOLAR

lambro02

 

Cəlilabadlı gənc dünyanın ən qabaqcıl avtomobil şirkətlərindən olan “Lamborghini” üçün yeni avtomobil dizaynı hazırlayıb.

Rayon sakini 31 yaşlı Elçin Quliyev ilk dəfə 2010-cu ildə “Cadillac ats” avtomobilinin yeni dizaynını işləyib və eskizi şirkətin Moskva filialına göndərib. Eskiz şirkət nümayəndələrinin diqqətini cəlb edib və avtomobilin 3D formatında şəklini istəyiblər. Amma Elçin kompüter proqramını bilmədiyindən eskizi 3D formatında işləyə bilməyib. (Azərtac) 

Bu yaxınlarda isə o, kardondan yeni dizaynda “Lamborghini” avtomobili hazırlayıb. Dörd aya ərsəyə gətirdiyi avtomobil dizaynı motor həcmi 6.7 litr olmaqla, 700 at gücünə hesablanıb. Hətta o, avtomobilinə ad da verib – “VİSİYON AS 70”.

Əsasən “SPEED CAR” modellərini işləməyə üstünlük verən Elçin digər avtomobillərin də yeni dizaynı üzərində çalışır.

Dizayner yaxın günlərdə müəllif hüququ almaq üçün Müəllif Hüquqları Agentliyinə müraciət edəcək. Sonra hazırladığı modeli “Lamborghini” avtomobil şirkətinə göndərəcək. Şirkətdən müsbət cavab alacağına inanan Elçinin ən böyük arzusu Azərbaycanı Avropada avtomobil dizaynı üzrə müsabiqələrdə təmsil etməkdir.

lambro

lambro03