RFI rus xidməri (Fransa), 07.11.2016
Fransanın bütün baş keşişləri (120 nəfər) bazar ertəsi noyabrın 7-də hər bir katolik üçün əlamətdar Lurde şəhərində toplaşıb ki, payız ümummilli toplantısı keçirsinlər və eyni zamanda “dini” pedofiliya (uşaqbazlıq-tərc.) qurbanları barədə dua etsin və kilsə daxilində bu hadisə ilə mübarizə üzrə tədbirlər görsünlər.
Fransa katolik kilsəsinin saytında deyilir: “Cinsi zorakılığın qurbanları Bakirə Məryəm Rozariya kilsəsindəki həftəlik duanın mərkəzində olacaq. Kilsə üzvlərinin həyata keçirdiyi “günahların əfvi” haqda messa baş tutub. Sonra təntənəli axşam olub”.
Həmçinin deyilir ki, həmin gün apreldə yaradılmış “uşaqbazlıqla mübarizə üzrə daimi komitənin nəzarəti altında yeparxiyalarda son altı ay ərzində qəbul edilmiş tədbirlər kompleksi təqdim ediləcək”.
Kilsə komitəsi öz növbəsində uşaqbazlıqla mübarizə məsələləri üzr müstəqil Milli ekspert komissiyası ilə əlaqəli işləyir. Komissiyanın rəsmi təmsilçisi Seqolen Muq 20 minutes saytına bildirib ki, ilk dəfə məlum olan uşaqbazlıq faktlarının hamısı barədə polisə xəbər verilib. Bundan başqa, kilsə “bir neçə keşişə qarşı məhdudlaşdırıcı tədbirlər” görüb.
"Le Figaro"nun məlumatına görə, söhbət onlarla hadisədən gedir, halbuki Fransa katolik kilsəsinin 16 min keşişi var. Qəzet yazır ki, fransız keşişlərə “dini” uşaqbazlığın qurbanlarına həsr edilmiş dua gününü təşkil etməyi sentyabrda həddi-buluğa çatmamışların müdafiəsi üzə iyezuit Hans Zollnerin başçılıq etdiyi Papa komissiyası tövsiyə edib.
Xatırladaq ki, Fransa katolik kilsəsi keçən əsrin 80-ci illərində Lion yeparxiyasının kilsələrində xidmət etmiş uşaqbaz keşişlər haqda işlə bağlı bu il qalmaqalın mərkəzində görünüb.
2016-cı il sentyabrın axırında həmçinin məlum olub ki, 2015-cı ilin noyabrından başlayaraq son doqquz ayda Fransada dörd yüz nəfər uşaqbaz keşişlər tərəfindən təcavüzün qurbanı olduqlarını bildirib.
Bu günki (dünənki-tərc.) dua uşaqbazlığa görə Fransa keşişlərinin ilk kütləvi “tövbə”sidir. Təkcə 120 keşiş deyil, Fransanın bütün kilsələrindəki katolik keşişlərinin hamısı bu günahın bağışlanması və qurbanlar haqda dua edəcək.
Lurdedə təntənəli xidmətə rəhbərlik etmiş Parisin baş keşişi İyirmi Üçüncü Andre etiraf edib: “Biz qurbanlara onların gözlədiyi qədər diqqətlə qulaq asmamışıq”.
Baş keşiş “Uca Tanrıdan əfv diləyib”.
“La Parole Libérée” hüquq müdafiəsi birliyinin rəhbəri Fransua Devo RFİ-yə bildirib: “Dua yaxşı işdir, lakin kilsə uşaqbazlığı problemini təkcə dua ilə həll etmək olmaz”.
Tərcümə Strateq.az-ındır.