XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Noyabr 2016 - 20:31

“Facebook” virtual reallıq texnologiyasınıinkişaf etdirir

“Facebook” şirkəti diqqətini virtual reallıq texnologiyalarına cəmləşdirməyi planlaşdırır.

Belə bir bəyanatla bu gün “Facebook”un texniki direktoru Mayk Şrepfer çıxış edib. 

Onun sözlərinə görə, hazırda şirkətin mühəndis və proqramçıları cihazın yaxşılaşdırılması, xüsusilə də virtual reallıq eynəkləri və dəbilqələri üzərində fəal işləyirlər. Onlar yaxın gələcəkdə istehsalda daha ucuz olmalı və daha keyfiyyətli qrafik görüntü göstərməlidir.

M.Şrepfer həmçinin əminliyini bildirib ki, bu texnologiya intellektual sistemlərin qarşılıqlı əlaqəsi üçün əsas yollardan biri olacaq(lent.az).